Тядийя билдириши



Yüklə 124,12 Kb.
tarix21.10.2017
ölçüsü124,12 Kb.
#8314
növüQaydalar

Azərbaycan Respublikası Vergilə Nazirliyinin

19 may 2005-ci il tarixli F-146 saylı əmri ilə təsdiq edilmişdir.



Yerli (bələdiyyə) büdcəyə fiziki şəxslərin əmlak

vergisinin hesablanması və ödənilməsi qaydaları

haqqında
METODİKİ GÖSTƏRİŞ
I. Ümumi müddəalar

1. «Yerli (bələdiyyə) büdcəyə fiziki şəxslərin əmlak verginin hesablanması və ödənilməsi qaydaları haqqında» Metodiki Göstəriş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq fiziki şəxslərin əmlakına verginin hesablanmasını, ödənilməsini, güzəştlərin verilməsini, vergi ödəyicilərinin məsuliyyətini, habelə Vergi Məcəlləsində və digər qanunvericiliklərdəki müvafiq münasibətləri müəyyən edir.

2. Fiziki şəxslərin əmlakına verginin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi məsələlərində bu Metodiki göstərişlə yanaşı olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» 07.12.1999-cu il tarixli, «Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında» 27.12.2001-ci il tarixli Qanunları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.06.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması» Qaydası əldə rəhbər tutulmalıdır.

3. Fiziki şəxslərin əmlakına vergi, vergitutma obyektlərinin olduğu (qeydiyyatdan keçdiyi) yerdəki bələdiyyələr tərəfindən hesablanır və həmin bələdiyyələrin büdcələrinə ödənilir.

II Fiziki şəxslərin əmlak vergisinin

ödəyiciləri və vergitutma obyektləri
4. Fiziki şəxslərin əmlak vergisinin ödəyiciləri aşağıdakılardır:

a) Azərbaycan Respublikasının ərazisində yerləşən tikintilərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq) xüsusi mülkiyyətçiləri olan rezident və qeyri-rezident fiziki şəxslər;

b) yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan) vasitələrinin sahibi olan rezident fıiziki şəxslər.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq vergitutma məqsədləri üçün rezident – təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan və ya təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan fiziki şəxsdir.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyatı mənafelərinin mərkəzi, adətən yaşadığı yer, Azərbaycan Respublikasının vətəndaşlığı meyarlarına görə rezident sayılır.

5. Fiziki şəxslərin əmlak vergisinin obyekti aşağıdakılardır:

a) rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar;

b) rezident fıziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitələri;

Fiziki şəxsin vergitutma obyektləri olan binası dedikdə, sahibkarlıq fəaliyyəti üçün istifadə edilən və edilməyən binası və onun hissələri, habelə fiziki şəxslərin yaşayış evləri (mənzilləri), bağ evləri, qarajları və digər tikililəri və onların hissələridir.

Su və hava nəqliyyatı vasitələrinə təyyarə, helikopter, gəmi, kater, yaxta, qayıq və bu qəbildən olan digər nəqliyyat vasitələri daxildir.
III. Əmlak vergisinin dərəcələri
6. Fiziki şəxslərin əmlak vergisi aşağıdakı qaydada və dərəcələrlə ödənilir:

a) fiziki şəxsin xüsusi mülkiyyətində olan binanın inventar dəyərindən:

bu dəyər şərti maliyyə vahidinin 5000 mislinədək olduqda vergi tutulmur, 5000 mislindən artıq olan məbləğdən 0,1 faiz.

b) fiziki şəxsə məxsus su və hava nəqliyyatı vasitələrinə görə:

su və hava nəqliyyatı vasitələrinin mühərrikinin 1 kub santimetri üçün şərti maliyyə vahidinin 0,4 faiz i.

mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün onların bazar qiymətinin 1 faizi.


IV. Əmlak vergisinin hesablanması və ödənilməsi qaydası
7. Fiziki şəxslərin binalarına əmlak vergisi, onların inventar dəyərindən şərti maliyyə vahidinin 5000 misli miqdarında məbləğ azaldılmaqla qalan məbləğdən 0,1 faiz dərəcə ilə hesablanır.

8. Əmlak vergisinin hesablanması zamanı bu Metodiki Göstərişə 1 № li əlavə - «Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin hesablanması» formasından və 2 № li əlavə - «Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin hesablanması formasının» tərtib edilməsi qaydasından istifadə olunur.

9. Bir nəfərə məxsus bina üzrə əmlak vergisi «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş inventar dəyərinə əsasən hesablanır.

Fiziki şəxsin yeni tikililərinin və ya onların hissələrinin inşası başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 №-li qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərlərinin hesablanması» Qaydasına əsasən həmin tikililərin inventar dəyəri müəyyənləşdirilir.



10. Tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmayaraq ərazilərində yerləşən əmlakın qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Əmlakın qiymətləndirilməsi üzrə əməliyyat bələdiyyələrin vəsaiti hesabına maliyyələşdirilir.

11. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanunun 5.4-cü maddəsinə əsasən əmlakın dəyəri fiziki şəxsin təşəbbüsü ilə və onun hesabına müstəqil peşəkar qiymətləndiricilər tərəfindən də hesablana bilər.

12. Bələdiyyələr daşınmaz əmlakın qeydiyyatını həyata keçirən müvafiq orqandan fiziki şəxslərə məxsus binaların inventar dəyəri barədə məlumat ala bilərlər.

13. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaya görə əmlak vergisinin hesablanması, onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən həyata keçirilir.

14. Fiziki şəxsə məxsus tikililər və onların hissələri ayrı-ayrı bələdiyyələrin ərazisində yerləşdiyi halda əmlak vergisinin hesablanması aşağıdakı qaydada aparılmalıdır:

Ayrı-ayrı bələdiyyələrin ərazisində yerləşən binalara əmlak vergisi hesablanarkən binaların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən fiziki şəxslərin mülkiyyətində olan binaların ümumi dəyərində həmin ərazidə yerləşən binanın xüsusi çəkisi müəyyən edilir.

Fiziki şəxsin xüsusi mülkiyyətində olan binaların ümumi dəyərlərinə görə müvafiq bələdiyyələrin ərazisində yerləşən binanın xüsusi çəkisinə uyğun nisbətlərdə şərti maliyyə vahidinin 5000 misli qədər vergi tutulmayan məbləğ bölüşdürülür.

Ayrı-ayrı bələdiyyələrin ərazilərində yerləşən binaların dəyərindən şərti maliyyə vahidinin 5000 misli qədər vergi tutulmayan məbləğin həmin binaya düşən hissəsi çıxıldıqdan sonra qalan dəyərə əmlak vergisi hesablanır.



M i s a l:

1. Fiziki şəxsin 3 bələdiyyənin ərazisində binaları var.

Binaların dəyəri aşağıdakı kimidir:

I bələdiyyədə – 25,0 mln. manat

II bələdiyyədə - 30,0 mln. manat

III bələdiyyədə - 40,0 mln. manat

__________________________________

95,0 mln. manat

Ümumi dəyərdə binaların xüsusi çəkisi:
I bələdiyyədə - 26,3 % (25,0 : 95,0)x 100

II bələdiyyədə - 31,6 % (30,0 : 95,0)x 100

III bələdiyyədə - 42,1 % (40,0 : 95,0)x 100
2. Binaların xüsusi çəkisinə müvafiq olaraq şərti maliyyə vahidinin 5000

mislinin hər bina üzrə vergiyə cəlb olunmayan hissəsi müəyyən edilir..
I bələdiyyədə - 7,2 mln. man (27,5 mln. man. x 26,3 %)

II bələdiyyədə - 8,7 mln. man (27,5 mln. man. x 31,6 %)

III bələdiyyədə - 11,6 mln. man (27,5 mln. man. x 42,1 %)

_________________________

cəmi- 27,5 mln. man
3. Ayrı-ayrı bələdiyyənin ərazisində yerləşən hər bir bina üzrə vergi

tutulmayan məbləğ çıxıldıqdan sonra verginin hesablanması.
I bələdəyyədə - (25,0 mln. man - 7,2 mln. man) x 0,1 % = 17.8 min man.

II bələdiyyədə - (30,0 mln. man - 8,7 mln. man) x 0,1 % = 21,3 min man.

III bələdiyyədə - (40,0 mln. man - 11,6 mln. man) x 0,1 % = 28,4 min man.

__________________

cəmi - 67,5 min. man

Göründüyü kimi bir neçə bələdiyyənin ərazisində yerləşməsinə baxmayaraq, fiziki şəxsin mülkiyyətində olan binaların ümumi dəyərinə şərti maliyyə vahidinin 5000 misli qədər güzəşt tətbiq edilməklə müvafiq bələdiyyələrin büdcəsinə əmlak vergisi hesablanılır.



15. Bir neçə nəfərə məxsus bina üzrə əmlak vergisi - binanın müvafiq qaydada qiymətləndirilmiş inventar dəyərindən şərti maliyyə vahidinin 5000 mislinədək (yəni 27,5 mln. manat) olan məbləğ çıxıldıqdan sonra həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanır.

Misal: 6 nəfər sahibi olan binanın inventar dəyəri 150,0 milyon manat, o cümlədən 1 nəfərin payı 35,0 milyon manat, hər biri 25,0 milyon manat olmaqla 3 nəfərin payı 75,0 milyon manat, hər biri 20,0 milyon manat olmaqla 2 nəfərin payı 40,0 milyon manatdır. 1 nəfərin 35,0 milyon manata görə binanın ümumi dəyərdəki payı 23,3 %, 25,0 milyon manata görə 3 nəfərin hər birinin payı 16,7 %, 20,0 milyon manata görə 2 nəfərin hər birinin payı 13,3 % təşkil edir.

Bu halda, binanın ümumi dəyəri 150,0 milyon manatdan 27,5 milyon manat çıxıldıqdan sonra vergiyə cəlb olunan 122,5 (150,0-27,5) milyon manata 0,1 faiz dərəcə ilə 122500 manat, o cümlədən, binanın dəyərindəki 35,0 milyon manatlıq payına görə 1 nəfərə 28542 (122,5 mil.man. x 23,3 %) manat, 25,0 milyon manatlıq payına görə 3 nəfərin hər birinə 20458 (122,5 mil. man. x 16,7 %) manat, 20,0 milyon manatlıq payına görə 2 nəfərin hər birinə 16292 (122,5 mil. man. x 13,3 %) manat vergi hesablanılır.

16. Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim etməlidir.

Su və hava nəqliyyatı vasitələrinin mühərrikinin 1 kub santimetrinə görə vergi aşağıdakı kimi hesablanılır:



Misal: fiziki şəxsə məxsus su nəqliyyatı vasitəsinin (yaxtanın) mühərrikinin həcmi 1500 kubsantimetrdir. Bu halda əmlak vergisi 33,0 min manat (1500 x 22 man. (5500 x 0,4%) təşkil edir.

Mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinə vergi aşağıdakı kimi hesablanır:



Misal: 1 nəfər fiziki şəxsə məxsus mühərriki olmayan su nəqliyyatı vasitəsinin bazar qiyməti 2500,0 min manatdır. Bu halda əmlak vergisi 25,0 min manat (2500,0 min manat x 1 %) təşkil edir.

17. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.

18. Bələdiyyələr hesablanmış verginin məbləği və ödənilmə müddəti barədə «Tədiyyə bildirişi»ni vergi ödəyicilərinə iyun ayının 1-dən gec olmayaraq verməlidirlər.

19. Mülki qanunvericiliyə müvafiq olaraq qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından vərəsəlik üzrə keçən binalara görə əmlak vergisi vərəsəliyin açıldığı gündən hesablanılır.

20. Bələdiyyələr vərəsəlik üzrə keçən binaların siyahısını notariat orqanlarından əldə edə bilərlər

21. Əmlak vergisi, əmlakın əvvəlki sahibi tərəfindən avqustun 15-dək və noyabrın 15-dək ödənilmədiyi halda, vergi göstərilən müddətlərdə əmlakın hazırkı sahibi tərəfindən ödənilməlidir.

22. Fiziki şəxs, onun xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikilinin və ya onun hissəsinin yerləşdiyi, habelə su və hava nəqliyyatı vasitələrinin qeydə alındığı yerdə yaşamadığı halda, hesablanmış verginin ödənilməsinə dair bildiriş onun yaşayış yeri üzrə göndərilir və ya fiziki şəxsin həmin binaya vəkil etdiyi şəxsə təqdim edilir.

23. Bu Metodiki Göstərişin 5-ci bəndində göstərilən əmlakların mülkiyyətçisi və ya sahibi yoxdursa və yaxud onlar müvafiq ərazidə qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyələr tərəfindən sahibsiz kimi uçota alınmışdırsa, bu halda həmin əmlaklara görə vergi hesablanmır.


V. Fiziki şəxslərin binalarına görə əmlak

vergisi üzrə güzəştlər və azadolmalar

24. Fiziki şəxslərə məxsus binalara görə əmlak vergisi üzrə aşağıdakı güzəşt və azadolmalar müəyyən edilmişdir:

a) misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.



Misal: fiziki şəxsin 50000,0 min manat inventar dəyiri olan yaşayış evi və xalq musiqi alətlərinin hazılanması ilə məşğul olduğu 40000,0 min manat dəyərində emalatxanası – cəmi 90000,0 min manat dəyərində olan binası var. Bu halda, vergi hesablanarkən emalatxananın 40000,0 min manat dəyərinə vergi hesablanmır. Lakin fiziki şəxsin yaşadığı binanın 50000,0 min manat dəyərindən şərti maliyyə vahidinin 5000 misli(27500,0 min man) çıxıldıqdan sonra vergiyə cəlb edilən 22500,0 min manata 0,1 faiz dərəcə ilə 22,5 min manat hesablanmış əmlak vergisi ödənilməlidir.

b) binaların icarəyə, kirayəyə verilməsi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği şərti maliyyə vahidinin 30 misli qədər azaldılır.



Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılardır:

  • Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər;

  • I və II qrup müharibə əlilləri, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri), 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;

Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girməmiş olsunlar.

  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;

Müharibə veteranı adı almış şəxslər aşağıdakılardır:

İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belarusiyanın, Baktikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ödkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;

1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxil işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;

İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslər.



  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliyi keçirmiş şəxslər;

c) pensiyaçılara (yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə);

d) müddətli hərbi xidmət dövründə hərbi qulluqçular və onların ailə üzvlərinə;

Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara «Hərbi xidmət haqqında» Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.

Hərbi tədris müəssisələrinə qəbul olunmuş 17 yaşı tamam olmuş vətəndaşlar müddətli hərbi xidmətdə sayılırlar və kursant adlandırılırlar.



Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün son yaş həddi 37 yaşdır.

25. Bu Metodiki Göstərişin 24–cü bəndinin c) və d) yarımbəndləri üzrə göstərilən şəxslərə verginin hesablandığı dövrdə onların mövcud vəziyyətinə müvafiq olaraq binalarına əmlak vergisinin hesablanması.

Misallar:

1. Güzəşt hüququna malik müharibə veteranı adı almış şəxsin 60000,0 min manat inventar dəyəri olan yaşayış binası var (özü qohumunun yanında yaşayır) və bu binanı kirayəyə vermişdir. Bu halda binanın dəyəri 60000,0 min manatdan şərti maliyyə vahidinin 5000 misli çıxıldıqdan sonra, vergiyə cəlb olunan 32500,0 (60000,0 –27500,0) min manata 0,1 % dərəcə ilə 32,5 min manat əmlak vergisi hesablanılır. Binanı kirayəyə verdiyi üçün müharibə veteranı güzəşt hüququnu itirir və ona hesablanmış 32,5 min manat əmlak vergisini tam həcmdə ödəməlidir.

Göstərilən şəxs binanı icarəyə vermədiyi halda güzəşt hüququnu saxlayır və ona hesablanmış 32,5 min manat vergi məbləğini (Metodiki Göstərişin 24-cü bəndinin c) yarımbəndində göstərilmiş şərti maliyyə vahidinin 30 misli qədər güzəşt hüququna malikdir) ödəmir.

2. II qrup müharibə əlilinin mülkiyyətində olan (yaşadığı) 60000,0 min manat dəyərində yaşayış binası, 80000,0 min manat dəyərində isə kommersiya fəaliyyəti üçün istifadə etdiyi digər binası vardır. Bu halda, 60000,0 min manat dəyərində yaşayış binası üçün hesablanmış (bu Metodiki Göstərişin 25-ci bəndinin 1-ci misalındakı qayda üzrə vergi hesablanır) 32,5 min manat əmlak vergisini ödəməkdən azaddır. Lakin kommersiya fəaliyyəti üçün istifadə etdiyi 80000,0 min manat dəyərində digər binasına heç bir güzəşt tətbiq edilmədən hesablanmış 80,0 (80000,0 x 0,1%) min manat vergini ödəməlidir.

3. Qocalığa görə pensiya alan şəxsin özünə məxsus 130000,0 min manat dəyərində yaşayış və 90000,0 min manat dəyərində digər binası var və bu Metodiki göstərişin 24-cü bəndinin c) yarımbəndində göstərilən fəaliyyət növləri ilə məşğul olmur və həmin fəaliyyət üçün istifadəyə verilməmişdir. Bu halda pensiyaçının 220000,0 (130000,0+90000,0) min manatlıq binalarının dəyərinin vergiyə cəlb edilən 192500,0 (220000,0 –27500,0 ) min manat dəyərinə 192,5 (192500,0 x 0,1 %) min manat hesablanmış vergi məbləğindən şərti maliyyə vahidinin 30 misli (165,0 min manat) qədər azalma verilməli və 27,5 min manat vergi məbləği ödənilməlidir.

26. Müddətli hərbi xidmət dövründə hərbi qulluqçular və onların ailə üzvlərinə (birgə yaşadıqda- valideynlər, qardaş və bacılar; ayrı yaşadıqda - arvadı, övladları və övladlığa götürülmüş uşaqları) əmlak vergisi aşağıdakı qaydada hesablanır:

Misallar:

1. 85000,0 min manat dəyərində binanın sahibi olan fiziki şəxslə bir yerdə yaşayan oğlu 2005-ci ilin aprel ayının 10-dan sıravi əsgər kimi xidmətə çağrılmış və təqvim hesabı ilə 1 il 6 ay xidmət etməlidir. Bina icarəyə verilmədiyi və ya digər sahibkarlıq fəaliyyəti üçün istifadə edilmədiyi halda binanın sahibinə(yəni müddətli hərbi xidmətçinin atasına) 2005-ci il üçün hesablanmış 57,5 min manat (85000,0 –27500,0)x 0,1 % ) vergi məbləğindən aprel-dekabr aylarına çatası 43,1 min manat (57,5 : 12x 9) vergi məbləği (şərti maliyyə vahidinin 30 mislini keçmədiyi üçün) ödənilmir, lakin yanvar-mart ayları üçün çatası 14,4 min manat (57,5 :12 x 3) vergi məbləği ödənilir. 2006-cı il üçün isə hesablanmış 57,5 min manat vergi məbləğindən yanvar-sentyabr aylarına çatası 43,1 min manat (57,5 :12 x 9) vergi məbləği ödənilmir, oktyabr-dekabr ayları üçün isə güzəşt hüququnu itirdiyinə görə 14,4 min manat vergi məbləği ödənilməlidir.

2. Müddətli hərbi xidmətçiyə məxsus binada onun atası və anası, habelə ayrı ailələri olan bacısı və qardaşı yaşayır. Həmin binada mənzil kirayəyə verilməyir və digər sahibkarlıq fəaliyyəti üçün istifadə olunmur. Bu halda hərbi xidmətçiyə güzəşt tətbiq edilir.

27. Fiziki şəxslərə məxsus binalar və ya tikililər ayrı-ayrı təşkilatların və vətəndaşların istifadəsinə verildiyi hallarda, əmlak vergisini istifadə edənlər deyil, əmlakın sahibi (güzəşt hüquna mallik olsalar belə) ödəməlidir.

28. Güzəşt hüququ olan şəxslər, həmin hüququnu zəruri sənədlərlə təsdiq etməlidirlər.

29. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazisində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.
VI. Vergi ödəyicilərinin məsuliyyəti

30. Vergi ödəyicisi Tədiyyə bildirişini aldıqdan sonra cari il üçün hesablanmış vergi məbləğini bərabər hissələrlə – həmin ilin avqustun 15-dək və noyabrın 15-dək ödəməlidir. Göstərilən müddətlərdə vergi ödənilmədikdə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün fiziki şəxsə ödənilməmiş əmlak vergisi məbləğinin 0,05 %-i məbləğində faiz hesablanılır.

___________________

Əlavə 1

20___ci il üçün

Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin

hesablanması

____________________________________________________________________________

(vergi ödəyicisi olan fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsi kodu)

______ __________________________________________________________________________

( əmlaka sahiblik və ya istifadə hüququnu təsdiq edən sənədin adı, verildiyi tarix, nömrəsi)


Sıra


Vergitutma obyektinin adı


Ölçü

vahidi


Göstə-rici



1

2

3

1.

Binaların ümumi inventar dəyəri

min manat




2.


VM-nin 199.2-ci maddəsinə əsasən binanın vergiyə cəlb edilməyən dəyəri

min manat




3.

Şərti maliyyə vahidinin 5000 mislindək (5500 x 5000) vegiyə

cəlb olunmayan məbləğ



min manat




4.

VM-nin 199.2-ci maddəsi üzrə cüzəşt verilmiş binanın dəyəri və

şərti maliyyə vahidinin 5000 mislinədək vegiyə cəlb olunmayan

məbləğ çıxıldıqdan sonra vergi hesablanmalı olan əmlakın dəyəri (sət.1- sət. 2 – sət. 3)


min manat






5.

Binalara görə hesablanan əmlak vergisinin dərəcəsi


faizlə




6.

Binalara görə hesablanmış əmlak vergisinin məbləği (sət.4 x sət.5)

min manat




7.


Su və hava nəqliyyatı vasitələrinin mühərriklərinin həcmi

kub sm.




8.

Su və hava nəqliyyatı vasitələrinin mühərrikinin həcminə görə

hesablanan əmlak vergisinin dərəcəsi (şərti maliyyə vahidinə

nisbətən)

faizlə





9.

Su və hava nəqliyyatı vasitələrinin mühərrikinin həcminə görə

hesablanan əmlak vergisinin məbləği (sət.7 x sət.8)



min manat




10.

Mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinin

bazar qiyməti



min manat




11.

Mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinə görə

hesablanan əmlak vergisinin dərəcəsi (bazar qiymətinə nisbətən)



faizlə





12.

Mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinə görə

hesablanan əmlak vergisinin məbləği (sət.10 x sət.11)



min manat




13.

Hesablanmış əmlak vergisinin ümumi məbləği

(sət.6 + sət.9 + sət.12)



min manat




14.


Vergi Məcəlləsinin 199.3-cü maddəsi üzrə güzəşt hüququna

malik olduğuna görə ödənməli olan vergi məbləğindən azaldılan (şərti maliyyə vahidinin 30 misli ) vergi məbləği


min manat






15.

Vergi Məcəlləsinin 4.4-cü maddəsinə müvafiq olaraq bələdiy yələrin qərarına əsasən güzəşt verilmiş vergi məbləği

min manat






16.


Güzəşt məbləğləri nəzərə alınmaqla ödənilməli olan əmlak vergisinin məbləği (sət.13 – sət. 14 –sət.15)

min manat



________________________________________ ______________ _______________

(hesablamanı aparmış və şəxsi hesab vərəqə- (imza) (tarix)

sinə işləmiş vəzifəli şəxsin vəzifəsi, S.A.A )

Əlavə 2
«Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin

hesablanması formasının» tərtib edilməsi

q a y d a s ı
Forma bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi tərəfindən doldurulur.

Formanın əvvəlində vergi ödəyicisi olan fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, VÖEN və şəxsi hesab nömrəsi, habelə əmlaka sahiblik və ya istifadə hüququnu təsdiq edən sənədin adı, verildiyi tarix və nömrəsi qeyd olunur.

Formanın 1-ci sətrindəki binaların inentar dəyərinin ümumi məbləği 2, 3, və 4-cü sətrdəki məbləğlərin cəminə bərabər olmalıdır.

2-ci sətirdə – Metodiki Göstərişin 24-cü bəndinin a) – yarımbəndində göstərilən vergiyə cəlb edilməyən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların emalatxanalar yerləşən hissələrinin inventar dəyəri göstərilir.

3-cü sətirdə - binaların vergitutma məqsədləri üçün müəyyən edilən qiymətinin vergiyə cəlb edilməyən şərti maliyyə vahidinin 5000 mislinədək olan məbləği göstərilir.

4-cü sətirdəki binanın vergiyə cəlb olunan dəyəri 1, 2 və 3-cü sətirlərin fərqinə bərabər olmalıdır.

5-ci sətirdə - binalara görə hesablanan əmlak vergisinin Metodiki Göstərişin 6-cı bəndinin a) - yarımbəndində göstərilən vergi dərəcəsi əks olunur.

6-cı sətirdə - 4 və 5-ci sətirlərin hasilinə bərabər olmaqla binalara görə hesablanmış əmlak vergisinin məbləği göstərilir.

7-ci sətirdə - fiziki şəxslərə məxsus olan su və hava nəqliyyatı vasitələrinin mühərriklərinin həcmi əks etdirilir.

8-cı sətrdə – Metodiki Göstərişin 6-cı bəndinin b) yarımbəndinin birinci hissəsində göstərilən su və hava nəqliyyatı vasitələrinin mühərrikinin həcminə görə hesablanan əmlak vergisinin dərəcəsi göstərilir.

9-cu sətirdə - 7 və 8-cı sətirlərin hasilinə bərabər olmaqla su və hava nəqliyyatı vasitələrinin mühərrikinin həcminə görə hesablanan əmlak vergisinin məbləği əks etdirilir.

10-cu sətrdə - mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinin bazar qiyməti göstərilir.

11-ci sətirdə - Metodiki Göstərişin 6-cı bəndinin b) yarımbəndinin ikinci hissəsində mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinin bazar qiymətinə görə müəyyən edilmiş əmlak vergisinin dərəcəsi göstərilir.

12-ci sətrdə - 10 və 11-ci sətirlərin hasilinə bərabər olmalla mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinə görə hesablanan əmlak vergisinin məbləği əks etdirilir.

13-cü sətir üzrə hesablanmış ümumi verginin məbləği, formanın 6, 9 və 12-ci sətirlərinin cəminə bərabər olmalıdır.

14-cü sətirdə - hesablanmış ümumi vergi məbləğindən Metodiki Göstərişin 24-cü bəndinin b) – yarımbəndində göstərilən fiziki şəxslərə şərti maliyyə vahidinin 30 misli miqdarında azaldılmış vergi məbləği (yəni 5500 man x 30 =165000) göstərilir.

15-ci sətirdə - Vergi Məcəlləsinin 4.4-cü maddəsinə müvafiq olaraq əmlak vergisi üzrə ayrı-ayrı şəxslərə bələdiyyələrin qərarına əsasən güzəşt verilmiş vergi məbləği qeyd olunur.

16-cı sətirdə fiziki şəxsin ödəməli olduğu vergi məbləği - 13-cü sətrdəki məbləğdən 14 və 15-ci sətirlərdəki məbləğlər çıxıldıqdan sonra qalan fərqə bərabər olmalıdır.

Forma əmlak vergisi üzrə hesablamanı aparan və şəxsi hesab vərəqəsinə işləyən vəzifəli şəxs tərəfindən imzalanır, onun vəzifəsi, soyadı, adı, atasının adı və cədvəlin tərtib edildiyi tarix göstərilir.

T Ə D İ Y Y Ə B İ L D İ R İ Ş İ
1. _____________________________________________________________

( fiziki şəxsin soyadı, adı, atasının adı)

2. _____________________________________________________________

(fiziki şəxsin ünvanı)


3. ____________________________________________________________________________,

( fiziki şəxsin kodu və şəxsi hesab nömrəsi)


4. ____________________________________ bildirir ki, Sizə Azərbaycan Respublikasının Vergi

( bələdiyyənin adı)


Məcəlləsinin________maddəsinə əsasən 200__il üçün ___________________________________

( rəqəm və sözlə)


_________________manat məbləğində __________________ vergi hesablanmışdır.

(əmlak, torpaq)


5. Verginin ödənilmə müddəti: 200_ il 15 avqust tarixədək ________________ manat

200_ il 15 noyabr tarixədək ________________ manat


6. Vergi ______________________ yerləşən ______________________ № li hesaba və ya

(bankın adı) (bələdiyyənin hesab nömrəsi)


bələdiyyənin xəzinəsinə ödənilməlidir.
7. Ötən dövrlər üzrə vergi borcu: ___________________ manat

faiz məbləği: ___________________ manat


M.Y. Bələdiyyənin sədri (onun müavini)___________________/ _________ / ________

(soyadı, adı, atasının adı) (imza) (tarix)


K Ə S İ L M Ə X Ə T T İ

____________________________________________________________________________________

Bildirişin kötüyü

______________________________________________________________________________

(bələdiyyənin adı)
200_ il üçün ________________________________________________ manat məbləğində

(rəqəmlə və sözlə)


hesablanmış __________________ vergisi üzrə tədiyyə bildirişini aldım:

(verginin adı)

_________________________________________/ ______________/ ___________

(fiziki şəxsin soyadı, adı, atasının adı) (imza)* (tarix)


* Bildiriş sifarişli məktubla göndərildikdə fiziki şəxs tərəfindən imzalanmır.

Fiziki şəxslərə hesablanmış torpaq və əmlak vergisinin

məbləği və ödənilməsi müddəti barədə Tədiyyə

bildirişinin tərtib edilməsi qaydası

Tədiyyə bildirişi fiziki şəxsin torpağının və ya əmlakının yerləşdiyi ərazinin müvafiq bələdiyyə orqanı tərəfindən doldurulur.

Fiziki şəxsə hesablanmış əmlak və ya torpaq vergilərinin hər biri üzrə tədiyyə bildirişi verginin adı göstərilməklə ayrıca tərtib olunur. Tərtib olunmuş tədiyyə bildirişi «Tədiyyə bildirişlərinin qeydiyyatı kitabı»nda qeydə alınır.

Tədiyyə bildirişində fiziki şəxsin soyadı, adı, atasının adı 1-ci sətrdə, ünvanı 2-ci sətrdə, kodu və şəxsi hesab nömrəsi 3-cü sətrdə göstərilir.

Ərazi üzrə bələdiyyənin adı göstərilməklə, bildiriş əmlak vergisi üzrə doldurularkən Vergi Məcəlləsinin XIII fəslinin müvafiq maddələrinə, torpaq vergisi üzrə doldurulduqda həmin Məcəllənin XIV fəslinin müvafiq maddələrinə istinad edilir və bildirişin 4-cü sətrində əks olunur.

5-ci sətrdə, cari il üçün hesablanmış verginin illik məbləği bərəbər hissələrlə iki yerə bölünməklə həmin məbləğlərin 15 avqust və 15 noyabr tarixinədək ödənilməsi göstərilir.

6-cı sətrdə, verginin köçürüləcəyi bankın adı və bələdiyyənin bankdakı hesab nömrəsi qeyd olunur.

7-ci sətrdə, bildirişin tərtib edildiyi tarixə fiziki şəxsin əvvəlki illər üzrə ödənilməyən vergi və ya faiz borc məbləğləri göstərilir.

Tədiyyə bildirişi bələdiyyə sədri ( müavini) tərəfindən onun soyadı, adı, atasının adı və bildirişi imzaladığı tarix göstərilməklə imzalanır və möhürlə təsdiq edilir.

Tədiyyə bildirişi kəsilmə xətti göstərilməklə iki hissədən ibarət olur. Kəsilmə xəttindən yuxarıda olan birinci hissə vergi ödəyicisinə verilir, ikinci hissə (kötüyü) isə bələdiyyədə saxlanılır.

Tədiyyə bildirişinin kötüyündə bələdiyyənin adı, hesabat ili, verginin adı və məbləği, fiziki şəxsin soyadı, adı, atasının adı göstərilir. Vergi ödəyicisi bildirişi şəxsən aldıqda onun kötüyündə alınma tarixini göstərməklə imza edir.

Bildiriş sifarişli məktubla göndərildikdə isə fiziki şəxs tərəfindən imzalanmır.


__________________




Yüklə 124,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin