qallı . gəlli. giri. geri. sonra. - öləndən qallı ağlayan çox olar.
qalma . qalıma. balaxana.
qalmaq . 1.düşmək. rədd olmaq. - iki ildi bir kilasda qalır. - o oyunda qaldı. 1. arxada bıraxılmaq. geridə bulunmaq. - biz gəldik, o qaldı. 1. tərk edilmək. - el qaldı, törün qalmaz: el, tayfa atılır (bıraxıla bilir), alşıq, adət atılımaz. 1. sovğa, irs qoymaq. - keçmişdən qalan.
qalmaq . sorulmaq. mərbut, rəbti olmaq. - sizə qalmayıb: sizdən sorulmayıb. sizə mərbut değil.