TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə71/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   67   68   69   70   71   72   73   74   ...   116
Siyasi rejim dedikdə siyasi hakimiyyətin həyata keçi-rilməsinin üsul və vasitələrinin məcmusu, onun məzmunu və xarakteri başa düşülür. Siyasi rejimin iki növü fərqləndirilir: demokratikantidemokratik siyasi rejimlər.

Demokratik siyasi rejimdə dövlət hakimiyyəti azad və ədalətli seçkilər vasitəsiylə xalq tərəfindən formalaşdırılır, əhalinin dövlət hakimiyyətinə birbaşa təsir mexanizmi (deputatı geri çağırmaq və s.) mövcud olur. Siyasi və ideoloji plüralizm bərqərar olur, güc strukturları yalnız daxili və xarici təhlükəsizliyə cavabdeh olur və siyasətə müdaxilə etmir. Bütün dövlət orqanlarının fəaliyyəti hüquqi xarakter daşıyır. Şəxslərin hüquq və azadlıqları elan edilir və təmin olunur, onların qanunsuzluqlardan müdafiəsi həyata keçirilir.

Antidemokratik siyasi rejim ictimai həyatın bütün sahələ-rində dövlət nəzarətinin mövcudluğu, dövlətin hüquq üzərində üstünlüyə malik olması ilə xarakterizə olunur. Antidemokratik siyasi rejimin özünün də iki forması fərqləndirilir: Avtoritartotalitar siyasi rejimlər.

Avtoritar siyasi rejimdə hakimiyyət bölgüsü, xalqın seçkilər vasitəsi ilə dövlət idarəçiliyində iştirakı, siyasi plü-ralizm əsasən formal xarakter daşıyır. Vətəndaşların hüquq və azadlıqları xeyli məhdudlaşdırılır, onlar siyasi və ideoloji görüşlərinə görə qeyri-rəsmi təqib olunur. Əsas hakimiyyət səlahiyyətləri dövlət başçısının və mərkəzi icra strukturlarının əlində cəmləşir, parlamentin və digər dövlət hakimiyyəti orqanlarının rolu isə tamamı ilə formal xarakter daşıyır. Korrupsiya və rüşvətxorluq adətən mərkəzləşir və yüksək səviyyədə olur.

Totalitar siyasi rejimin xüsusiyyətlərindən danışıldıqda adətən keçmiş SSRİ-dəki rejim əsas götürülür. Belə rejimdə rəsmi olaraq vahid partiya və vahid ideologiya mövcud olur, çoxpartiyalılıq və ideoloji plüralizm rəsmən qadağan edilir. Mülkiyyət rəsmən dövlət inhisarında olur. Vətəndaşların nəinki siyasi həyatda, hətta şəxsi həyatda da azadlıqları məh-dudlaşdırılır. Konstitusiya və qanunlarda təsbit olmasına bax-mayaraq dövlət hakimiyyətinin xalq tərəfindən formalaş-dırılması real olaraq təmin olunmur.

Siyasi rejimin bu formalarından başqa müvəqqəti xarakter daşıyan keçid rejimifövqəladə rejim formaları da fərqləndirilir. Keçid rejimi radikal müxalifətin hakimiyyətə gəlməsi nəticəsində formalaşır. Bu rejim demokratik və ya avtoritar xarakterli ola bilər. Fövqəladə siyasi rejimlər isə kütləvi iğtişaşın, təbii fəlakətin, ekoloji qəzaların, dövlət çevrilişinin və s. qarşısının alınması və ya baş vermiş belə hadisələrin nəticələrinin aradan qaldırılması zərurəti ilə yaradılır.




Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin