TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə92/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   88   89   90   91   92   93   94   95   ...   116
2. Türk tarixi
Türk dövlətçiliyi tarixində təhrif

olunmuş məqamlar
Türk milləti dövətçilik tarixi çox qədimlərə söykənən mil-lətlərdən biridir. Zaman-zaman “Avropamərkəzçilik”, həm-çinin sovet tarixşünaslığında türklüyə ögey, qərəzli münasibət türk dövlətçiliyi tarixinin düşmənlərimizin xeyrinə təhrif olunmasına gətirib çıxarmışdır. 30-40 il öncəyə qədər Türk dövlətçiliyi tarixi Orta Asiyada m.ö. 220-ci ildə yaranmış Hun imperatorluğundan, Ön Asiyada isə XI əsrdə Orta Asiyadan gəlmə türklər tətəfindən yaradılmış Səlcuq imperatorluğundan götürülürdü. Səlcuqlara qədər Ön Asiyada mövcud olmuş bütün dövlətlər isə samidilli, farsdilli, qafqazdilli və “ölüdilli” xalqlara aid edilmişdir. Sonralar türkdilli xalqların Ön Asiyaya daha öncə – ilk orta əsrlərdə və hətta miladdan öncəki əsrlərdə köç etdikləri etiraf edildi. Ən son tədqiqatlarda isə Ön Asiyada bir neçə minillik öncə məhz yerli türkdilli tayfaların (Arat-talılar, şumerlər/kəngərlər, lullubilər, qutlar, kaslar, elamlar, madaylar və s.) yaşadıqları və özlərinə dövlətlər qurduqları sübut edilməkdədir. Eyni zamanda Orta Asiyada da türk dövlətçiliyi tarixinin m.ö. III əsrdən daha qədimlərə getdiyi sübut edilməkdədir. Nəticədə isə türk dövlətçiliyi tarixi haqqındakı köhnə konsepsiya alt-üst olmaqdadır.

Təəssüflər olsun ki, ayrı-ayrı müəlliflərin tədqiqatlarında həqiqi tariximizə işıq salan yeni faktlar üzə çıxarılsa da, bu gün həmin yeniliklər dərsliklərdə, xüsusən də orta məktəb dərslik-lərində lazımınca nəzərə alınmır.

Azərbaycan Ön Asiyada yerləşdiyindən Türk dövlətçiliyi tarixinin köhnə konsepsiyasından ən çox “zərər çəkmiş” sahə məhz Azərbaycan dövlətçiliyi tarixidir. Təəssüf ki, sovet tarix konsepsiyasından irəli gələn bir çox yanlış baxışlar Azərbaycan tarixi dərsliklərində bu gün də qalmaqdadır.

Bu dərsliklərdə etnik mənşəyimizlə bağlı məsələlərdə həqiqət əsasən öz yerini alsa da, dövlətçiliyimizlə bağlı məsələlərdə millətimizi aşağılayan yanlış baxışlar saxlanılmış-dır. Bu gün tarix dərsliklərində Sovet dövründəki kimi Midiya (m.ö. 712-550), Parfiya (m.ö. 250 - b.e. 226), Səfəvilər (I Şah Abbas hakimiyyətə gəldikdən sonrakı dövr: 1587-1736), Avşarlar (1736-1747), Qacarlar (1796-1925) kimi böyük və qüdrətli Azərbaycan türk imperiyaları haqsız olaraq “İran” adı altında farslara aid edilir. Azərbaycan türklərinin dövlətçilik tarixinə isə əsasən müxtəlif dövrlərdə yarımasılı şəraitdə yaşamış kiçik dövlətlər (Manna, Albaniya, Atropatena, Girdman, Xürrəmilər, Şirvanşahlar, XVIII əsrin ikinci ya-rısında yaranmış xanlıqlar və s.) aid edilir. Üstəlik Azərbaycan tarixi Şimal və Cənub olmaqla iki yerə bölünür. Halbuki, Azərbaycan tarixi bütövdür və Araz çayı heç vaxt nə dövlətçilik, nədə etnik-mədəni cəhətdən tarixi sərhəd olma-mışdır. Azərbaycan türklərinin dövlətçilik tarixi yalnız kiçik, yarımasılı dövlətlərdən ibarət deyil, biz tarixdə böyük im-periyalar qurmuş bir xalqıq.



Midiya, Parfiya, Səfəvilər, Avşarlar və Qacarlar dövlət-lərinin Azərbaycan dövlətçiliyi tarixinə aid edilməməsinin nə qədər əsassız olduğunu bu dövlətlər haqqında yeni tarix konsepsiyasına uyğun qısa tarixi arayışdan görmək olar.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin