TürklüK ÇAĞDAŞliq


Geniş mənada mühafizəkarlıq



Yüklə 1,78 Mb.
səhifə13/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   9   10   11   12   13   14   15   16   ...   116
Geniş mənada mühafizəkarlıq ifadəsi bir ideologiyanı ifadə edir. Bu ideologiya kifayət qədər ziddiyyətli məqamlar və fikir müxtəlifliyi ilə müşahidə olunur. Mühafizəkarlıq Böyük Fransa İnqilabından (1789-1794) sonra bu inqilaba müxalif (zadəgan sinfinin mənafeyini müdafiə edən) ideya-siyasi cərəyan kimi meydana çıxmış, sonradan isə inkişaf etdirilərək ideologiya halına salınmışdır. Əsas ideoloqları kimi E.Berk, D.Bell, E.Benfild, N.Qleyzer, M.Haydegger və b. qeyd olunur (1.37).

Bu ideologiyada ictimai dəyişikliklərə və islahatlara mü-nasibət xüsusi yer tutur. Belə ki, mühafizəkarlıqda hər bir ictimai dəyişiklikdə və islahatda tarixən formalaşmış hüquqi-siyasi və milli ənənələrin nəzərə alınması, buradakı varislik əlaqələrinin gözlənilməsi zəruri sayılır və kəskin inqilabi dəyişikliklər inkar edilir. O cümlədən, cəmiyyətdəki qeyri-siyasi (dövlət qanunları ilə müəyyən olunmayan) bir çox ənənəvi təsisatlar (təbii surətdə qərarlaşmış iyerarxiya, ailə, din, mülkiyyət və s. ənənələr) ali dəyərlər kimi qiymətlən-dirilir. Oxşar ideyalar milli ideologiyalarda da olduğundan mühafizəkarlıq milli ideologiyaya yaxınlığı ilə seçilir. Əsas fərq isə ondan ibarətdir ki, milli ideologiyalarda yalnız milli ənənələrin qorunub saxlanılması əsas götürülür, dövlət ida-rəçiliyindəki ənənələrdə (siyasi ənənələrdə) inqilabi dəyişik-liklər isə inkar olunmur.

Mühafizəkarlığın hüquqi görüşlərində azadlıq anlayışına münasibət xüsusi yer tutur. Burada qeyri-məhdud fərdi azadlıq inkar edilir, lakin fərdiyyətçilik (“konservativ fərdiyyətçilik”) də inkar olunmur. Bu məsələdə də qeyri-siyasi institutlar, yəni, tarixən, təbii surətdə formalaşmış adət-ənənələr, qayda-qanun və onlardan doğan “təbii hüquqlar” əsas götürülür ki, bunun da fərdiyyətçilik və kollektivizm arasında balans yaratdığı və məhz ədaləti və “əsl azadlığ”ı təmin etdiyi qeyd olunur. Siyasi təsisatların, yəni dövlətin isə əsasən insanların təhlükəsizliyini, qayda-qanunu və sabitliyi təmin etməli olduğu göstərilir. Göründüyü kimi burada Liberalizmin bəzi prinsiplərinə (dövlət hakimiyyətinin məhdudluğu, spontan qayda-qanun və s.) oxşarlıq da var. Təsadüfi deyil ki, Mühafizəkarlıq bir müddət Klassik Liberalizmlə eyniləşdirilmişdir. Ümumiyyətlə bir çox məsələlərdə Mühafizəkarlıq ikili xarakter daşıyır. Mühafizə-karlığı bəzən Liberalizmlə Sosializm arasında orta mövqeli ideologiya kimi də qiymətləndirirlər. Lakin mühafizəkarlığı bəzən tamam başqa ideyalarla da izah etmişlər (bax, 1.37).

İlk dövrlərdə mühafizəkarlar iqtisadi məsələlərdə dövlətin (daha doğrusu, kral-zadəgan sinfinin) güclü mövqeyə malik olmasını zəruri saysalar da, müasir dövrdə mühafizəkarlığın (neokonservatizmin) iqtisadi görüşləri liberal xarakterlidir, yəni azad bazar sistemi müdafiə olunur.

Mühafizəkarlıq xeyli dərəcədə biri-birindən fərqlənən daxili cərəyanlara malikdir. Buraya “neokonservatizm”, “ənə-nəvi mühafizəkarlıq”, “yeni sağlar” və s. aiddir. Onlar içə-risində neokonservatizm müasir dövrə xüsusi yer tutur. Neo-konservatizm əsasən klassik liberalizmin ideyalarına söykənir. Neokonservatizmdə iqtisadi görüşlər (F.A.Hayek (1899-1992) və b.) neoklassik iqtisadi görüşlərin davamı olmaqla keyns-çiliyə qarşı yönəlmişdir.

Ümumi təmayüllü ideologiyalara aid olan daha bir ideologiya – kosmopolitizm hərfi mənada “dünya vətəndaş-lığı” (yunanca “kosmo”+“polites”) deməkdir. Bu ideologiyanın əsas ideyası bütün dövlət və millət sərhədlərini aradan qaldırmaq, dünyada vahid dövlət, vahid vətən və vahid millət formalaşdırmaq yolu ilə bəşəri problemləri həll etməkdir. Lakin buna nail olmaq üçün bir millət tərəfindən digər millətlərin assimilyasiya olunmasının zəruriliyi bu ideologi-yanın mürtəce xarakter almasına gətirib çıxarır. Tarixən bir çox imperialist dövlətlər öz imperialist və şovinist siyasətlərinə bəraət qazandırmaq üçün kosmopolitizmin ideyalarından istifadə etmişlər.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin