TürklüK ÇAĞDAŞliq


M.K.Atatürkün başçılığı altında milli



Yüklə 1,78 Mb.
səhifə22/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   18   19   20   21   22   23   24   25   ...   116
M.K.Atatürkün başçılığı altında milli

azadlıq hərəkatı (1919-23)
M.K.Atatürkün (1881-1938) başçılığı altında milli azadlıq hərəkatı (1919-23) I Dünya Müharibəsindən qalib çıxmış imperialist dövlətlərin Türkiyəyə qarşı yeni təcavüzünə və təslimçi mövqe tutmuş sultan hakimiyyətinə qarşı yaranmışdır.

Müharibədə Türkiyənin məğlubiyyətini rəsmiləşdirən Mudros sülh müqavıləsinin (30.10.1918) şərtləri ilə də kifayət-lənməyən imperialist dövlətlər (İngiltərə, Fransa, İtaliya və Yu-nanıstan) Paris konfransında (18.01.1919-21.01.1920) Türkiyə-nin ərazilərini öz aralarında bölüşdürməyi qərara alırlar və 1919-cu ilin əvvəllərində Türkiyənin əksər ərazilərini öz hərbi nəzarətləri altına keçirirlər. Ölkədə təslimçiliklə razılaşmayan hərbi və mülki qüvvələr cəsur hərbçi Mustafa Kamal Paşanın başçılığı altında birləşərək hərəkatın əsasını qoyurlar.

1919-cu il, iyulun 21-dən avqustun 7-ədək müxtəlif hüquq müdafiə cmiyyətlərinin Ərzrumda keçirilmiş konfransında M.Kamalın sədrliyi ilə Nümayəndələr Komitəsi seçilir. Həmin il, sentyabrın 2-də isə Sivasda Böyük Milli Ümumtürk Konqresi toplanır və burada da Nümayəndələr Komitəsi seçilir. Ərzrum və Sivas konqreslərində seçilmiş 15 nəfərlik Nümayəndələr Komitəsi özünü yeganə səlahiyyətli orqan elan edir. Onun tələbi ilə sultan yeni deputatlar məclisini çağırır. Məclis 1920-ci ilin yanvarında “İmsaqi milli” (“Milli and”) adlı sənədi qəbul edir. Bu sənədə görə Mudros müqaviləsində nəzərdə tutulan sərhədlər daxilində Türkiyənin ərazi bütövlüyü elan edilir. Bu sənədə qarşı çıxan müttəfiq qoşunları 1920-ci il, martın 16-da İstanbula daxil olur. Bundan sonra Nüma-yəndələr Komitəsi özünü müvəqqəti hökumət elan edir və Ankarada yeni məclis çağırır. 1920-ciu il, aprelin 23-də Ankarada M.Kamalın sədrliyi ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) yaradılır. Təslimçi mövqe tutan Sultan hakimiyyəti məclisi tanımır və M.Kamala edam hökmü verir.

1920-ci ilin iyununda Türkiyə ərazisinə nizami yunan or-dusunu yeridən müttəfiqlər avqustun 10-da sultanı təslimçi Sevr müqaviləsini imzalamağa məcbur edirlər. Müqaviləyə görə Türkiyə Əraziləri İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürülür. Türkiyə faktiki olaraq öz müstəqilliyini itirir.

M.Kamalın hakimiyyətini qəbul edən türk qoşunları 1920-ci ilin sonlarından 1922-ci ilin sentyabrına qədər kütləvi canlı qüvvə itkisi ilə müşayiət olunan ağır döyüşlərdən (“Qurtuluş savaşı”) sonra işğalçı qoşunları ölkə ərazisindən çixarmağa müvəffəq olur. Ordunun toplanmasında və qələbələrin əldə edilməsində M.Kamal paşa ilə bərabər Kazım Qarabəkir Paşa (1882-1948), Çakmak Paşa (1876-1950), İsmət paşa (1884-1973) və b. dövlət xadimlərinin misilsiz xidmətləri olmuşdur.

1922-ci il, oktyabrın 11-də Müttəfiq qüvvələr (“Antanta” və Yunanıstan) ilə Türkiyə (M.Kamal hökuməti) arasında Mudanya sülh müqaviləsi imzalanır. Müqavilədə yunan qoşunlarının Şərqi Frakiyadan çıxarılması, boğazlarda isə müttəfiq qoşunlarının yalnız müvəqqəti olaraq (yekun sülh müqaviləsi imzalananadək) saxlanılması nəzərdə tutulur.

1922-ci il, noyabrın 1-də TBMM tərəfindən sultan hakimiyyəti ləğv edilir. Sultan VI Məmməd Vahidəddin (h.d:1918-22) Maltaya qaçır. Sülalədən olan Əbdülməcid isə xəlifə seçilir.

1923-cü il, iyulun 24-də “Antanta” dövlətləri ilə Türkiyə Arasında növbəti Lozanna sülh müqaviləsi imzalanır. Müqavilə nəticəsində Mudros və Sevr müqavilələri ləğv edilir və Türkiyənin müstəqilliyi tanınır.

1923-cü il, oktyabrın 29-da TBMM tərəfindən Türkiyə respublika elan edilir və M.Kamal prezident seçilir.

1924-cü il, martın 3-də xəlifəlik ləğv edilir, xəlifə Əbdülməcid və onun ailəsi isə sürgün edilir. 1924-cü il, aprelin 20-də Konstitusiya qəbul edilir.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin