TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə102/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   98   99   100   101   102   103   104   105   ...   116
Müasirlik (çağdaşlıq) – elmi-texniki tərəqqi, iqtisadi in-kişaf, hüquqi-demokratik və dünyəvi dövlət quruculuğunu əks etdirir.

İslam – türk millətinin əsrlərdən bəri qəbul etdiyi və şüu-runda yaşatdığı islam dininin dəyərlərini qoruyub-yaşatmaq və yüksəltməyi əks etdirir. Lakin bu prinsipdə dini təmayüllü dövlət qurmaq nəzərdə tutulmur. Əksinə, dini dövlət qurmağın (dini ehkamların qanunla məcburiləşdirilməsinin) dinin əsl mahiyyətinə zidd olduğu qəbul olunur.

5. Millət anlayışına siyasi və etnik-siyasi birlik forması kimi yanaşmaq ziddiyyətli olduğundan bu anlayışa məhz etnik birlik forması kimi yanaşmaq daha məqsədəuyğundur. Eyni zamanda milli varlığı (millətlərin varlığını) fərdi yox, “ictimai (toplumsal) iradə”nin məhsulu olan mənəvi dəyərlər müəyyən edir. Bu dəyərlərə dil, folklor və tarix aiddir. Həmin dəyərləri ümumi şəkildə milli mənəvi dəyərlər (MMD) adlandırmaq məqsədəuyğundur.

6. Hazirkı dövrdə ölkəmizdə MMD-in qorunub yaşadılması və yüksəldilməsi, milli şüurun inkişaf etdirilməsi və milli hədəflərə çatmaq istiqamətində milli siyasətin aparılmasına böyük ehtiyac var. Burada ana dilimizin mövqeyinin gücləndirilməsi, həqiqi tariximizin üzə çıxarılması istiqamətində son illər aparılmış çox dəyərli tədqiqatların nəticələrinin dərsliklərdə nəzərə alınması və həmin tədqi-qatların davam etdirilməsinə dəstək verilməsi, Azərbaycanın və türk dünyasının bütövlüyü ideyalarının təbliği, türk dünyasının inteqrasiyası üçün hər cür şəraitin yaradılması, Güney Azərbaycanın azadlığı və vətənimizin bütövlüyü uğrunda mübarizə aparan təşkilatlara maddi və mənəvi dəstəyin verilməsi xüsusi önəm daşıyır. Eyni zamanda MMD-imizdən xalq ədəbiyyatımızın məzmunca araşdırılmasında, adət-ənənələrimizin məhz ictimai əhəmiyyəti məsələsinin tədqiqində və təbliğində olan geriliyin aradan qaldırılması, milli ailə dəyərlərimizə qarşı yönəlmiş bir çox proseslərin qarşısının alınması, unudulmaqda olan bəzi folklor nümu-nələrinin toplanması, tədqiqi və təbliği milli siyasətimizın əsas məsələlərindəndir.

7. İqtisadiyyat sahəsində qəbul edilmiş sosial yönümlü bazar iqtisadi sisteminin formalaşdırılması, qeyri-neft sektoru-nun, o cümlədən elm tutumlu milli sənayenin inkişafı, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, inhisarçılığın qarşısının alınması və azad rəqabətin təmin edilməsi prioritet məsələlərdəndir.



8. Dövlət quruculuğunda hüquqi dövlət və demokratiya prinsiplərinin bərqərar edilməsi, dövlət qanunlarında MMD-imizin nəzərə alınması, milli və dini ənənələrə münasibətdə həm məcburiyyət, həm də qadağalardan mümkün qədər uzaq olmaq, dini məsələlərə münasibətdə təriqət ayrıseçkiliyindən və xurafatdan kənar elmi yanaşmaya üstünlük vermək inkişafımız üçün vacib şərtlərdəndir.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin