TürklüK ÇAĞDAŞliq



Yüklə 1,78 Mb.
səhifə47/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   43   44   45   46   47   48   49   50   ...   116
Qəbilələr ibtidai icma quruluşunda (İİQ) qohum ailələrin birgə yaşayışı nəticəsində meydana çıxmışdır. İİQ-da qəbilələrin meydana çıxması təxminən orta paleolit dövründən (e.ə. 100-30-cu minilliklər) götürülür. Ərazi və mənəvi dəyərlərə (dil və ənənələr) görə yaxın olan qəbilələrin birləşməsi (təsərrüfatla birgə məşğul olması) nəticəsində isə tayfalar meydana çıxmışdır. Yaxın tayfaların birləşməsi nəticəsində isə tayfa birlikləri və millətlər formalaşmışdır. Tayfa və tayfa birliklərinin formalaşması həmçinin dövlətin ilkin ünsürlərinin (xüsusi mülkiyyət, siniflər, təbəqələşmə və s.) meydana çıxması ilə müşahidə olunmuşdur. Millətin foralaşmasını həmçinin, insan birliyinin “topluluq”dan daha mükəmməl formaya – “toplum”a (“cəmiyyət”ə) çevrilməsi ki-mi də qiymətləndirirlər (1.26. və s.).

Millətə siyasi birlik forması kimi yanaşma Qərbi Avropa yanaşması (fransız alimi E.Renan və b.) da adlanır. Bu yanaşma kifayət qədər ziddiyyətlidir və zaman-zaman hakim millətlərin şovinizminə, imperializminə və assimilyasiya siyasətinə bəraət qazandırmışdır (1.47).

Millətə etnik-siyasi birlik forması kimi yanaşıldıqda milli dövlətçilik milli şüur (bu anlayışlar haqqında bir az sonra geniş məlumat verəcəyik) milli varlığın zəruri ünsürü kimi müəyyən edilir. Belə ki, milli dövlətçiliyi olmayan və milli şüuru formalaşmamış etnik birliklərin “millət” adlandırılması doğru sayılmır. Bu cür etnik birlikləri “millətləşməmiş”, “mil-lətə çevrilməmiş” xalqlar (və ya “milliyyət”lər) adlandırırlar. Millət haqqında marksist, modernist və başqa bir çox nəzəriyyələr əsasən etnik-siyasi yanaşmaya uyğundur. Həmin nəzəriyyələrdə eyni zamanda millətlər (və milli dövlətlər) – kapitalizmin (həmçinin ETT-nin), “millətə çevrilməmiş xalq-lar” (və ya “milliyyət”lər, etnoslar) isə – feodalizmin məhsulu hesab olunur.

Lakin etnik-siyasi yanaşma da kifayət qədər ziddiyyətlidir və xeylı mübahisə doğurur və fikrimizcə, məsələni daha da mürəkkəbləşdirir. Belə ki, bu gün öz dili və folkloru ilə fərqlənən, öz adı ilə tanınan, kifayət qədər saya malik, lakin milli dövlətçilik tarixi olmayan etnoslar (qaraçılar və s.) vardır ki, onları millət adlandırmamaq düzgün olmaz. Həmçinin, kapitalist münasibətlərinin meydana çıxmasına qədər də yetərincə inkişaf etmiş etnoslar, onların öz mənəvi dəyərlərinə söykənən dövlətləri və fərqli etnik kimlik düşüncələri mövcud olmuşdur. Yəni, qədim və orta çağlarda da millətlərin mövcud olduğunu danmaq olmaz. Bir sözlə, millətlərin varlığını siyasi (dövlətçilik), sinfi, elmi-texniki, ictimai quruluş və s. amillərlə deyil, məhz etnik amillərlə (mənəvi dəyərlərlə) müəyyən etmək daha düzgündür.

Hər bir millətin formalaşdığı dövrdən bu yana onun bir inkişaf yolu – tarixi mövcud olur ki, bu da dil və folklor kimi fərdi iradə ilə yaradılmayan, mənəvi xarakter daşıyan və bununla da milli varlığı müəyyən edən amildir. Deməli dil və folklor kimi tarix də MMD-in bir ünsürüdür. Beləliklə, MMD-in üç böyük ünsürünü müəyyən etmiş oluruq: dil, folklor tarix. Bu baxımdan millətə aşağıdakı kimi tərif verə bilərik:


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin