TürklüK ÇAĞDAŞliq


Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, əslində Xomeyni həqiqi inqilabçı qüvvələrin yox, əks-inqilabçı qüvvələrin təmsilçisi kimi hakimiyyətə gəlmişdir



Yüklə 1,78 Mb.
səhifə20/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   16   17   18   19   20   21   22   23   ...   116
Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, əslində Xomeyni həqiqi inqilabçı qüvvələrin yox, əks-inqilabçı qüvvələrin təmsilçisi kimi hakimiyyətə gəlmişdir.

1980-ci illərin sonu, 90-cı illərin başlanğıcında Quzey Azərbaycanda milli azadlıq hərəkatının vüsət alması, SSRİ-nin dağılması və Quzey Azərbaycanın istiqlaliyyət qazanması Güneyə də öz təsirini göstərdi. Belə ki, 1990-cı illərin əvvəllərindən burada şovinist fars rejiminə qarşı Milli Azadlıq Hərəkatı formalaşmağa və bu hərəkatın gizli təşkilatları yaranmağa başlamışdır. Tədricən şovinist fars rejiminə qarşı mübarizədə güneylə quzey vahid cəbhədə birləşmiş, güneydən və quzeydən olan hərəkatçıların DAK (Dünya Azərbay-canlıları Konqresi-1997) və BAB (Bütöv Azərbaycan Birliyi-1997) kimi ortaq təşkilatları da yaranmışdır.

1990-cı illərin əvvəllərindən “İran” adlanan dövlətdə həm-çinin türkdilli KİV-nin, o cümlədən mətbuat orqanlarının da sayı artmağa başlamışdır. Bu dövrdə yaranmış türkdilli mətbuat orqanlarına “Yol” (1990), “Kəpənək” (1990), “Çuvalduz” (1991), “Ərk” (1991), “Sahib” (1991), Fəcre-Azərbaycan” (1991), “Ümide-Zəncan” (1991), “Peyame-Ərdəbil” (1995), Peyame-no” (1996), “Şəms-Təbriz” (1997), “Avaye-Ərdəbnil” (1998), “Körpü” (1999), “Nəvide-Azərbaycan” (1999) və b. qəzet və dərgiləri misal göstərmək olar.

2006-ci ilin mayında “İran” qəzetində Azərbaycan türklərinə qarşı təhqiramiz karikaturanın verilməsi əhalinin qəzəbinə səbəb oldu və həmin ayın 22-də Təbrizdə çox izdihamlı mitinq keçirildi. Mitinqdə fars şovinizminə qarşı sərt şüarlar səsləndi. Bu hadisə milli şüurun yüksəlişində və fars şovinizminə qarşı mübarizədə bir partlayışa çevrildi. Etirazların yatırılmasında 300-dən çox milli fəal rejim tərəfindən qətlə yetirilmişdir. Həmin hadisədən sonra milli mübarizə daha da canlanmışdır.

Hazırda Güneydə milli hərəkat günü-gündən güclənir və fəaliyyətini genişləndirir, yeni-yeni təşkilatlar yaranır və liderlər yetişir. Güneydə 1990-cı illərdən yaranmağa başlamış milli təşkilatlara Azərbaycan Mədəniyyət və Kültür Ocağı–AMKO (1991), Güney Azərbaycan Qurtuluş Partiyası–GAQP (1990-2007–ictimai təşkilat, 2007-ci ildən partiya), Güney Azərbaycan Milli Oyanış Hərəkatı–GAMOH (1995), Azərbaycan Bilimyurdlular Toplumu–ABT (1997), Güney Azərbaycan İstiqlal Partiyası–GAİP (2004), Azərbaycan Öyrənci Hərəkatı–AZÖH (2004), Azərbaycan Federal-Demokrat Hərəkatı–AFDH (2004), Azərbaycan Milli Dirəniş Təşkilatı–AMDT (2006), Azərbaycanlı Siyasi Dustaqları Müdafiə Birliyi–ASDMB (2006), Azərbaycan Milli Azadlıq Təşkilatı–AMAT (2007), Güney Azərbaycan Demokrat Partiyası–GADP (2009), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi–GAMAC (2010), Yeni GAMOH (2011) və b. göstərmək olar.

Bu təşkilatlardan milli haqların təmin olunmasında həm mədəni muxtariyyəti, həm federativ quruluşu, həm də istiqlaliyyəti hədəf götürənləri var. Bu məsələlər haqqında kitabın II bölməsində “milli hədəflər” başlıqlı bölümdə geniş danışacağıq.

Hazırda güneyli milli hərəkatçı Əhməd Obalının rəhbərliyi ilə ABŞ-da Güney Azərbaycan Televiziyası (GünAzTV) fəaliyyət göstərir. 2005-ci ildə yaradılmış bu telekanalda Güney Azərbaycan türklərinin milli haqları və milli ideyalar təbliğ edilir, fars şovinizmi ifşa olunur. 2001-ci ildən isə İsveçdə güneyli milli hərəkatçılarımız tərəfindən yaradılmış “Güney Azəarbaycanın Səsi” radiosu fəaliyyət göstərir.

2012-ci il, mayın 12-də Ankarada keçirilən I Uluslararası Güney Azərbaycan Forumunda “Uluslararası Güney Azərbaycan Konseyi” (UGAK) yaradılmışdır. Təşkilatda Güneydən və Quzeydən olan milli fəallar, milli ziyalılar, Güneylə bağlı fəaliyyət göstərən yerli və diaspor təşkilatlarının nümayəndələri təmsil olunur. İlk dəfə Güneylə bağlı fəaliyyət göstərən belə geniş əhatəli beynəlxalq təşkilatın yaradılmasını Azərbaycanın bütövlüyü uğrunda mübarizədə yeni bir mər-hələyə keçid kimi qiymətləndirmək olar.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin