International Eurasia Press Fund
Beynəlxalq Avrasiya
Mətbuat Fondu
E L A N
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 15 may 2006 - 15 may 2007-ci ildə ABŞ Dövlət Departamentinin Silahların Ləğvi və Qadağan olunması üzrə Hərbi-Siyasi İşlər İdarəsinin (SLQ/HSİ) maliyyə dəstəyi ilə «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsini həyata keçirmişdir. Layihənin icrası nəticəsində yaradılmış Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) digər regional bölmələrinin yaradılması məqsədi ilə BAMF «AMZA-nın Fizuli regional bölməsinin yaradılması və Tərtər regional bölməsinin faliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun faliyyətinin istiqamətləndirilməsi» layihə təklifləri ilə Dövlət Departamentinin SLQ/HSİ-ə müraciət etmiş və müsabiqənin qalibi olmuşdur.
BAMF layihələrin həyata keçirilməsi üçün aşağıdakı vakant vəzifələr üzrə işçi qəbulu elan edir:
· Həkim məsləhətçi-təlimatçı
· Biznes üzrə məsləhətçi-təlimatçı
· Hüquqşünas-təlimatçı
· Kompyuter üzrə təlimatçı-mütəxəssis
Namizədlərin ən azı 1 illik iş təcrübəsinə malik olmaları zəruridir
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim edir:
1. Tərcümeyi-hal (azərbaycan dilində)
2. Anket-məlumat (CV-azəri)
Qeyd: Namizədlərdən sənədlərini göndərərkən vakant vəzifənin adını yazmaları xahiş olunur
Layihələr Fizuli və Ağstafa rayonlarında həyata keçiriləcək.
Əlavə məlumat almaq üçün: Beynəlxalq Avrasiya Mətbuat Fondu
Mehdi Hüseyn 1a, AZ 1006
E-mail: eurasiapress@azeurotel.com
Dostları ilə paylaş: |