5. Dini məsələlər
Din – fövqəltəbii qüvvələrin (bir və ya bir neçə Allahın) varlığına inama əsaslanan dünyagörüşü, sitayişlər, ayinlər, ehkamlar, qaydalar və davranışlar sistemidir. Bnunla da din həm də bir ictimai şüur formasıdır.
Dinlərin ibtidai icma quruluşunun (İİQ) üst poliolit dövründən (35-40 min il bundan qabaqdan) meydana çıxdığı ehtimal edilir. Dinlərin tarixən meydana çıxmasının ilkin şərtləri təbiət hadisələrinin və təbiət qüvvələrinin insanlar üzərində hökmranlığı olmuşdur. Bu hökmranlığın təsirindən insanlarda dünya haqqında müəyyən fantastik təsəvvürlər və sitayışlər formalaşmağa başlamışdır. Dinlərin hələ forma-laşmadığı dövrlərdə onun ilkin ünsürləri kimi fetişizm (əşyalara sitayiş), totemizm (müəyyən canlılara – bitkilərə və ya heyvanlara sitayiş) və animizm (ruhlara sitayış), həmçinin, sehr və ovsunçuluq mövcud olmuşdur. Bu ünsürlərin daha da inkişaf etməsi nəticəsində mifologiyalar formalaşmışdır. Mi-fologiya (yun. “mifos”– əfsanə, əsatir, “loqos” – söz, təlim) – dünya və yaranış haqqında fantastik təsəvvürlərə əsaslanan əfsanələr və rəvayətlər sistemidir. Mifologiyalarda ehkamçı-lığın və ayinlərin inkişafı öncə çoxallahlı (politeist), sonra isə təkallahlı (monoteist) ənənəvi dinlərin formalaşmasına gətirib çıxarmışdır. Təkallahlı dinlərin əsasən tayfa birlikləri və döv-lətlərin meydana çıxması ilə eyni vaxtda formalaşdığı ehtimal edilir.
Dinlər yaranma formasına və öz xarakterinə görə iki qrupa bölünür: Səmavi və qeyri-səmavi (ənənəvi) dinlər.
Səmavi dinlər Allah elçilərinin (peyğəmbərlərin) Al-lahdan aldıqları vəhy ilə yaratdıqları təkallahlı dinlərdir. Hər bir səmavi dinin ehkamları onun müqəddəs kitabında əks olunur. Dinşünaslıqda qəbul olunan məlum səmavi dinlər bunlardır: İslam (peyğəmbəri – Məhəmməd (s.), müqəddəs ki-tabı – Quran), Xristianlıq (peyğəmbəri – İsa (s.), müqəddəs ki-tabı – İncil), İudaizm (peyğəmbəri – Musa (s.), müqəddəs kita-bı – Tövrat), Davud peyğəmbərin (s.) dini (müqəddəs kitabı – Zəbur), İbrahim peyğəmbərin (s.) dini (müqəddəs kitabı – Sü-huf). Bəzən Zərdüştlüyü də səmavi din kimi (peyğənbəri – Zərdüşt, müqəddəs kitabı – Avesta) qiymətləndirirlər. İslamda yeni din yaratmayan və kitab nazil edilməyən, yalnız Allahın əmrlərini və onaqədərki səmavi dinin ehkamlarını insanlara çatdıran minlərlə peyğəmbərin olduğu da qəbul olunur.
Dostları ilə paylaş: |