TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə89/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   85   86   87   88   89   90   91   92   ...   116
Azərbaycan türkcəsində

Rus dilində ümumi qarşılığı

Bildi (şühudi keçmiş zaman)

Bilib/bilmişdir (nəqli keçmiş zaman)

Bilirdi (indiki zaman+“idi”)

Bilirmiş (indiki zaman+“imiş”)

Bilibmiş/bilmiş imiş

Bilmişdi


≈ Он знал

Bilərdi

Bilərmiş


Biləcəkdi

Biləcəkmiş



≈ Он знал бы

O, otaqda idi

O, otaqda imiş

O, otaqda olub (olmuşdur)


Он был в комнате


Sintaktik xətalar özünü həm sadə, həm də mürəkkəb cümlələrdə göstərir. Türk dilindən fərqli olaraq rus dilində xəbər tamamlıqdan və bəzən də zərflik və mübtədadan öncə işlənə bilər. Bu qaydaların dilimizə yersiz tətbiqi anormal alınır:

O, şəklə baxır – O, baxır şəklə (tamamlıq)

O, yaxşı oxuyur – O, oxuyur yaxşı (zərflik)

Yaz gəlir – Gəlir yaz (mübtəda)
Rus dilində tabeli mürəkkəb cümlələrdə bağlayıcı əvəzliklərdən (“который”, “где”, “когда”, “как” və s.) is-tifadə olunur və adətən budaq cümlə baş cümlədən sonra gəlir. Bu qayda da rusdillilər tərəfindən türk dilində “sınaqdan keçirilir” və ədəbi dilimizə yad “hansı ki”, “harada ki”, “nə vaxt ki”, “necə ki” və s. ifadədələrdən yersiz istifadə olunur. Halbuki, bu zaman uyğun feili sifət tərkiblərindən istifadə etməklə, geniş sadə cümlə qurulmalıdır. Məsələn:
Mı idyom tuda, qde on rodilsya

Biz ora gedirik, harada ki, o, doğulub (səhv)

Biz onun doğulduğu yerə gedirik (düzgün)
Day mne kniqu, kotoraya mne nravitsya

Kitabı mənə ver, hansı ki, mənim xoşuma gəlir (səhv)

Xoşuma gələn kitabı mənə ver (düzgün)
Milli varlığımızın əsas ünsürü kimi ana dilimizi qorumaq, yaşatmaq və yüksəltmək müqəddəs borcumuzdur. Bunu dərk etməyən, milli hislərdən məhrum şəxslərin qiyməti unudulmaz şairimiz Tofiq Bayramın “Ana dili” şeirində gözəl verilmişdir:
Qalxıb Şahdağına söz istəyirəm,

Çatsın hay-harayım dinləyənlərə,

Mən nankor deyirəm, nacins deyirəm

Öz ana dilini bilməyənlərə!


Bu dil şirinlikdə şərbət kimidir,

Saflığı qorunan sərhəd kimidir,

Anamız Vətən də qürbət kimidir

Öz ana dilini bilməyənlərə!

Beyninə girmədi, ana öyüdü,

Əsilsiz yaşayıb o küt böyüdü,

Görüm haram olsun ananın südü

Öz ana dilini bilməyənlərə!


Bu gün azad dilli Azərbaycanam,

O taylı, bu taylı vahid bir canam,

Baxır ögey kimi ağbirçək anam

Öz ana dilini bilməyənlərə!


Nankorun qızıldan olsa dirəyi

Dar gündə millətin olmaz gərəyi.

Haramdır Vətənin halal çörəyi

Öz ana dilini bilməyənlərə!





Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin