TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə93/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   89   90   91   92   93   94   95   96   ...   116
Midiya dövləti mərkəzi Azərbaycan ərazisinin (təxminən indiki Həmədan-Zəncan-Tehran bölgəsi) qədim yerli sakinləri olan türkdilli madaylar (madalar, medlər) tərəfindən yaradıl-mışdır. İlk hökmdarı Deyox (m.ö. 712-675) olmuşdur. Qaş-taritin hakimiyyəti illərindən (m.ö. 675-653) Midiya As-suriyanın təsirindən çıxaraq müstəqil dövlətə çevrilmişdir. (m.ö. 672). Böyük fateh Kiağsar öz hakimiyyəti illərində (m.ö. 625-585) Babil dövləti ilə ittifaqa girərək Assur və Urartu dövlətlərinin varlığına son qoymuş, Manna, Parfiya, Hirkaniya, Elam, Parsa və b. vilayətləri vahid hakimiyyət altında birləş-dirmiş, İşquz çarlığını öz hakimiyyətinə tabe etmiş və Ön Asiyada böyük bir imperiya yaratmışdır. Parsa (fars vilayəti) hakimi II Kirin başçılığı ilə həyata keçirilmiş hakimiyyət çevrilişi nəticəsində sonuncu Midiya hökmdarı Astiağ (m.ö. 585-550) öldürülmüş, hakimiyyət fars Əhəməni sülaləsinin əlinə keçmişdir. Midiya tarixə məlum olan ilk türk imperiya-larından, Kiağsar isə ilk türk imperatorlarındandır. Midiya imperiyası dövründə maq dini (bu dini zərdüştlük/mazdaizm və atəşpərəstliklə, həmçinin şamançılıqla eyniləşdirən və fərqləndirən tədqiqatçılar var) dövlət səviyyəsinə yüksəldilmiş və özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Bu böyük mədəniyyətin izləri xalqımızın (hətta digər dünya xalqlarının) həyatında bu günə qədər yaşamaqdadır. Midiya dövləti öz qüdrətinə və mədəni inkişaf səviyyəsinə görə dünya sivilizasiyası tarixində özünə mühüm yer tutmuşdur.

Parfiya Xəzər dənizinin cənub və cənub-şərqində (təx-minən Şərqi Azərbaycan və Qərbi Xorasan əraziləri) türkdilli parf (və ya part) tayfalarının yaşadığı vilayət olaraq öncə Midiya, Əhəməni (m.ö. 550-331) və Selevkilər (m.ö. 312-64) dövlətlərinin tərkibində olmuşdur. M.ö. 250-ci ildə Selevkilər dövlətinin tərkibindən çıxaraq Ərsaxlılar sülaləsinin hakimiy-yəti altında müstəqil padşahlığa çevrilmişdir. Parfiya padşah-lığı Kiçik Midiya (Böyük Midiyanın varisi – Atropatena, Odər-bayqan, Odərbatan) ilə yaxın münasibətdə olmuşdur (Strabona görə bu dövlətlərin hakimiyyət sülalələri arasında nikah bağlantıları da olmuşdur). Bu da etnik-mədəni yaxınlıqla izah oluna bilər. Albaniya dövlətində də I əsrdən dövlətin süqutuna qədər (510-cu il) hakimiyyət sülaləsi Ərsaxlılardan olmuşdur. Parfiya padşahlığı m.ö. II əsrin əvvəllərindən öz ərazilərini genişləndirərək imperiyaya çevrilmişdir. Onun ərazisi Mesopa-tamiyadan Hindistana qədər uzanırmış. M.ö. 20-ci ildə Kiçik Midiya – Atropatena da müstəqilliyini itirərək bu imperiyanın tərkibinə qatılmışdır. Parfiyalılar Midiyalılarla eyni dil və mə-dəniyyətin daşıyıcısı olmaqla Müasir Azərbaycan türklərinin etno-genezində birbaşa iştirak etmişlər. Parfiya imperiyası da Parsa hakiminin (I Ərdəşir) başçılığı ilə həyata keçirilən hakimiyyət çevrilişi nəticəsində süqut etmişdir (226-cı il).


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin