TürklüK ÇAĞDAŞliq


İqtisadi sistemin optimal növünün



Yüklə 1,77 Mb.
səhifə66/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   62   63   64   65   66   67   68   69   ...   116
İqtisadi sistemin optimal növünün

müəyyən edilməsi
İS-lərin müxtəlif tarixi və müasir formaları müxtəlif sosial qrupların mənafeyini bu və ya digər dərəcədə əks etdirir. Burada əsasən üç sosial qrupun mənafeyi əsas rol oynayır:

- Dövlət hakimiyyəti;

- Sahibkarlar (mülkədarlar və ya kapitalistlər);

- Zəhmətkeşlər (yalnız fiziki və ya zehni əməkləri ilə dola-nanlar).

Sinifli cəmiyyətin (başqa sözlə dövlətlərin) meydana çıx-dığı qədim dövrdə mövcud olmuş iqtisadi sistem (quldarlıq sistemi) əsasən dövlət hakimiyyətinin (hakim sülalələrin) iq-tisadi mənafeyini qorumuşdur. Daha sonra meydana çıxmış feodalizm quruluşunda ayrıca mülkədarlar təbəqəsi formalaşsa da, torpaq sahibliyində yenə də dövlət hakimiyyəti öndə getmiş və ya mülkədarlarla dövlət hakimiyyətinin iqtisadi mənafeləri əsasən birləşmişdir. Lakin kapitalist münasibətlərinin meydana çıxması ilə kapitalistlərin mənafeyi dövlət hakimiyyətinin mənafeyinə qarşı dayanmışdır. Bu ziddiyyət azad sahibkarlıq ideyalarına əsaslanan (kapitalist sinfinin mənafeyini əks et-dirən) liberal iqtisadi görüşlərin və burjua inqilablarının (Niderlandda – 1566-1609, İngiltərədə – 1640-60 və 1688-89, Fransada – 1789-94 və s.) meydana çıxmasına səbəb olmuşdur. Bununla paralel olaraq həmçinin, dövlət hakimiyyətinin mənafeyini müdafiə edən mühafizəkarlıq və zəhmətkeşlərin mənafeyini müdafiə edən sosialist ideyaları da meydana çıxmışdır (zəhmətkeşlər sinfi qədim dövrdən mövcud ol-duğundan və hakim sinfə qarşı dayandığından sosialist ide-yalarının tarixi daha qədimdir).

Liberal iqtisadi görüşlərə əsaslanan burjua inqilablarının məqsədi elə iqtisadi sistem formalaşdırmaq idi ki, orada dövlət iqtisadiyyata müdaxilə etməsin və sahibkarlara iqtisadi azadlıq verilsin. Bu dövrdə mühafizəkar iqtisadi görüşlər (burada “mühafizəkar” ifadəsi müasir dövrümüzdəki mənasından ta-mamı ilə fərqlənir, belə ki, müasir mühafizəkarlar əsasən liberal iqtisadi görüşləri müdafiə edirlər. Bax, səh. 34-35) məhz dövlət hakimiyyətinin səlahiyyətlərinin (iqtisadi imtiyaz-larının) saxlanılmasını doğru sayırdılar. Sosialist hərəkatları isə zəhmətkeş təbəqənin mənafeyini müdafiə edərək hər iki görüşə (liberal və mühafizəkar) qarşı dayanırdı. XIX əsrdə sosialist hərəkatı özü də iki qanada ayrılmışdır: inqilabçı-marksist və islahatçı. İnqilabçı-marksistlər burjua sinfinin tamamı ilə ləğv olunmasının və mülkiyyətin ictimailəşdirilməsinin tərəfdarı idilər. Bu bir növ yuxarıda qeyd etdiyimiz üç sosial qrupdan (iqtisadi imtiyazlı dövlət hakimiyyəti, sahibkarlar və zəh-mətkeşlər) yalnız birinin – zəhmətkeşlər sinfinin saxlanılması demək idi. İslahatçı-sosialist qanadı isə burjua sinfini sax-lamaqla zəhmətkeş sinfin də iqtisadi mənafeyinin qanunla təmin olunmasının tərəfdarı idilər. Hətta xırda burjuaziyanı saxlamaqla dövlət hakimiyətini tamamı ilə ləğv etmək ideyasını irəli sürən anarxistlər də meydana çıxmışdır.

Tarixin gedişində tənzimlənən bazar İS-nin, o cümlədən, sosial (neoliberal) və sosial-demokrat modelli bazar İS-nin for-malaşması ilə liberal və islahatçı-sosialist iqtisadi görüşlərin müəyyən qədər uzlaşması baş verdi. İnqilabçı marksistlər isə bununla barışmadılar, onlar yalnız burjua sinfinin tamamı ilə ləğvi və mülkiyyətin tam ictimailəşdirilməsi ilə ədalətli İS-ə nail olmağı mümkün saydılar. Sosialist İS-i bərqərar olduqdan (Rus imperiyasında (1917-1991) və dünyanın bir çox ölkə-lərində) sonra isə bu ideya (ədalətli İS qurmaq) heç də özünü tam doğrultmadı. Belə ki, mülkiyyət ictimailəşdirildikdən sonra bu mülkiyyəti idarə edən müəssisə rəhbərləri faktiki olaraq kapitalistə, hakimiyyət orqanlarının (dövlət idarəetmə orqanla-rının) vəzifəliləri isə onlarla birləşmiş iqtisadi imtiyazlı sosial qrupa çevrildilər. Başqa sözlə, üç sosial qrupdan ikisinin (döv-lət hakimiyyəti və sahibkarlar) zəhmətkeşlərə qarşı qeyri-leqal birləşməsi baş verdi. Bu sistem mahiyyətcə dövlət-inhisarçı kapitalizminə uyğun idi. Yəni, faktiki olaraq siniflər (istismarçı və zəhmətkeş) heç də ləğv olunmadı, müəssisə rəhbərləri və dövlət idarəetmə orqanları vəzifəliləri heç də yalnız əmək haqqı ilə yaşamadılar, dövlət idarəetmə orqanlarında və müəssisələrdəki korrupsiya və sosial təbəqələşmə kapitalist ölkələrindəkindən heç də geri qalmadı, hətta onları da geridə qoydu. Zəhmətkeşlər sinfinin ən böyük (və bəlkə də yeganə) uduşu isə əmək haqqının xeyli aşağı olmasına baxmayaraq işsizlik probleminin demək olar ki, 100%-li həll olunması idi. Sosialist iqtisadi sisteminin tənəzzülü dövründə (XX əsrin 70-80-ci illəri) isə sosialist iqtisadiyyatında qıtlıq və gizli inflyasiya özünün ən yüksək həddinə çatmışdır.

Bütün bunlara rəğmən sosialist iqtisadi sisteminin tərəfdarı olan, həqiqi sinifsiz cəmiyyətin qurulmasını mümkün hesab edən ideoloqlar və siyasi hərəkatlar bu gün də mövcuddur.

Bəs milli ideologiyamızda hansı iqtisadi sistemə üstünlük verilir? Öncə qeyd etdiyimiz kimi milli ideologiyalarda əsas məsələ milli haqların təmin olunması və milli dövlətin qu-rulmasıdır və iqtisadi sistem isə milli xüsusiyyətlər, tarixi ənənə, coğrafi şərait və s. nəzərə alınmaqla müəyyən olun-malıdır.

Qədim tarixi ənənələrimizə gəldikdə, tədqiqtçılara görə qədimdən türk düşüncə sistemində “milli təsanüd” (bax, səh. 97, 124, 138-139) prinsipi mövcud olmuşdur ki, bu da cə-miyyətdə fərdiyyəətçiliklə kollektivçiliyn səmərəli uzlaş-dırılmasını nəzərdə tutur. Yəni nə ifrat solçuluq, nə də ifrat sağçılıq qəbul edilmişdir. “Milli təsanüd” prinsipi hətta Müsavat partiyasının 1936-cı ildə qəbul olunmuş yeni proqramına da daxil edilmişdir. Bu prinsip müasir dövrümüzdə iqtisadi mənada məhz qarışıq (sosial və sosial-demokrat yönümlü) bazar iqtisadiyyatı modellərinə uyğundur.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda yaranmış milli azadlıq hərəkatı (“Difai”, Müsavat və s.) və milli ideoloqlarımız (Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b.) iqtisadi məsələdə əsasən “sol” (sosial-demokrat) təmayüllü olmuş, yəni, xırda burjuaziyanı saxlamaqla dövlət tərəfindən iqti-sadiyyatın tənzimlənməsi və sosial siyasətə üstünlük vermişlər. Lakin eyni zamanda liberal iqtisadi görüşə meylli milli ideo-loqlarımız da (Ə.Topçubaşov, Y.Akçura və b.) olmuşlar.

Türkiyə Cümhuriyyətinin ilk illərində milli ideoloq və böyük mübariz M.K.Atatürk etatist iqtisadi siyasəti ilə seçilmişdir (bax, s. 68). Bu iqtisadi siyasət də əsasən sosial-demokrat yönümlü bazar iqtisadi sistemi formalaşdırmağa yönəlmişdir.

Bu gün də Türkiyə Cümhuriyyətində sol təmayüllü kifayət qədər nüfuzlu siyasi partiyalar (Cümhuriyyət Xalq Partiyası, Demokratik Sol Partiya və s.) fəaliyyət göstərir və haki-miyyətdə də təmsil olunurlar. Ümumiyyətlə Türkiyə sosial dövlətlərə aiddir. Qardaş dövlətdə son 11 ildə görünməmiş yüksək templi iqtisadi artıma nail olunmuşdur. Belə ki, nominal Ümumi Daxili Məhsul (ÜDM) təxminəm 5 dəfə (≈150 mld. dol.-dan ≈780 mld. dol.-a qədər) artmışdır. Özü də bu artım hasilat yox, əsasən emal sənayesinin hasabına baş vermişdir.

XX əsrin axırlarında milli azadlıq hərəkatımızın aparıcı təşkilatları olmuş Azərbaycan Xalq Cəbhəsinin (AXC) və Bütöv Azərbaycan Birliyinin (BAB) məramnamələrində də sosial yönümlü iqtisadiyyat məqbul sayılmışdır (bax, səh. 108-109, 123, 124, 138-139).

Respublikamızın müstəqilliyinin ilk illərində isə sosialist sistemindən bazar sisteminə keçmək üçün aparılan ilk iqtisadi islahatlar əsasən liberal modelə yönəlmiş, lakin sonradan sosial yönumlü model daha məqsədəuyğun hesab edilmişdir. Azər-baycan üçün sosial yönümlü bazar İS-nin seçilməsi əsasən aşağıdakı amillərlə əsaslandırılmışdır (2.31, s.205-209):

- Xalqımızın mentalitetində fərdiyyətçiliklə bərabər dərin iz qoymuş sosialist ənənələrinin də mövcud olması;

- Sahibkar ola biləcək şəxslərin sayının az olması;

- İqtisadi liberallaşmadan ayrı-ayrı şəxslərin sui-istifadə (korrupsiya, inhisarçılıq və s.) imkanlarının geniş olması;

- Ümumi həyat səviyyəsinin aşağı olması ilə bərabər sosial təbəqələşmənin mövcud olması;

- İqtisadiyyatın böhran vəziyyətdə və əsasən hasilat sənayesindən asılı olduğu bir şəraitdə emal və elm tutumlu digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün xüsusi dövlət siyasətinə ehtiyacın böyük olması;

- İqtisadi göstəricilərin çox aşağı olduğu bir vaxtda daha “solçu” model olan sosial-demokrat modelinin tətbiqinin şəxsi mənfəətin hərəkətverici qüvvəyə çevrilməsini məhdudlaş-dıracağı və inkişafı ləngidə biləcəyi ehtimalının böyük olması.

Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, qarışıq iq-tisadiyyat modellərinin seçilməsi adətən sürətli iqtisadi inkişafla müşahidə olunur. Almaniya, Skandinaviya ölkələri, Çin, Yaponiya, Türkiyə və s. ölkələri buna misal göstərmək olar. Ona görə də istənilən halda sosial yönümlü bazar modeli Azərbaycan üçün ən optimal model sayıla bilər.





Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin