TürklüK ÇAĞDAŞliq


Türk millətçiliyinin səviyyələri



Yüklə 1,77 Mb.
səhifə45/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   41   42   43   44   45   46   47   48   ...   116
5. Türk millətçiliyinin səviyyələri
Türk milləti böyük millət olmaqla, tarixən çox geniş ərazilərdə yayılmış və bu ərazilərdə eyni vaxtda bir neçə türk dövləti mövcud olmuşdur. Bununla da müstəqil dövlətçilik tarixinə malik ayrı-ayrı türk xalqları meydana çıxmışdır. Bu gün də 7-si müstəqil olmaqla 20-yə yaxın türk dövlət qurumu mövcudur. Aydındır ki, türk millətçiliyi bir milli ideologiya kimi bütün türk xalqlarını əhatə edir. Yəni, bu ideologiyanın hədəfi ən yüksək səviyyədə türk dövlətlərinin müəyyən formada birliyidir. Lakin, bu hədəfə qədər ayrı-ayrı türk xalqları və dövlətləri səviyyəsində milli hədəflərə çatmaq zəruridir. Bu hədəflərə uyğun olaraq türk millətçiliyinin üç səviyyəsi müəyyən edilir.

Türkçülüyün birinci səviyyəsi ayrı-ayrı türk xalqlarında milli məsələlərin həllini əks etdirir. Yəni, birinci səviyyədə hədəf ayrı-ayrı türk xalqlarının türk milli dəyərlərinə söykənən bütöv və müstəqil dövlətə sahib olmasıdır. Milli ideologiya-mızın bu səviyyəsi uyğun olaraq bir türk xalqının (və ya dövlətinin) adı ilə adlandırılır. Məsələn, Azərbaycan türkləri üçün “Azərbaycançılıq”, Türkiyə türkləri üçün “Türkiyəçilik”, türkmənlər üçün “Türkmənçilik” və s.

Türkçülüyün ikinci səviyyəsi müəyyən xüsusiyyətlərinə (ərazi, mənəvi dəyərlər və s.) görə daha yaxın türk xalqlarını əhatə edir və onların müəyyən birliyini hədəf ğötürür. Milli ideologiyamızın bu səviyyəsi Oğuz xalqları üçün “Oğuzçuluq”, Qıpçaq xalqları üçün “Qıpçaqçılıq” və s. adlandırıla bilər.

Türkçülüyün üçüncü səviyyəsi bütün türk xalqlarını əhatə edir. Türk millətçiliyinin bu səviyyəsi “Turançılıq” və ya “Bütün Türkçülük” (“Pantürkizm”) adlandırılır. Bəzən “Türk-çülük” ifadəsi milli ideologiyamızın məhz üçüncü səviyyəsi mənasında işlədilir. Burada hədəf bütün türk xalqlarının siyasi-mədəni birliyinə nail olmaq və dünyada bir güc mərkəzinə cevrilməkdir. Öncə qeyd etdiyimiz kimi üçüncü səviyyədə türkçülük ideyalarını əsaslı şəkildə irəli sürən tarixə məlum ilk mütəfəkkir İ.Qaspıralıdır (1851-1914). Bu ideyaların ilkin ün-sürlərinə isə XIX əsr Azərbaycan maarifçilərində (M.F.Axund-zadə, H.Zərdabi və b.) də rast gəlinir. Turançılıq ideyaları sonradan Ə.Hüseynzadə, Y.Akçura, Z.Göyalp və b. ideoloqlar tərəfindən inkişaf etdirilmişdir. Onu da qeyd edək ki, türk-çülüyün səviyyələri türkçülük siyasətinin mərhələləri demək deyil, yəni bu siyasət hər üç səviyyədə eyni vaxtda, paralel olaraq aparılmalıdır.

Hazirda birinci səviyyədə milli ideologiyamızın hədəfinə çatmış türk xalqı kimi yalnız Türkiyə türklərini göstərmək olar. Belə ki, bu gün Türkiyə xeyli inkişaf etmiş, müstəqil siyasət yeridən, bütöv və güclü milli dövlətidir. Lakin təəssüflər olsun ki, bu dövlətdə daha yüksək səviyyələrdə türkçülük (“Oğuz-çuluq”, “Turançılıq”) nə dövlətin, nə də siyasi partiyaların si-yasətində demək olar ki, yoxdur. Təkcə onu demək kifayətdir ki, “İran” adlanan dövlətdə milli haqları taptanan qırx milyon-luq türkün problemi Türkiyədəki heç bir siyasi hərəkat tə-rəfindən səsləndirilmir, Türkiyə sərhədlərindən kənardakı türkçülük yalnız Şimali Kipr və qismən də İraq türkmanları ilə məhdudlaşır. Bir sözlə, Türkiyə dövlətində türkçülük “Türki-yəçilik” səviyyəsindən yuxarı qalxmır.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin