-Bazar İS-i;
-İnzibati amirlik (və ya sosialist) İS-i;
-Qarışıq İS;
-Ənənəvi İS.
Bazar İS-i. Bazar hələ qədim dövrdən, əmtəə təsərrü-fatının, yəni mübadilə münasibətlərinin formalaşdığı dövrdən meydana çıxmışdır. Lakin, elmi termin kimi bazar İS-i dedikdə kapitalizmin inkişafı dövründə formalaşmış İS nəzərdə tutulur. Bazar İS-i özəl mülkiyyətə, azad sahibkarlığa və bazar tənzimlənməsinə əsaslanan iqtisadi sistemdir. Kapitalist mü-nasibətlərinin formalaşdığı ilkin dövrdə isə, iqtisadiyyatda imtiyazlı dövlət hakimiyyəti təbəqələlərinin (hakimiyyət sülalələrinin, zadəgan sinfinin) iqtisadiyyat üzərində hökm-ranlığı mövcud olmuş və azad sahibkarlıq fəaliyyəti məhdud olmuşdur. Rəqabətli bazar sistemi isə məhz burjua-demokratik inqilablarından sonrakı dövrdə formalaşmağa başlamışdır. Azad sahibkarlıq və azad bazar nəzəriyyəsinin ilk yaradıcıları kassik iqtisadi nəzəriyyənin baniləri A.Smit (1723-1790) və D.Rikardo (1772-1823) olmuş, sonra isə müxtəlif nəzə-riyyəçilər tərəfindən inkişaf etdirilmiş və bazar İS-nin müxtəlif modelləri meydana çıxmışdır.
Müasir dövrdə bazar İS-nin liberal, sosial yönümlü və sosial-demokrat yönümlü modelləri fərqləndirilir
Bazar İS-nin liberal (amerikan) modelinin meydana çıxması, əsas xüsusiyyətləri və sonrakı inkişafı haqqında kitabın 22-24-cü səhifələrində məlumat verilmişdir. Orada qeyd etdiyimiz kimi, liberal modelin xüsusiyyətləri əsasən neoklassik iqtisadi nəzəriyyəyə (A.Marşal (1842-1924) və b.) əsaslanır. Bu model klassik (xalis) formada XX əsrin əvvəllərindən 20-ci illərin sonunadək ABŞ-da mövcud olmuşdur. Sonra isə bu modelin dövlət tərəfindən tən-zimlənən forması (C.Keyns (1883-1946) və b. tərəfindən irəli sürülmüş neoliberal nəzəriyyələr əsasında) meydana çıxmışdır ki, bu gün də liberal model bu və ya digər dərəcədə dövlət tənzimlənməsinə bağlıdır.
Bazar İS-nin sosial yönümlü modeli ikinci dünya mü-haribəsindən sonra Qərbi Almaniyada meydana çıxmışdır. Ona görə də bu modelə “alman modeli” də deyirlər. Sosial yönümlü modelin yaranması neoliberal iqtisadi nəzəriyyəçilərə aid edilən Frayburq (alman) məktəbi nümayəndələrinin (V.Oyken, L.Erxard (1897-1977), L.Müller Armaq, A.Rustov, V.Repke və b.) nəzəriyyələri ilə sıx bağlıdır.
Bazar İS-nin sosial yönümlü modelinin əsas xüsusiyyətləri aşağıdakılardır (2.31, s.189):
- Çox və ya az dərəcədə dövlət sektorunun mövcud olduğu qarışıq iqtisadiyyatın mövcud olması;
- Nəinki makroqtisadi proseslərin, hətta bazar sub-yektlərinin fəaliyyətinin ayrı-ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi;
- Dövlət tərəfindən əhaliyə qeyri-istehsal sahələrindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asılı ol-mayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətlərdən istifadə etməsi üçün soisial təminat yaradılması, hər bir vətəndaşa pulsuz təhsil, səhiyyə xidmətləri alması haqlarının həyata keçirilməsinə təminat verilməsi;
- Tənzimlənmənin azad rəqabətin saxlanılmasına, kapi-talların olduqca az əllərdə cəmlənməsinin qarşısının alınma-sına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi;
- İşsizlərin sayını minimum həddə çatdırmaqla əhalinin məşğulluğunun tənzimlənməsi;
- Ümumu Milli Məhsulda (ÜMM) dövlət büdcəsinin bö-yük hissəyə malik olması;
- İqtisadiyyatın büdcə-maliyyə siyasəti ilə deyil, kredit-pul siyasəti vasitəsi ilə tənzimlənməsi;
Bazar İS-nin sosial-demokrat yönümlü modelinin xü-susiyyətləri sosial yönümlü modelin xüsusiyyətləri ilə əsasən eynidir. Lakin sosial-demokrat yönümlü modeldə “solçu” is-tiqamət daha da güclüdür. Sosial-demokrat modelinin ya-ranması və əsas xüsusiyyətləri haqqında kitabın 17-19-cu səhifələrində ətraflı məlumat verilmişdir.
İnzibati amirlik (və ya sosialist) İS-i. Bu İS marksizm ideyalarına əsaslanan sistemdir. Bu İS-in əsas xüsusiyyətləri aşağıdakılardır:
- İstehsal vasitələri üzərində ictimai mülkiyyətin mövcud olması;
- Təsərrüfatın dövlət tərəfindən dövri planlaşdırılması;
- İstehsal, ticarət, bazar və qiymətlər üzərində tam dövlət nəzarəti.
Bu prinsiplərin müəyyən edilməsinə baxmayaraq bu sistemin mövcud olduğu ölkələrdə gizli (qeyri-leqal) olaraq bazar qanunları fəaliyyət göstərmiş və gizli inflyasiya mövcud olmuşdur. İnzibati amirlik sisteminin süqutuna səbəb olan xüsusiyyətləri kimi aşağıdakılar qeyd edilir (2.31, s. 78-79):
- İctimai mülkiyyət adı altında bütün iqtisadi resursların dövlətin nəzarətində və inhisarında olması;
- Təsərrüfat mexanizmi kimi mərkəzləşdirilmiş iqtisadi planlaşdırmanın ön mövqedə durması;
- Bütün yaradılmış nemətlərin regional xüsusiyyəti nəzərə almadan bərabər bölgü adı altında bərabərləşdirici şəkildə bölünməsi;
- İqtisadi aktivliyin yüksəldilməsinə və şəxsi mənafeyin reallaşdırılmasına şəraitin yaradılmaması;
- Bütövlükdə iqtisadi resursların hərbi sənaye komplek-sinin tələbatı istiqamətində istifadə olunması;
Sosialist İS Sovet imperiyasında və dünyanın (əsasən Şərqi Avropanın) bir çox ölkələrində mövcud olmuşdur. Hazırda Kubada bu İS qalmaqdadır.
Qarışıq İS dövlət və özəl mülkiyyətin, həmçinin, iqtisadiy-yatın dövlət və bazar tənzimlənməsinin müəyyən optimal nisbətdə paralel fəaliyyət göstərdiyi İS-ə deyilir. Bu isə bazar İS-nin sosial və sosial-demokrat yönümlü modellərini nəzərdə tutur. Yəni, bazar İS-nin bu modellərinə iqtisadi nəzəriyyədə ayrıca İS – qarışıq İS kimi də baxılır.
Ənənəvi İS milli və dini ənənələrə əsaslanan İS-lərə deyilir. Burada mülkiyyət münasibətləri, gəlirlərin bölgüsü və s. iqtisadi məsələlər mövcud milli və dini ənənələrə və qaydalara əsasən həll edilir. Ənənəvi İS-lər qəbilə-tayfa münasibətlərinin hələ də qaldığı bəzi Afrika ölkələrində mövcuddur.
Dostları ilə paylaş: |