TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə101/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   97   98   99   100   101   102   103   104   ...   116
Nəticələr
Kitabda aparılan araşdırmalardan sonra ümumi şəkildə aşağıdakı nəticələri əldə etmiş oluruq:

1. İdeologiya anlayışına çoxsahəli görüşlərin və ideyaların istənilən sistemi yox, elə bir bütöv sistemi aid edilə bilər ki, həmin görüşlər və ideyaların məhz ictimai problemlərin həllinə, inkişafa və bəşəriyyətin xoşbəxtliyinə xidmət etdiyi əsaslandırılmış olsun.

2. İdeologiyaların təsnifatını onların təmayülünə (hansı sahə ilə bağlı görüşlərin baza rolunu oynamasına) görə apar-maq daha əlverişlidir. Belə ki, bu cür təsnifatda ideologiyalar haqqında daha geniş təsəvvür yaranmış olur. Həmin meyara görə iqtisadi, hüquqi, dini, milli, qarışıq və ümumi tə-mayüllü ideologiyalar fərqlənir.

Milli təmayüllü ideologiyalar uyğun olaraq milli mə-sələlərin həllinin (milli varlığın yüksəldilməsi, milli azadlıq, milli dövlətin qurulması, etnik ziddiyyətlərin aradan qal-dırılması və s.) əsas götürüldüyü ideologiyalardır. Bu ideo-logiyalar adətən milli problemlərin (müstəmləkəçilik, xarici təcavüz, milli ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.) daha çox mövcud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq hərəkatlarının ideologiyaları kimi formalaşır. Milli təmayüllü ideologiyalar qısa olaraq milli ideologiya və ya millətçilik də adlandırılır.

3. Milli ideologiya – millətçilik şovinizmdən fərqlənən və ona qarşı dayanan bir mütərəqqi ideologiyadır. Belə ki, mil-lətçilik millətlərin bərabərliyi, milli varlığın qorunması ide-yasına əsaslandığı halda, şovinizm bir millətin üstünlüyü və digərləri üzərində hakimiyyəti ideyasına əsaslanmaqla digər millətlərin varlığına qarşı yönəlir. Ona görə də, şovinizm ifadəsi ideologiyanı yox, milli haqlara qarşı yönəlmiş bir mürtəce siyasəti ifadə edir.

Müasir dövrdə milli ideologiyanın əsas prinsipləri milli varlığı qoruyub saxlamaq, yaşatmaq və yüksəltmək, milli şüuru inkişaf etdirmək və hər bir millətin rifahını və inkişafını təmin edəcək müstəqil, güclü və inkişaf etmiş milli dövlət qurmaqdır.

Tarixi təcrübə göstərir ki, milli problemləri həll etmədən digər problemlərin həllindən və ədalətli cəmiyyət quruculu-ğundan danışmaq yersizdir. Bu gün türk xalqlarının, o cümlə-dən Azərbaycan türklərinin kifayət qədər milli problemləri var və ilk növbədə bu problemlər həll olunmalıdır. Ona görə də çağdaş dövrümüzdə inkişafımız üçün məhz milli ideologiya prinsiplərini qəbul etmək məqsədəuyğundur.

3. Bir milli ideologiya kimi türk millətçiliyinin formalaş-ması XIX əsrdən başlamış, inkişaf etmiş və bu gün də inkişaf etməkdədir. Bu ideologiyanın ilkin təməlləri hələ XIX əsrin əvvəllərində Qərbi nümunə götürməklə elm, texnika, hərb, hüquq və b. sahələrdə islahatçılıq ideyaları ilə qoyulmuş, sonradan maarifçilik ideyaları ilə, həmçinin burjua-de-mokratik (liberal) sosialist ideyalarından yararlanmaqla formalaşmağa başlamış, daha sonra imperializmə və müs-təmləkəçiliyə qarşı milli azadlıq, milli birlik (müsəlman birliyi və türk birliyi) ideyaları ilə inkişaf etmiışdir. Nəticədə milli və milli-azadlıq hərəkatları formalaşmış, müstəqil türk cümhuriyyətləri yaranmış, milli dəyərlərə söykənən dövlət (milli dövlət) quruculuğu ideyaları ilə bu ideologiyanın inkişafı davam etmişdir. Türk xalqlarında milli azadlıq hərəkatları, milli dövlət quruculuğu və milli birlik (türk birliyi) ideyaları bu gün də mövcuddur və inkişaf etməkdədir.

4. Türk millətçiliyinin formalaşdığı dövrdən onun təməlində dayanan üçlü ideoloji sistemin (Türklük, Müasirlik, İslam) mahiyyətini çağdaş dövrümüz üçün aşağıdakı kimi izah etmək olar:

Türklük – türk milli varlığını qorumaq, yaşatmaq və yük-səltməyi, milli şüura və milli dövlətə sahib olmağı əks etdirir. Burada millətlərin bərabərliyi, o cümlədən başqa millətlərin milli haqlarına toxunmamaq zəruri şərtdir.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin