TürklüK ÇAĞDAŞliq



Yüklə 1,78 Mb.
səhifə52/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   48   49   50   51   52   53   54   55   ...   116
Milli dövlət dedikdə millətin MMD-inə söykənən, onun tarixi ərazisində qurulmuş və milli mənafeləri təmsil edən dövlət başa düşülür. Milli dövlət MMD-in qorunması, yaşadılması və yüksəldilməsinin qarantı kimi çıxış edir. Yəni, milli dövlət o dövlətə deyilir ki, orada millətin dilinin mövqeyi (rəsmi statusu, işlənmə səviyyəsi, elm və tədris dili kimi tanınması və s.) kifayət qədər güclü olur, folklor dövlət səviyyəsində qorunur və inkişaf etdirilir, millətin tarixi millətə qürur verəcək şəkildə yazılır və təbliğ olunur. Bu gün mövcud olan milli dövlətlərin əksəriyyəti məhz millətin adı ilə adlandırılır. Məsələn: Fransa, Almaniya, İspaniya, Yaponiya, Türkiyə və s. İmperialist dovlətlərin mədəni-iqtisadi təsiri altında olan dövlətləri (məs., bir çox Asiya və Afrika ölkələri) isə tam mənada milli dövlət hesab etmək olmaz.

Hazırda monolit etnik tərkibə malik milli dövlətlərə rast gəlmək çətindir. Bir neçə yerli xalqın yaşadığı tarixi ərazidə adətən sayına və məskunlaşmasına görə əhəmiyyətli dərəcədə üstün olan (dominant) xalq öz milli dövlətini qurur, digər xalqlar isə bu dövlətin ərazisində milli azlıq kimi yaşayırlar. Müasir dövrdə milli azlıqların milli haqları beynəlxalq normalarla qorunur. Bu haqlar milli azlığın əhalisinin sayından və məskunlaşma səviyyəsindən asılı olaraq mədəni və ya ərazi muxtariyyəti şəkində təmin oluna bilər. Hətta iki və ya daha çox böyük (dominant) xalqın yaşadığı tarixi ərazidə bu xalqların ortaq milli dövləti də qurula bilər. Belə dövlətlər iki və ya daha çox rəsmi dilə və unitar, federativ və ya konfederativ quruluşa malik ola bilərlər. Məsələn: Kanada, Belçika, İsveçrə, İrlandiya, Bosniya-Hersoqovina və s.

Qədim və orta çağın imperiyalar dövrundə bir millətin böyük ərazilərdə digər millətlər üzərində mütləq hakimiyyəti mövcud olmuş və imperiya əsarətində yaşayan millətlər milli dövlətdən məhrum olmuşlar. Tarixin yeni dövründə isə imperi-yalar parçalanmağa və milli dövlətlərin sayı atrmağa başlamış-dır. Bu proses bu gün də davam etməkdədir. Orta əsr imperiya quruluşunun qalıqları bu gün Rusiya federasiyası, İran, Böyük Britaniya və b. dövlətlərdə yaşamaqdadır.

Milli dövlət nəinki ölkədə, hətta ölkədən xaricdə yaşayan millət nümayəndələrinin də milli və digər problemlərinin həlli ilə məşğul olmalıdır. Milli dövlət bütün bunlarla həm də milli şüurun formalaşmasına şərait yaradır.

Milli dövlətin formalaşması son nəticədə cəmiyyətin hərtə-rəfli (iqtisadi, hüquqi, elmi-texniki və s.) inkişafına, həyat sə-viyyəsinin yüksəlməsinə, əmin-amanlığa böyük zəmin yaradır. İlk növbədə milli dövlətdə doğma dil və digər milli dəyərlərin yüksək mövqedə olması milli şüuru inkişaf etdirir, ictimai zid-diyyətləri azaldır, insanların yüksək səviyyədə təhsil, peşə, sə-nət, karyera qazanmaq imkanını və həvəsini artırır, ETT-nin in-kişafına və bunun məhz dövlətə xidmət etməsinə şərait yaradır. Təsadüfi deyil ki, dünyanın ən inkişaf etmiş dövlətləri məhz milli dövlətlərdir. Burada hökumətin ETT-nin və elm tutumlu sənayenin inkişafına xüsusi diqqət yetirməsi də zəruridir.

Milli dövlətdən fərqli olaraq MMD-ə söykənməyən, yəni bu dəyərlərin mədəni səviyyəyə yüksəlmədiyi dövlətlərin digər güclü və ya imperialist dövlətlərin mədəni, siyasi və iqtisadi təsiri altına düşməsi və ya müstəmləkəyə çevrilməsi qaçıl-mazdır. Belə ki, məsələn, hansısa ölkədə MMD-in ən mühüm ünsürü kimi yerli xalqın dili elm və təhsil dili kimi forma-laşmayıbsa, orada elm və təhsilin, elm tutumlu müstəqil milli sənayenin və deməli müstəqil milli iqtisadiyyatın inkişafı mümkün deyil. Belə dövlətlərdəki elm tutumlu sənayedə xarici kapital hökmranlıq edir. İmperialist qüvvələr belə dövlətlərdən ucuz işçi qüvvəsi bazası və yüksək mənfəət əldə etmək məkanı kimi istifadə edirlər, yerli elm müəssisələri və elm tutumlu yerli sənaye inkişaf etmir, imperialist qüvvələr belə ölkələrdə milli şüurun inkişafında maraqlı olmurlar, insanlarda xarici dilə və xarici mədəniyyətə meyl yaradırlar ki, bu da həmin insanların milli sənayenin inkişafına xidmət etməsnə yox, yalnız xarici müəssisələrdə ucuz işçi qüvvəsinə çevrilməsinə gətirib çıxarır. Beləliklə, iqtisadi inkişaf və həyat səviyyəsi aşağı olur.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin