TürklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə68/116
tarix01.01.2022
ölçüsü1,77 Mb.
#104304
1   ...   64   65   66   67   68   69   70   71   ...   116
3. Siyasi-hüquqi məsələlər
Dövlət anlayışı
Dövlət anlayışına baxış və dövlətə verilən təriflər müx-təlifdir. Dövlət anlayışına baxış dövlətin mənşəyinə dair nə-zəriyyələrlə sıx bağlıdır. Bu nəzəriyyələrdən geniş yayılmışları marksist, zorakılıq, “ictimai müqavilə”, psixoloji, üzvi, patriarxal və teoloji nəzəriyyələridir.

Marksist nəzəriyyəyə (K.Marks, F.Engels) görə tarixən dövlətlərin meydana çıxması xüsusi mülkiyyətin meydana çıxması, cəmiyyətin siniflərə bölünməsi və onlar arasındakı mübarizə ilə şərtlənmişdir. Siniflərə ayrılma isə I və II ictimai əmək bölgüsü və əmtəə təsərrüfatının meydana çıxması ilə baş vermişdir. Dövlətin bu nəzəriyyəyə əsaslanan tərifində dövlət bir sinfin digəri üzərində hökmranlığını mühafizə edən vasitə kimi qiymətləndirilir.

Zorakılıq nəzəriyyəsinə (L.Qumploviç, K.Kautski, Y.Dü-rinq və b.) görə dövlət daxilıi (Dürinq) və xarici (Kautski) zorakılığın nəticəsi kimi meydana çıxmışdır. Daxili zorakılıq dedikdə fiziki üstünlüyə malik olanların digərlərini özünə tabe etməsi, xarici zorakılıq dedikdə isə tayfalararası müharibələrdə qalib tayfanın məğlub tayfanı özünə tabe etməsi başa düşülür. Bir sözlə, tabeçilik və dövlət fiziki mübarizənin nəticəsidir. Fiziki mübarizədə qalib tərəf maddi nemətləri və istehsal vasitələrini mənimsəmiş və bərqərar olunmuş qaydanın mü-hafizəsi üçün də güc tətbiqi – zorakılıq tələb olunmuşdur. Bununla da nemətləri ələ keçirmişləri nemətləri itirilmişlərdən müdafiə edən “mühafizəedici aparat”ın – dövlətin yaradılması bir zərurətə çevrilmişdir.

İctimai müqavilə” nəzəriyyəsinə (N.Tusi, H.Qrotsi, Did-ro, Russo və b.) görə insanlar sülh və rifah naminə hüquq və azadlıqlarının bir hissəsindən keçməli olduqlarını başa düşmüş və həmin hüquq və azadlıqları “ümümi iradə”yə – dövlət ha-kimiyyətinə tabe etməyə razılaşmışdır. Dövlət isə insanların toxunulmaz (təbii) hüquqlarını, yəni, mülkiyyət, azadlıq, təhlükəsizlik hüququnu mühafizə etmək vəzifəsini öz üzərinə götürmüşdür.

Psixoloji nəzəriyyəyə görə dövlət insanların qarşılıqlı psixoloji münasibətlərinin qanunauyğunluqlarının nəticəsidir. Belə ki, insanlar birgə yaşayışa, qarşılıqlı ünsiyyət və fəaliyyətə daimi psixoloji ehtiyac duyduğundan bu ehtiyacları təmin edəcək bir qurumun – dövlətin yaranması bir zərurətə çevrilmişdir.

Üzvi nəzəriyyəyə görə insanlardan ibarət olan cəmiyyətdə insan orqanizminə analoji bir təşkilatın – dövlətin formalaş-ması bir qanunauyğunluqdur. Yəni dövlət cəmiyyət qanunla-rının təbiət qanunlarına uyğunluğunun göstəricisidir

Patriarxal nəzəriyyəyə (Aristotel və b.) görə dövlət hakimiyyəti ailədə (qəbilədə, tayfada) ata hakimiyyətinin təbii davamıdır.

Teoloji nəzəriyyəyə (F.Akvinalı və b.) görə dövlət Allahın iradəsi ilə yaranan, əbədi və dəyişməz qurumdur. O, praktiki olaraq Allahın hakimiyyətinin yer üzərində təcəssümüdür. Hər bir dünyəvi hakimiyyət biri-birinin təkrarı olmaqla ilahi hakimiyyətin törəməsidir. İnsanlar ilahidən gələn qayda-qanuna sözsüz tabe olmalıdır. Qədim və orta çağlarda dövlət haqqında olan nəzəriyyələrin əksəriyyəti bu və ya digər dərəcədə teoloji xarakter daşımışdır.

Lakin, o da məlumdur ki, dövlətin əmələ gəlməsi prosesi dünyanın ayrı-ayrı ərazilərdə fərqli formalarda getmişdir. Bu baxımdan dövlətin əmələ gəlməsinin Afina, qədim Roma, qədim german qədim Şərq formaları fərqləndirilir.

Dövlətin mənşəyinə dair bu nəzəriyyələrin hər biri özlüyündə müəyyən həqiqəti əks etdirir. Yəni, tarixən dövlətin formalaşmasında iqtisadi, zorakı, təbii-hüquqi, psixoloji, dini və s. amillərin rolu olmuşdur. Ona görə də dövlətə tərif ve-rərkən bu amillərin hansısa birinə əsaslanmaq yox, dövlətin ümumi əlamətlərinə əsaslanıb ümumi tərif vermək daha məq-sədəuyğundur. Bu həm də ona görə lazımdır ki, son yüzil-liklərdə dövlət artıq sinfi və zorakı xarakterindən daha çox vətəndaşların hüquq və azadlıqlarını, rifahını, təhlükəsizliyini və ədaləti təmin edən xarakteri ön plana keçmişdir.

Dövləti digər təşkilatlardan fərqləndirən özünəməxsus əlamətləri aşağıdakılardar:



  • Xüsusi idarəetmə aparatına malik olması;

  • Müəyyən sərhədlər daxilində əraziyə malik olması;

  • Müəyyən sayda əhali üçün vətəndaşlıq müəyyən etməsi (Vətəndaşlıq fərdlərlə dövlət arasında hüquqi əlaqənin xüsusi forması olub şəxsin müəyyən dövlətə mənsu-biyyətini, onun suveren hakimiyyətinin təsiri altında olmasını ifadə edir).

  • Suverenliyə, yəni, müəyyən ərazidə dövlət hakimiy-yətinin aliliyinə və müstəqilliyinə malik olması;

  • Ümumi-məcburi davranış qaydalarını müəyyən etməsi;

  • Hüquq-mühafizə orqanlarına, silahlı qüvvələrə və güc tətbiq etmək imkanına malik olması;

  • Əhalidən vergi və b. ödənişlər toplaması.

Bütün bunları ümumiləşdirərək dövlətə aşağıdakı kimi tə-rif vermək olar:

Dövlət – müəyyən ərazidə insanlar üzərində ümumi ha-kimiyyəti həyata keçirən, cəmiyyətin bütövlüyünü təmin edən, ümumi-məcburi davranış qaydaları müəyyən edən, bu qay-daları güc strukturları vasitəsiylə təmin etmək imkanına malik olan, vətəndaşların hüquq və azadlıqlarını qoruyan siyasi təşkilatdır.

Dövlət müxtəlif yanaşmalarla tiplərə ayrılır. İctimai-iqtisadi formasiyasına görə quldarlıq, feodal, burjua (kapitalist) və sosialist dövlət tipləri, iqtisadi inkişaf səviy-yəsinə görə ənənəvi, keçid, inkişafda olan, yetkinləşmiş yüksək xalq istehlaklı dövlət tipləri fərqləndirilir. Tarixi sivilizasiyalar baxımından isə dövlətlərin Qədim Misir, Türk, Çin, Ərəb, Suriya, Qərb, Provaslav, Meksika və s. tipləri fərqləndirilir.

Dinin dövlətdəki mövqeyi baxımından dini dünyəvi dövlətlər fərqləndirilir. Dini dövlətlərdə dövlət dini ehkamlarla idarə olunur, yəni dini ehkamlar qanunla məcburiləşdirilir. Dünyəvi dövlətlərdə isə, din dövlətdən ayrı olur.

Dövlətin idarəçilik, miilli-inzibati ərazi quruluşu siyasi rejim formaları fərqləndirilir.




Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin