Turuz söZLÜGÜ El Yazma Bey Hadi Tebriz-Turuz


sənciləyin . sənə tay, bənzər. sənin kimi. səndələc



Yüklə 8,97 Mb.
səhifə85/114
tarix22.10.2017
ölçüsü8,97 Mb.
#9554
növüYazı
1   ...   81   82   83   84   85   86   87   88   ...   114

sənciləyin . sənə tay, bənzər. sənin kimi.

səndələc . sandalac. ötücü quş.

səngimək . səngimək. dəngimək. e'tidallaşmaq. mö'tədilləşmək.

səngimək . sınğımaq. sınğışmaq. (aşağ) düşmək. gərginlikdən düşmək.

sənğir . sənğir < sınğır > səngər. qorunma üçün sinilən, sınılan, gizlənilən yer. sovqa. sufqa.

sənin yolunda
yolların
gözləri, yollarda qalıb.
qoduğ
> qəvadiğ.

sənqin . səngin. dəngin. dərgin. tərgin. yumuşaq. mö'tədil. musaid. mürəttəb. (# gərgin: çəngin: qarqın. qağır. ağır).

sənsəmək . səni görmək istəmək. - əzizim çox sənsəmişəm: sənsizləmişəm.

sənsiz özüm üzülər, gözdən yaşım süzülər. .

səp . səpik. yumuşaq yel, əsinti. əsim. nəsim. səba yeli. şual yeli.

səpbə . 1. əkin. 1. çəkmə. (pilov çeşiti).

səpələmək . sərpələmək. sərələmək. sərpmək. saçmaq. dağıtmaq. yağıtmaq. tökmək.

səpəli . əlaçıq. ötünclü. ötüşlü. bağışlı. savğatlı. sovğatlı. səxavətli. səxi.

səpəndə dartış, biçində yartış . əkəndə gəngəş olsa, dartış biçinə qalmaz.

səpgil . səpgil. sıpqıl. çıpqıl. xal. bənək. kəkək. çəkək (şəbnəm).

səpgüzmək . səpgütmək. sərptirmək. saçdırmaq.

səpi . sərpi. səp. saçı. çisi. sisi. - səp səp: sərp sərp. sin sin. sinə sinə. saç saç. çis çis. sis sis: saçın saçın. çisin çisin. sisin sisin:səpər səpər. səpəliyə səpəlyə. - ertingin (səhər çağı) çis çis yağış yağırdı.

səpic . (1. < sərmək. sərpmək. ) çörək döşəkcəsi. üstün açılmış yoğuru sərb, təndirə çırpma, yapma döşəkcəsi.

səpik . səpik. səvik. 1. yüngül. yumuşaq. xəfif. sıyap. ərik. ərim. ərip. əriç. əris. mulayim. - səpik müzük. (# çapıq: iti. gur. oynaq). 1. sevincli. şən. neşəli. şad. səid.

səpiqil . səpigil. səvigil. tasasız. qaysız. munğsız. büksəsiz. tuxsasız. tıxsasız. tüstəsiz. tütsəsiz (< düd: tüstü). oysasız. qussəsiz. qeydsiz. la qeyd. fikirsiz. (səbük bar). (

səpil . 1. ehsan. 1. çox bol. bolluca. - bu il yemiş səpil.

səpilçi . 1. ehsan verən. 1. bol, bolluca. sərpəyən, xərcləyən, dağıdan. - bu il yemiş səpil.

səpildaş . səpilləş. saçıldaş. saçılğaş. sərpinti. səpinti. çisinti. sisinti. səpin səpin: sərpin sərpin.

səpili . səpgilli. çilli.

səpilik . 1. yoxsullardan əl tutan quruluş. 1. yoxsullar üçün yemək, para, geyim, nərsələr saçılan, verilən yer. yolçuxana.

səpilivcən . sərpilivcən. saçlavılcan. səpilən. sərpilən. saçılan.

səpilləmək . 1. ehsan edmək, vermək. 1. səpəmək. bol bol, bolluca sərpəmək, xərcləmək, dağıtmaq.

səpir . sapır. həsir.

səpqə . səpgə. 1. töküntü. saçıntı. 1. səpgil. çil. - səpgəli üz.

səpqən . səpgən. sərgən. sərili nərsə. incə yağan yağmır, qar.

səprə . səpər. saçağ. süfrə. - səprə qulağ: yelpik qulağ. - atı uluğ, səprəsi quruq: adı hündür, əli qıs. - səpər açmaq: böyük qonağlıq vermək.

səprəmək . səprətmək. səpmək. sarmaq. çapdığlamaq. yapdığlamaq. təchiz edmək. sırlamaq. hazırlamaq.

səprik . seyrək. dağınaq.

səpsuvar . tuxum əkildikdən son birinci suvarış.

səpuxtən . < soxmaq. sikmək. nikah edmək.

sər . səri. sərət. sərsət. sərbət. sərgət. sərvən. 1. rəf. 1. vitrin. 1. qəfəsə.

sərbər . eninə sərik, gen olan. ənli. enli. - sərbər gəzləmə: enli parça.

sərcək . sərcək. səricək. səriməc. 1. mətələk. məsqərə. rişqənd. 1. yalançı. sıyrıc. dələduz.

sərcəliq . sərcəlik. səricəlik. məsqərəçilik. təməsxür. rişqəndçilik.

sərcən . səricən. səriyən. sırıcı. 1. yavaçı. yalançı. dələduz. 1. mətələkçi. 1. ikiüzlü. munafiq.

sərçə . səçə. çıpcığ. 1. səğirçə. (> səriçə(fars)). durmadan cüh cüh səriyən, oxuyan balaca. quş. 1. (< saçramaq. sıçramaq. saçamaq. sıçamaq. çəçəmək. çəçrəmək). 1. < ''çıp çıp, civ civ, cük cük'' səsindəndə alına bilir.

sərçin . sərsin. sərgin. sərpin. sərtin. səryinğ. sərvin. sərpik. səprik. saçıq. açığ. yayıq. gənə bol. vəsi'. vüsə'tli.

sərdətmək . sərdənləmək. səyidələtmək. səyrətmək. səpələtmək.

sərə . (< sərmək. sərəmək). açıq duran baş barmaqla ikinci barmağın arasında olan aralıq.

sərəfraz edmək .sərəfraz edmk\ ərk edmək\ - ərk edib gəlmişsiz.



sərəqət . sala qat. 1. sərə qət. çatı ortasında boş qoyulan qat. - salaqatda quş yuva qurub. 1. sal qat. salyaz. sayaz. tutu. duvağ. sıva. pərdə.

sərələmək: sərələtmək. dağıtmaq. dağalatmaq. yayıtmaq. yaylatmaq. pəxş, müntəşir edmək. - günə qızıl saçların daratdı. - onun gəlim salığın tüm ölkəyə sərələdik.

sərələşmək: sərələnmək. dağılışmaq. yayılışmaq. (pəhn) pəxş, müntəşir olunmaq. - oyun bitən son el sərələnib geddi.

sərəncamlamaq: salğancamaq. düzənləmək. toplamaq. bitirmək.

sərğildəmək . sərildəmək. səlgildəmək. sənğildəmək. 1. sallanmaq. titrəmək. dəbərlcənəmək. sağa sola yollanmaq. - yel vurub yapraqla sərğildəyir. 1. > sərgərdan, avara dolanmaq. işsiz gücsüz dolaşmaq. 1. sələnğdəmək. sələnğləmək. seyrənğdəmək. seyrəndəmək. sərindəmək. açığlıqda gəzinmək, dolanmaq. - siz gedin, biz biraz sələnğdəyib gəlirik.

səric . sərci. sarıc. sarcı. 1. ahah. ahək. 1. bir yerə sürtülən duvağ, boya. 1. dolandıcı. gərdanəndə. 1. salıc. salıcı. güclə gələn, saldıran nərsəni sındıran, qaytaran.

sərici . səritən. sərtən. dolaşan. gəzən. səyyar.

sərik . 1. mənşur. 1. sərəki. sərcə. açıqca. gənəlliklə. imumiyyətlə. 1. sərmət. sərbət. sonsuz. əbədi.

sərik . salığ. yerik. yerikli. yarıq. cari. (axıc. axarlı). yürkə. yürək. rayic. mütədavil. geçərli. mö'təbər. adi. dəbdə olan. mərsum. işlənən.
cari hesab: sərik hesab. açığ hesab.
((sərmək: sərgitmək. yürkətmək. yürgətmək. cari, rayic edmək. cərəyan vermək. axıtmaq. tutaşırmaq. tutaşıtmaq. tuşatıtmaq. adətə, dəbə salmaq. mərsum edmək.

sərilmək . sərpilmək. 1. gəlişmək. ösüşmək. dallanıb budaqlanmaq. göyərmək. göysərmək. yetişmək. daraqlanmaq. diriklənmək. (əfzayiş. urçalış. dirçəliş. rüşd. rovnəq. nəmovv. müvəffəq. pişrəft. kamyab. tərəqqi. - daraq bazar: dərik bazar: rovnəqli bazar. dirik işli: işləri yolunda, gəlişmədə. - kefi dirik: kefi kök). - gündən günə işlərimiz daraqlanır. - işlərimiz daraqlandı, dərikləndi: cürləndi. 1. sərinmək. açılmaq. boşalmaq. rahatlaşmaq. 1. saçılmaq. çilənmək.

sərimək . səritmək. sərtimək. dolaşmaq. gəzmək. yerimək. seyr edmək.

sərimək . sıramaq. oxumaq.

sərin sağın . əsən sərin: sər sağ: sağ dinc. sağ diş. tutuğ duruq. sakin sağın. sağ səlamət.

sərin . 1. dinc. aram. sakin. 1. gülər üz. xoş. şad. bəşşaş. fərəhli. şən. 1. dözümlü. səbirli.

sərin . 1. huzur. dinc. könül dincliyi. 1. asayiş.

sərin . aram. sakit. sakin. - sərin: aram ol.

sərin . qızqın olmayan. qanı soyuq. xon sərd. kul. səbirli. dözümlü. dingin. əsintisiz. oturaqlı. ağırbaşlı. mətin. (sərinlik: mətanət). uysal. yapsar. soytun. qoytun. durqun. dingin. sakin. huzurlu. rahat. asudə. sıyap. mulayim. muəqqər. ərik. ərim. ərip. əriç. əris > aram. 1. açıq. bürkütlü, qarışıq olmayan. 1. mehriban. 1. lətif. yumuşaq. astın. yastın. 1. ğeyri fəal. 1. susqun. sakit. xamuş. 1. az danışan. 1. səngin. dəngin. mö'tədil. mə'qul.

sərin . səyrin > salğın. səyrək, açıq, soğyqsu hava.

sərin! . əsin!. dayan. döz. səbr ed.
- sərin biraz: əsin biraz.

sərinlik . soğuducu. yəxcəl.

sərinmək . 1. dinlənmək. istirahət edmək. ara vermək. 1. bürgütdən, dumandan, bir çətinlikdən açılmaq, qurtulmaq, silkinmək, çırpınmaq. - bu işdən sərinədən, başıma başqa bir iş açıldı. - yel qalxsa, göy bulutdan sərinər.((səritmək: 1. dinləndirmək.

sərinmək . aylaq aylaq dolaşmaq, gəzinmək, sallanmaq, üşənmək, bəkləmək. pərsələmək.

sərir . < səkir. kürsü. 1. ərgik. təxt. taxt. 1. yerdən uca qurulmuş yataq.

sərir . 1. qırma daş sərilmiş, düzülmüş yer. (səng fərş). 1. şosə yol. 1. siltə. qılıf. qilaf. nərsiyə çəkilən üz, örtü. (ru puş. ru keş. puşiş).

səriş . sürüş. duz. ləzzət. kef.

sərişmək . sərinmək. uzanmaq. yatmaq. dinmək.

sərit . 1. hər nəyin sərik, açıq olan üzü. 1. üz. 1. miz. masa. ustol. 1. tabağ.

sərit . şərit. sərtə. quşaq. şərayit. məkan.

səritmək . 1. sarıtmaq. qurmaq. salığlamaq. hazırlamaq. iləri sürmək. sunmaq. tutuzmaq. 1. yerləşdirmək. 1. tuxum, dənə tökmək. yumurtlamaq. 1. salmaq. açmaq. (# sərimək. sarımaq: sırımaq. burmaq. bükmək. toğlamaq. tovlamaq. dəngitmək (> tənidən(fars)).
(sırımaq: nərsəni nərsiyə sarımaq. tikmək, bükmək).

səritmək . sərgitmək. əritmək.

səritmək . sərindirmək. sərgitmək. dincəltmək.

səritmək . şəritmək. uzatmaq.

sərqəq . sərgək. (əsrilmək. sərilmək. səkilmək. sallanmaq. salğanmaq). 1.sərgərdan. avara. 1.sağa sola sallanan. 1. əsrgək. əsrik. kefli.

sərqələmək .sərgələmək. numayiş edmək. təşrih edmək.



sərqəmək . sərgəmək.

sərqəmək . sərkəmək. əsmək.

sərqən . sərgən. 1. yekə dolab. 1. rəf.

sərqənilən .sərgənilən. numayiş edilən. təşrih edilən.



sərqətinmək .sərgətinmək. numayiş verdirilmək. təşrih etdirilmək.

sərqi . sərgi. 1. açılan, sərilən hər nə. yayqı. döşəmə. 1. bəsat. 1. qaleri. 1. çarşab. kilim. 1. çıxıldağ. təzahür. 1. görüş. nəzəyyə. 1. tanıtım. məərrifi. 1. göstəri. numayiş.

sərqi . sərgi. sərilən yer. (# dərgi: toplan yer).

sərqiçi . sərgiçi. 1. sərgic. (kampiyoter). pəncərə. vindoz. monitor. ekran. 1. bir yeri bəziyən, döşəyən, düzücü. dekorçu. 1. iraə' edən. 1. durğalaq. mütəzahir. riya kar. 1. oyunçu. oyun göstərən. numayişçi. aktor. bazi gər. 1. əldə, küçə bazar qırağında sərib satan kimsə. əlsatıcı. dəsd firuş. 1. açıq saçıq, çalıq, pozaq, cılf, mübtəzəl geyinib dolanan.

sərqiləmək . sərgiləmək. sərgəmək. göstərmək. sunmaq. tutuzmaq. ortalatmaq. təşhir edmək. göstəriş yapmaq. numayişə, səhnəyə qoymaq. sunuşlamaq. tutuzmaq. tutuzlamaq. düşrütmək. təqdim edmək. iraə, ibraz, izhar, ərz, ərzə edmək. çıxartmaq. 1. öğütmək. tovsiyə edmək. 1. tanıtmaq. məərrifi edmək.

sərqin . sərgin. 1. sərili. açqın. sərilmiş. açıla. yayqın. döşənmiş. döşəgin. 1. bəsat. 1. salqın. yatar duruma olan. kəsəl. xəsdə. (# dərgin. dirgin: asağsağlam).

sərmək . birbiri üsdə qoymayıb, aralıqlı, seyrək bıraxmaq, sürmək, dağıtmaq, döşəmək, açmaq, yaymaq. - tuxumu toprağda sərmək gərək.

sərmək . gərmək. dərmək. 1.cıdamaq. cıdaşıqmaq. səbr edmək. dözmək. dartmaq. çəkmək. (açılmaq. durmaq.). sərmədən geddi. - o bu sözlərə sərməz. 1. açıb tirləmək. - qanat gərən quşlar. - yayın gərib oxladı. 1. çəkib örtmək. - çarşabı paltarlarların üstünə gər. 1. qapatmaq. - hamı yollar qaravullarla sərilmişlər.

sərmək . sadələtmək. - yaşamı özüvə sərsən qolay keçər.

sərmək . sərimək. 1. salına bıraxmaq. asmaq. oluruna, axışına vermək, ötürmək. saymamaq. boş vermək. boşlamaq. taxmamaq. önəmsəməmək. uğraşmamaq. ilgilənməmək. aldırmamaq. başısoyuğluq, qəflət edmək. boş tutmaq. ötürmək. qısrınmaq. qırsınmaq. ehmal edmək. - işin gücün sərib, gündən günə dalı düşdü. - ev eşiyin sərib, oynaş dalıca gəzir. 1. salmaq. yerdə bırxmaq. atlamaq. unutmaq. üzərində durmamaq. dışında tutmaq. qarışdırmamaq. velləmək. sərf nəzər edmək. - heç bir incəliyi sərmədən işi bitirdilər. 1. dışarı atmaq. nak avt edmək. - oyundan sərildi. 1. sağrış. dəvam, təmdid, tosiə edmək, vermək. uzatmaq. genişlətmək. 1. sərələmək. tomratmaq. topratmaq. imumiyyət vermək. - bu işi hammıya sərməyin. 1. gərmək. əsnətmək. çəkmək. keşətmək. - bu ip sərdikcə sərilir. 1. genişlətmək. açmaq. - qolları sərili yatmış köpək.

sərməst . sərməs. sərpəs. sərik. əsrik. bayqın. əsrilikdən özündən ötən, keçən.

sərməş . sərgi. nərsə sərilən yer.

sərpə . (> sorfə(fars)). asqıraq. içərdəki havanı basıncla dışarı sərpən iş.

sərpənə . < sarbanağ. sarvan (< sarmaq). yumuşaq, əğimli olan dalların, budaqların sarılmağı üçün işlədilən sap, ip, dirək.

sərpər . 1. sal. sala. rəis. başqan. 1. düzən. daraq. nəzm. inzibat.

sərpi . bel soğuqluğu kəsəli.

sərpiləmək . səpələmək.

sərpinti . 1. oluşan nərsədən keçən gələn seyrək, azacıq təpgi, iz, tə'sir. (zərrə). 1. əsər. bəqaya. 1. töküntü.

sərpitmək . 1. boşatmaq. boscatmaq. tökmək. - suyun qalanında sərpitdi. 1. açmaq. açıb yana bıraxmaq. - yorqanı üstündən sərpitmiş.

sərpmək . ləkəmək.

sərpmək . sərmək. salmaq. sarçıtmaq. saçrıtmaq. yaymaq. dağıtmaq.

sərriz kərdən .sərriz kərdən \ödəmək\. ödəmir yetmir. kafi değil. - gəliri gedirin ödəmir. - dadı acısın ödəmir.

sərsavlamaq . safaltmaq. sapaltmaq. saplatmaq.

sərsəl . səlsəl. sərbəsəl. səlbəsəl. 1. sərintir. səlintir. səryər. səlqəsiz. səliqəsiz. 1. sərəsür. sürsət. törtöküntülü. yığılıb dərilməmiş. səlqiyə salınmamış. - başacağsız kişinin evi sərəsür gedir, olur.

sərsəm . < sərpəm. sərləm. sərcəm. sərgəm. sərgək. sərpik. salsağ. sarsağ. sərək. 1. sərsərəm. sərəsərpə. avara. dəngəsiz, olçüsüz, dalğaq, dağınağ kimsə. əsrik, kefilyə tay davranan. 1. dolma. sərik. alan. meydan. - bu sərik, bu sapıq: bu ala bu ara: bu meydan bu şeytan.

sərsəp . salsar. salsap. açıq. qate'. dürt. dürüt. sərik. sərih. rok.

sərsəri . salvaş. salavarı. sələvəri. boş bekar. avara.

sərsərpə . aldırmadan. açıq saçıq. rahatca.

sərsimək . salsımaq. yalpalamaq.

sərsiriş . salsalış. saçrış. israf.

sərt . sət. bət. bərt. bək. bərk. mökgəm.

sərtə . sərdə. sərət. şölən. əğləncə. böyük qonağlıq.

sərtimək . əsrimək. neşələnmək.

sərtlik . donluq. donqalıq. donaqlıq.

sərv . < sivr. sivir.

səryək . sərsək. seyrək. (sərili nərsə). sərgən. koma, yığın durumunda olmayan.

səs çıxmaq . salıq, xəbər düşmək. bilgi ulaşmaq.

səs üyn . səs küy. səs səda. səs sələm.

səslənmək . dinmək. cəvab vermək. - çağrışa qızqın səsləndi.

səssiz . dilsiz.

sətir . sətr. çatır. çitir. çıtır.
((sətirli . sətrli. çatırlı. çitirli. çıtırlı.

səv . sev. süy. söy. sür. meyl. işrah.

səvad . səvahi.

səvqət . səvgət. savğat. səhvət. səpə. çapa. səmə. (çəpələk. səmələk. avara). səvsəx. savsax. axmaq. gic.

səvrəmişi . söhrəmişi. başısoyuqluq. qısrıtlıq. qıtsırlıq. səhlənkarlıq. qısırlıq. təəllül.

səvsələmək . səfehləmək.

səvsəm . səvsim. səvsək. səvsik. savsaq. savsıq. sərgərdan. heyran. mütəhəyyir.

səyə . yəyə. sərə. səfə. səfhə. səhvə. kağız üzü.

səyəlqə . səyəlgə. seyəlgə. səpəlgə. tuxum səpmə ayqııtı.

səyəllənmək . səyələnmək. gicəlmək.

səyil . səğil. səhil. az. bir az. qısa. - səyil olsada görər. - qoy səyil keçsin sonra ged. - səhəl öncə geddilər. - səyil sonra gəl. - səyil dinləndim.

səyilcə . səğilcə. azca. qısaca. - səyilcə dözsən gəlib çıxar. - səyilcə keçməmişdi ki səsi çıxdı.

səyimək . səyirmək. sayımaq. sayırmaq. göz vurmaq.

səyiş . işarə.

səyişmək . səyrişmək. sayışmaq. sayrışmaq. göz vuruşmaq.

səyiz . seyiz. sayız. sayuz. sayaz. dayaz. sıyqa. sıyaq. sığ. çox dərin olmayan. pəst. - sayaz göl. 1. mayasız. yalpaq. suvağı. sıvağı. səthi. içsiz. möhtəvasız. yüngül məzmunlu. - sayaz söz. - sayaz oy. - sayaz düşüncə.
- sıyağ baş: sıyğa baş: daz. keçəl.
- sıyağı çıxmış: sıyğası çıxmış: çox işlənməkdən aşınmış.
((səyizləmək: seyizləmək. sayızlamaq. sayuzlamaq. sayazlamaq. dayazlamaq.

səyizləşmək: seyizləşmək. sayızlaşmaq. sayazlaşmaq. 1. dayazlaşmaq. sığlaşmaq. dərinliyi azalmaq. 1. suysuzluğa, azlığa üz tutmaq. nadir, kəmyab oluşmaq.

səyrə . bayır. açıqlıq. çpöl. səhra.

səyrimək . seyrimək. səyrinmək. vırnığmaq. vurnuğmaq. gəzinmək.

səyrimək . səğrimək. ötmək. oxumaq.

sibə . çıpa. qıpa. (toprağdan, nərsədən qurulmuş) səngər.

sıbığu . ney.

sıbızğa . sıbızğu. sıbıza. sıbız. sıbzığ. sıbzı. sırğın. qamış. ney.

sıbızğaçı . sıbızğuçu. sıbızçı. sıbzığçı. sırğınçı. ney çalan.

sibləmək . sinləmək. kibləmək. çıplamaq. oxlamaq. önəmsəmək. aldırmaq. dikləmək. dəğər vermək.

sicil . kütük. çötük. tutanaq. bəlgə. vəsiqə.

sıçağ . sağnaq. ötrük. ishal. isal.
sağnamaq: ishal, isal olmaq.

sıçağa . ötrük. ishallı. isalı olan.

siçan nini min təngə. .

siçan .

siçana dönmək . çox ıslanmaq.

siçantösi . siçan boyasın andıran tozsu (tusi) boya.

siçanyolu . yeraltı yol.

sıçaşlamaq . saçaşlamaq. başlamaq. (birdən) işə keçmək.

sıçğaq . sıçğaq. sıçğan. çox sıçan.

siçi . çevrə. sınır. hudud.

siçili . çevrəli. sınırlı. hududlu.

sıçmaq . dışmaq.

sıçmaq . korlamaq. koratmaq. kirlətmək. kirətmək.

sıçramaq . 1. bir konuda durmamaq. konudan konuya keçmək. 1. çaşmaq. münhərif olmaq. 1. disginmək. diksinmək. silkinmək. səkinmək. - qulağı duyan kimi sıçradı. 1. yayılmaq.

sıçramaq . sıçaramaq. səçrəmək. səçərəmək. səpilən nərsədən doğan səpinti.
(səprəmək. səpərəmək).

sıçramaq . sıçarmaq. saçarmaq. saçramaq. - atına minib dış (dışa) sıçradı (çıxradı).

sıçraş . saçraş. çəkdən, həddən çıxma.

sıdır! . sikdir!. qırçıl!.

sidirgək . sidirgək. südürgək. işəgən. çox işəyən.

sıdırqa . sıdırqa. sıyırqa.

sif . sıx. dar. - çox sıxdır. - sıx toxunuş.

sift(fars) . < sıxıt.

sığ . sığ. sıy. sıyğın. törək. yörək. bəsit. qolay. yalın. saf. düz. süssüz. açıq. incə. yalxı. yalxoy. nazik. ilkəl. əsil. təməl.

sığa . sıya. sıyğa. sağa. səfa. - sığa gətirdiz. - sizi gördükdə sıya taparız. - gəlib çatdım könlüm sağaldı (sağa buldu).

sığalamaq . sığalamaq. nərsəni bir başqa nərsiyə sürtmək.

sığat . şikayət.

sığıma . yabba. kərmə. təzəklə saman sığmasından, qarışığından yapılan yanacağ.

sığın . sehin. sınğıq. qab.

sığıncamaq . sırıncamaq. zırıncamaq. zırıldamaq. ağlamaq. acı çəkmək.

sığınğır . sığınğır. sığqır. sınğır. səngər. təpə. yığın. kümə. koma.

sığınğırlamaq . sığınğırlamaq. sığqırlamaq. sınğılamaqr. səngər, təpə, yığın, kümə, koma oluşdurmaq.

sığınqar . yer altı yaşayan heyvanlar.

siğinsimək . sirinsimək. sırınsımaq. çiğinsimək. (siğ < çiğ: bərk. boş, gəvşək olmayan). artığına çiğləşmək, ciqləşmək, tıxlaşmaq, bərkimək. üzə salıb dayanmaq. sırtılmaq. -

sığırğan . çərəndə. - sığırğan sıçğan: cəvəndə çərəndə.

ğırğan . ısğırğan. siçan türü. (cəvəndə).

sığırlamaq . mal saymaq. mala oxşatmaq.

sığırtıq . sığırtıq. fışqıraqlı səs.

sığıt sırıt . sirət surət.

sığıt . ağayıb inləmə.

sığmaq . uyqun, uyarlı, oturumlu olmaq, düşmək.

sığra . dərə. iki nərsənin arasında sığav, şikaf, yarıq, aralıq.

sığrış . yığrış. - düşün

sığsıq . sığsıq. sıs. sız. xəsdələrin yanında qoyulan işəklik. qarurə.

sığtamaq . sağatmaq. ağlamaq. yığlamaq.

sığzalmaq . sığzalmaq. sığdalmaq. sığışdırılmaq. sığılmaq. yerləşdirmək. - bunu ona, onu buna sığzala.

sıx . üsarə. covhər. zat.

sıxboğaz edmək . boğaza yığmaq. bıqdırmaq. dartıtmaq.

sıxıq . (sıxınmış > səkəncidə. sekoncidə.). boğuq. - sıxıq səs: boğuz səs. boğazda sıxılmış səs. - sıxıq üz: turşamış, büzük, sallaq üz, qiyafə. - sıxıq ürək: oysalı (qussəli) ürək.

sıxılıq . sərtlik. bərklik. kəsinlik.

Yüklə 8,97 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin