TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə100/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   96   97   98   99   100   101   102   103   ...   116
Milli rəqslərimiz müəyyən qədər öyrənilmiş və araşdırılmış sahələrdəndir. Milli rəqslərimizin toplanması, öyrənilməsi və tədrisi, o cümlədən bu rəqslərə quruluşların verilməsi sahəsində görkəmli ziyalımız Əlibaba Abdullayevin (1915-80) xüsusi xidmətləri olımuşdur. Hazırda milli rəqslərimiz üzrə yetişmiş mütəxəssislər və peşəkar rəqqaslar var. Milli rəqslərimizin orta və ali səviyyədə tədrisi həyata keçirilir.

Sevindirici haldır ki, son illər əhalidə milli rəqs kurslarına meyl xeyli artıb. Artıq toylarda xüsusi rəqs dərsi almış gənclərin öz məharətlərini göstərməsi bir dəbə çevrilmişdir. Bu isə milli rəqslərimizin qorunub yaşadılacağına və gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidləri artırır.

Xalq yaradıcılığımızda unikal sənət sahələrindən biri də meyxana sənətidir. Son vaxtlar meyxananın folklor olub-olmaması məsələsi xeyli mübahisə doğurur. Fikrimizcə, bu mübahisələrin yaranmasının əsas səbəbi folklorun özünə baxışın dəqiq müəyyənləşdirilməməsidir. Yəni, meyxananın folklor olub-olmamasını müəyyən etməzdən əvvəl, “folklor” – “xalq yaradıcılığı” dedikdə nə başa düşüldüyü, bu anlayışın hansı yaradıcılıq nümunələrini əhatə etdiyini müəyyən-ləşdirmək lazımdır. Bundan sonra məsələnin həlli o qədər də çətin deyil.

Bildiyimiz kimi xalq yaradıcılığı fərdi (müəllif) ya-radıcılığından fərqləndirilir. Lakin, onlar arasında dəqiq bir sərhəd müəyyən etmək özü də xeyli çətindir (bax, səh. 152-154). Meyxanaya gəldikdə, burada sözlərin müəllifi məlumdursa və hətta bir neçə saniyə ərzində düşünülmüş, bəzən qafiyə xatirinə deyilmişdirsə, aydındır ki, bu xalq ədəbiyyatı deyil. Yalnız xüsusi halda, hansısa meyxanaçının sözü dildən-dilə düşərsə, cilalanarsa, müəllifi bilinmədən yaşadılarsa və sevilərsə xalq ədəbiyyatı nümunəsi kimi qəbul oluna bilər. Lakin, unutmaq olmaz ki, folklor yuxarıda qeyd etdiyimiz kimi yalnız xalq ədəbiyyatından ibarət deyil. Xalqın şifahi şəkildə yaratdığı və yaşatdığı ənənələr və musiqi də folklordur. Bu baxımdan meyxananın xalq tərəfindən ya-radılan, yaşadılan və sevilən ənənələri (bədahətən söz demə, deyişmə, əyləndirmə və s.) və musiqisi folklordur. Yəni, mey-xana ədəbiyyat kimi yox, ənənə və musiqi kimi folklordur. Məhz bu amilin nəzərə alınmaması, folklorun yalnız xalq ədəbiyyatı kimi götürülməsi meyxananın folklora aid edilib-edilməməsi məsələsində ciddi mübahisə yaradır.

Meyxananın bir çox ünsürlərində (şeir forması kimi qoşma və gəraylıdan istifadə, bədahətən söz demə, deyişmə və vəsf etmə, bəzi ritmik aşıq havalarına yaxın musiqiyə malik olması) aşıq sənətinə yaxınlıq var. Bəzən, bu yaxınlıqdan danışanlar aşıq sənətinə bağlı adamların güclü təpkisi ilə qarşılaşır. Lakin, unutmaq olmaz ki, bu yaxınlıq əsasən formal xarakterlidir, bu sənətlər məzmununa, zənginliyinə və əhatə dairəsinə görə biri-birindən kəskin fərqlənirlər. Eyni zamanda bu yaxınlıq hər iki sənətin eyni xalqın vahid mədəniyyətindən qaynaqlandığını göstərir.

Təəssüf ki, meyxananın mənşəyi lazımınca araşdırıl-mamışdır. Meyxananın mənşəyini bəzən dərvişlik, bəzən də aşıq sənəti ilə bağlayırlar. Hər iki versiyada həqiqət axtarmaq olar. Lakin, o da məlumdur ki, bu gün meyxana sənəti nə dərvişlikdir, nə də aşıqlıq, müstəqil bir janrdır. Bu müstəqil sənətin formalaşması isə hər halda uzun bir tarixi inkişaf prosesinin nəticəsidir və mütləq bir mənşəyi var. Daha bəzi-lərinin iddia etdiyi kimi, meyxana sənəti XX əsrin əvvəllə-rində Abşeronda birdən-birə “göydən düşməyib”.

Milli mənəvi dəyərlərimizin mühüm ünsürlərindən biri də milli kulinariyamızdır. Yeməklər özü maddi nemət olsa da, onların nəsildən-nəslə ötürülən ənənəvi hazırlanma qaydaları mənəvi dəyər olaraq xalq yaradıcılığının ayrılmaz tərkib hissəsidir. Milli kulinariyamız müəyyən qədər toplanmış və araşdırılmaqda olan sahələrdəndir. Milli Kulinariya Mərkəzinin prezidenti, tədqiqatçı Tahir Əmiraslanovun bu sahədəki xidmətlərini xüsusən qeyd etmək lazımdır. Onun rəhbərliyi ilə Azərbaycan milli yeməkləri bir çox beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Eyni zamanda T.Əmiraslanovun elmi redaktorluğu ilə Azərbaycan kulinariyasının ensiklopediyası (3.15) da tərtib edilmişdir.

Xalq yaradıcılığında çox geniş yer tutan təsviri dekorativ-tətbiqi sənət sahələri, həmçinin memarlıq sənəti xalqın həyat tərzini və dünyagörüşünü, o cümlədən bədii-estetik görüşlərini özündə əks etdirir. Bu sənət sahələri müəyyən qədər araşdırılmış və araşdırılmaqda olan sahələr-dəndir.

Tarixi çox qədim olan xalq təsviri sənəti sahəsində miniatür sənəti xüsusi yer tutur. Bu sənətin IX əsrdə uyğur türklərində meydana çıxdığı qeyd edilir. Orta Şərqdə isə tarixə məlum ilk miniatür nümunələri (XIII əsrin əvvəlləri) Azərbaycanla (Təbriz, Marağa və s.) bağlıdır. XV əsrdə Təbriz miniatür məktəbi tam müstəqil bədii məktəb kimi formalaşmışdır (3.57, s. 80-82; 2.5, VI cild, s. 577). Miniatürlər əsasən kitablara və bədii əsərlərə illüstrasiyalar kimi çə-kilmişdir. Azərbaycan miniatürləri özündə xalqımızın mə-dəniyyəti və tarixi ilə bağlı zəngin məlumatları daşıdığından çox dəyərli sənət əsərləridir.

Xalqımızın dekorativ-tətbiqi sənət sahələri (dulusçuluq, zərgərlik, şəbəkəbəndlik, bədii oyma, bədii tikmə, toxuma və s.) içərisində xalçaçılıq xüsusi yer tutur. Belə ki, xalçaçılıq xalqımızın ən geniş yayılmış dekorativ-tətbiqi sənət sahəsidir. Bu sahədə nümunələrin toplanması və tədqiqində böyük ziyalımız Lətif Kərimovun (1906-91) misilsiz xidmətləri olmuşdur. Onun məşhur “Azərbaycan xalçası” əsərində Azərbaycan xalçalarına məxsus 1200-dən artıq ornament elementinin təhlili verilmişdir.

Xalq yaradıcılığımızın mühüm tərkib hissələrindən biri də xalq təbabətimizdir. Türk xalq təbabətinə el dilində “türkəçarə” də deyirlər. Məlumdur ki, müasir tibb elminin əsası xalq təbabətindən gəlir. Hələ elm və texnikanın inkişaf etmədiyi dövrdə insandakı xəstəliklər müəyyən edilmiş, həmin xəstəliklərə xalq dilində ad da verilmiş və müalicə yolları da tapılmışdır. Xalq təbabətindəki müalicə üsullarının doğruluğu bu gün müasir tibb elmi tərəfindən öz təsdiqini tapır. Hətta müasir tibb elmi nə qədər yüksək inkişaf səviyyəsinə çatmış olsa da, ona paralel olaraq xalq təbabəti öz rolunu və əhəmiy-yətini yenə də itirməmişdir. Xalq təbabətimiz bu gün də yaşa-yır. İnsanlar bu gün də bir çox xəstəliklərin müalicəsində xalq təbabətinə müraciət edirlər və müsbət effektini də görürlər.

Xalq təbabətimiz müəyyən qədər toplanmış olsa da, az araşdırılmış sahələrdəndir. Bu sahənin həkim-mütəxəssislər tərəfindən daha ciddi araşdırılmasına ehtiyac var.

Folklorumuzda xalq oyunları, o cümlədən xalq uşaq oyunları da xüsusi yer tutur. Bu oyunlar əyləncə olmaqla yanaşı idman, uşaq və yeniyetmələrdə fiziki və əqli inkişaf, iradə, ünsiyyət, kollektivçilik, birgə mübarizə və s. keyfiy-yətləri aşılama funksiyasını daşıyır. Eyni zamanda bu oyunlar xalqın xarakterini, tarixi ənənələrini də özündə əks etdirir.

Bütün bunlara rəğmən təəssüf ki, xalq oyunları çox az toplanmış və az araşdırılmış sahələrdəndir. Xalq oyunlarının bir çoxu unudulmuş, bir çoxları isə unudulmaqdadır. Ona görə də bu sahə hər an öz ciddi tədqiqatçısını gözləyir.





Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin