TürklüK ÇAĞDAŞliq


İqtisadi inkişaf problemləri



Yüklə 1,77 Mb.
səhifə67/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   63   64   65   66   67   68   69   70   ...   116
İqtisadi inkişaf problemləri.
Son on ildə Azərbaycan iqtisadiyyatının həcmi çox sürətlə böyümüş olsa da, bu əsasən neft hasilatının hesabına baş vermişdir və bu gün də neftdən asılılıq qalmaqdadır. Əmtəə ixracının 95%-dən, sənaye istehsalının isə 80%-dən çoxu neft sektorunun payına düşür. Ölkədə istehsal olunan qeyri-neft sənayesi və kənd təsərrüfatı məhsullarının adambaşına düşən miqdarı xeyli aşağıdır. İstehlak olunan əmtəələr əsasən idxal olunur. Bu isə çox acınacaqlıdır. Ona görə də neft gəlirləri ilk növbədə qeyri-neft sektorunun inkişafına yönəldilməlidir. Burada xarici kapitaldan asılı olmayan elm tutumlu sənayenin inkişafına xüsusi diqqət yetirilməlidir. Bunun üçün isə, elm və təhsil sahəsində xüsusi islahatların aparılması (elm və təhsilə ayrılan vəsaitin artırılması, elm və təhsildə ana dilimizin mövqeyinin yetərincə gücləndirilməsi, bu sahədə baş alıb gedən rüşvətxorluq və korrupsiyanın aradan qaldırılması, rüşvətxorluq və korrupsiyaya şərait yaradan qanun və qaydaların dəyişdirilməsi və s.) zəruridir. Həmçinin azad biznes və azad rəqabət mühitinin yaradılması, daxili və xarici ticarətdə inhisarçılığın aradan qaldirilması, eyni zamanda inhisarçılıq, rüşvətxorluq və korrupsiyaya şərait yaradan qanun və qaydaların dəyişdirilməsi zəruridir.

Kənd təsərrüfatının inkişafı üçün isə regionlarda əhalinin həyat şəraiti yaxşılaşdırılmalı (kommunal xidmətlərin daimi və güzəştli verilişi, əmək haqlarının şəhərdəkindən yüksək ve-rilməsi və s.), fermerlərə edilən güzəştlər və yardımlar daha da artırılmalı, kənd təsərrüfatı məhsulları ticarətinə yüksək gü-zəştlər tətbiq edilməli və tam azadlıq verilməli, bu məhsulların bazarında olan yüksək inhisarçılıq aradan qaldırılmalıdır.

Məlumdur ki, yeraltı yanacaq ehtiyatları tükənir və gələcəkdə alternativ enerji mənbələrindən (Günəş, külək, çay axını enerjisi və s.) kütləvi istifadə qaçılmaz olacaq. Bu enerji mənbələri həm də ətraf mühiti çirkləndirmədiyinə görə əl-verişlidir. Ona görə də iqtisadiyyatda alternativ enerji mənbələrindən istifadənin xüsusi çəkisinin daim artırılması prioritet istiqamətlərdən olmalıdır.

Yanacağın ən çox istifadə olunduğu sahələrdən biri də daxili yanma mühərrikli avtomobil nəqliyyatıdır ki, yeraltı ehtiyatı tükənən, bahalı və ətraf mühiti çirkləndirən yanacaqla işləyir. Lakin bu sahədə də alternativ var. Bu elektrik mü-hərrikli avtomobillərin – elektromobillərin istismarıdır. Elek-tromobillər daxili yanma mühərrikli avtomobillərlə müqayi-sədə quruluşca daha sadə, daha etibarlı, daha az cari təmir və istismar xərcləri tələb edən, mənbəyi tükənən enerji ilə (yanacaqla) işləməyən, daha asan idarə olunan və daha səssiz işləyən, komfortluq əldə edilmə imkanları daha geniş olan, ətraf mühitə zəhərli qazlar buraxmayan nəqliyyat vasitəsidir. Bir sözlə, elektromobillər texniki, iqtisadi və ekoloji cəhətdən həddən artıq əlverişlidir. Hələlik yeganə mənfi cəhəti isə bir doldurulmada uzun məsafə qət edə bilməməsi və doldurulmaya daha çox vaxtın sərf olunmasıdır. Lakin bu da gələcəkdə innovasiya nəticəsində həll oluna biləcək problemdir.



Bütün bunlara baxmayaraq nədənsə elektromobil sənayesində innovasiya və elektromobillərin kütləvi istehsalı və istismarında dünya çox gecikir. Halbuki, məsələn, rəqəmli texnologiyalar həddən artıq sürətlə inkişaf edir. Hazırda elektromobillərin kütləvi istehsalı və istismarında ən çox nailiyyət əldə etmiş dövlət Çin və qismən də Yaponiyadır. Belə bir şəraitdə Azərbaycanda dövlət səviyyəsində elektromobil sənayesində innovasiya və elektromobillərin kütləvi istehsalına maddi-texniki dəstək verilsə bu sahədə hətta inkişaf etmiş dünya dövlətlərini də geridə qoymaq olar. Həmçinin Azər-baycan iqtisadiyyatında əsaslı dönüş yarana bilər.



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin