2. Tədbirlər Proqramının məqsəd və vəzifələri
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:
- respublikada talassemiya xəstəliyinin yayılmasının qarşısının alınması;
- əhalinin talassemiyaya dair maarifləndirilməsi;
- talassemiya daşıyıcılarının aşkar edilməsi tədbirlərinin həyata keçirilməsi və onlara tibbi-genetik məsləhətlərin verilməsi;
- dölün prenatal diaqnostikasının təşkili;
- talassemiyalı xəstələrin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması.
Dostları ilə paylaş: |