TürklüK ÇAĞDAŞliq


Xarici dil bilmək zərurətinin olmaması ölkədə müxtəlif sahələrdə yüksək ixtisaslı kadrların yetişməsi imkanını artırır



Yüklə 1,78 Mb.
səhifə57/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   53   54   55   56   57   58   59   60   ...   116
2. Xarici dil bilmək zərurətinin olmaması ölkədə müxtəlif sahələrdə yüksək ixtisaslı kadrların yetişməsi imkanını artırır.

3. Yüksək ixtisaslı kadrların ölkədə qalmasına və onların ölkənin elmi-texniki və iqtisadi inkişafına xidmət etməsinə şərait yaranır.

4. Xarici firmaların ölkədə fəaliyyəti və xarici kapitalın ölkəyə axını məhdudlaşır.

5. Bütün bu proseslər nəticəsində sağlam milli iqti-sadiyyata malik müstəqil, güclü dövlətin formalaşmasına şərait yaranır.

Qeyd olunan variantlardan ikincinin daha səmərəli olduğu göz önündədir. Rusiya, Türkiyə və b. dövlətlərdə məhz bu yolla dövlət dili xeyli inkişaf etdirilmişdir. Bu gün Azərbaycan türkcəsi ilə müqayisədə rus dilinin elm və təhsil dili kimi xeyli öndə olduğu hər kəsə məlumdur. Təsadüfi deyil ki, müxtəlif sahələrdə elmi mənbə kimi məhz rus dilində olan ədəbiyyatlara müraciət olunur. Halbuki, bu mənbələr özləri də Qərb mənbələrindən tərcümə vasitəsiylə formalaşdırılır. Biz də bu yolla öz ana dilimizi elm və təhsil dili kimi həmin səviyyəyə yüksəldə bilmərikmi?

Elm və təhsil dili kimi Türkiyə türkcəsi də xeyli inkişaf etmişdir, yəni bu dildə kifayət qədər müasir elmi ədəbiyyat vardır və bu Azərbaycan xalqı üçün böyük bir şansdır. Lakin nədənsə bu şansdan demək olar ki, istifadə olunmur. Öncə qeyd etdiyimiz kimi, qardaş ölkədən elmi, bədii və s. ədə-biyyatların gətirilməsi demək olar ki, “sıfır” səviyyəsindədir. Halbuki, bu ədəbiyyatları oxumaq üçün xarici dil bilməyə ehtiyac yoxdur.

Dünya təcrübəsi göstərir ki, heç bir xalq ana dilinin mövqeyini gücləndirmədən müstəqil və güclü dövlət qura bilməz. Təsadüfi deyil ki, xarici dilin hakim mövqeyə malik olduğu dövlətlər, başqa sözlə, xarici dilin rəsmi dil olduğu və əhalisinin əksəriyyətinin həmin xarici dili bildiyi dövlətlər (məsələn, bir çox Asiya və Afrika ölkələri) güclü dövlətlərdən asılı vəziyyətdə olan və inkişafdan qalmış dövlətlərdir. Və əksinə, bir inkişaf etmiş güclü dövlət göstərmək olmaz ki, həmin ölkədə xarici dil hakim mövqeyə malik olsun. Bu gün Almaniya, Fransa, İtaliya, İspaniya, Yaponiya və s. kimi inkişaf etmiş güclü dövlətlərdə xalqın elmi biliklərə yiyələnməsi üçün xarici dil bilməyə ehtiyac yoxdur. Əgər biz də müstəqil, inkişaf etmiş güclü dövlətə sahib olmaq istəyiriksə, mütləq ana dilimizin hakim mövqedə olmasını təmin etməliyik.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin