TürklüK ÇAĞDAŞliq


Türk dilinin bəzi fonetik, qrammatik və



Yüklə 1,78 Mb.
səhifə83/116
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#106829
1   ...   79   80   81   82   83   84   85   86   ...   116
Türk dilinin bəzi fonetik, qrammatik və

leksik özəllikləri.
Türk dilinin əsas fonetik xüsusiyyəti onun ahəng qa-nunudur. Bu qanuna görə sözlərdə qalın və incə saitlər biri-birini izləyir. Həmçinin, şəkilçi qəbul etməmiş variantda vurğu sözün sonuncu hecasına düşür. Hətta əksər şəkilçilər də vurğunun sonuncu hecaya düşmə qaydasını dəyişmir.

Türk dilində digər mühüm fonetik xüsusiyyət sait səslərin uzanmamasıdır. Hətta vurğulu açıq hecalarda da sait səslər uzadılmır. Sait səslərin uzanması yalnız xüsusi hallarda (sual, vergül, nida kimi durğu işarələrindən əvvəl) sözün sonuncu hecasında baş verə bilər (nədənsə elmdə bu xüsusi hal nəzərə alınmır).

Qrammatikaya gəldikdə, türk dili iltisaqi dildir və şəkil-çilərlə kifayət qədər zəngindir. Burada əsas özəllik istisna halların (sözlərin şəkilçi qəbul etmə qaydalarında və s.) çox az, hətta yox dərəcəsində olmasıdır. Yəni, dilimizin qrammati-kasını öyrənmək üçün ümumi, vahid qaydaları öyrənmək demək olar ki, kifayətdir, başqa dillərdə olduğu kimi ümumi qaydalara tabe olmayan, yalnız yadda saxlanılmalı çoxsaylı xüsusi hallar yoxdur. Bu da dilimizi öyrənməyi xeylı asanlaşdırır. Türk dilinin bu xüsusiyyəti bu dili “ulu (kök) dil” kimi qəbul etməyə əsas yaradan amillərdəndir.

Türk dilində ən mürəkkəb nitq hissəsi feildir. Daha doğrusu feilə əlavə olunan şəkilçilər çox zəngindir. Xüsusən, feilin keçmiş zamanla bağlı halları xeylı diferensasiyaya uğramışdır. Əcnəbilərin dilimizi öyrənməkdə ən çox zorlandığı məsələ də məhz keçmiş zamanla bağlı şəkilçilərin öz yerində düzgün işlətməkdir. Bu məsələyə “Azərbaycan türkcəsində rusdillilik xəstəliyi” məqaləsində geniş toxunmuşuq. Həmin məqalədə həmçinin dilimizin digər dillərdən fərqli bir neçə başqa xüsusiyyəti də qeyd olunmuşdur.

Dilimizdə feilin mühüm özəlliklərindən biri də onun məsdər formasının ismin demək olar ki, bütün xüsusiyyətlərinə malik olmasıdır. Məsdər isim kimi hallana, hətta qoşmalarla da işlənə bilər. Feilin bu xüsusiyyətinə digər dillərdə rast gəlinmir. Məsdərin isim xüsusiyyətinə malik olması fikri ifadə etməyi asanlaşdırmaqla bərabər, yazılan və ya deyilən cümlənin daha asan başa düşülməsinə şərait yaradır.

Türk dilində cins kateqoriyası əsasən yoxdur (bəzi heyvan adları istisna olmaqla). Bu xüsusiyyət də dilimizin daha asan öyrənilməsinə şərait yaradır.

Dilimizin leksik xüsusiyyətlərinə gəldikdə onu qeyd edə bilərik ki, dilimizdə sözlərin çoxmənalılığı orta səviyyədədir. Məsələn, ingilis dilində sözlərin çoxmənalılığı xeylı inkişaf etmişdir. Rus dilində isə əksinə, yaxın mənalı, hətta eyni kökdən gələn çoxsaylı düzəltmə sözlər vardır ki, onların hər birinin öz işlənmə yeri var və birini digərinin yerində işlətmək olmaz. Hər iki xüsusiyyət bu dillərin öyrənilməsini çətinləşdirən amillərdir. Türk dilinin isə bu məsələdə orta mövqedə dayanması bu dilin leksikasının öyrənilməsini ingilis və rus dillərinə nisbətən daha asan edir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin