«тясдиг едирям»



Yüklə 251,65 Kb.
səhifə1/2
tarix21.10.2017
ölçüsü251,65 Kb.
#8392
növüQaydalar
  1   2

«TƏSDİQ EDİRƏM»

Azərbayjan

Respublikası

Rabitə Naziri

___________ N. A.Əhmədov

«___»___________ 2003-cü il
Azərbaycan Respublikası Rabitə Nazirliyinin
Poçt müəssisələrində kassa əməliyyatları və onlar üzrə hesabatların tərtib edilməsinin

M Ü V Ə Q Q Ə T İ Q A Y D A L A R I .
I. BÖLMƏ.
BAŞ KASSADA KASSA ƏMƏLİYYATLARI
I. Ümumi müddəalar.



1.Azərbayjan Respublikası Rabitə Nazirliyinin poçt müəssisələrində kassa əməliyyatları və onlar üzrə hesabatların tərtib edilməsi Qaydaları bütün poçt müəssisələri tərəfindən yerinə yetirilməlidir.

2.Bütün poçt müəssisələri, öz pul vəsaitlərinin təhlükəsizliyini tə’min etmək məqsədilə onları, Azərbayjan Respublikası qanunlarına uyğun olaraq müvafiq banklarda açılmış, pul vəsaitlərini uçota alan hesablarda saxlamalıdırlar.

3.Poçt müəssisələrinin öz öhdəlikləri üzrə digər müəssisələrlə hesablaşmaları əsasən banklar vasitəsilə köçürmə yolu ilə aparılır.

4.Poçt müəssisələrinin banklardan aldığı nağd pul yalnız alındığı məqsədlərə sərf olunur.

5. Hər bir poçt müəssisəsinə növbəti iş günü əlavə nağd pul alınana qədər müvafiq ödəniş əməliyyatlarını təmin etmək üçün kassada müəyyən edilmiş limit daxilində günün sonuna nağd pul saxlamağa ijazə verilir.

6. Poçt şöbələrinin kassalarında gündəlik nağd pul qalığının limiti müəssisə rəhbərləri tərəfindən təsdiqlənir və zəruri hallarda dəyişdirilə bilər :

6.1. Poçt müəssisələrinin Baş kassalarında gündəlik nağd pul qalığının limiti yerli şərait (Baş kassanın siqnalizasiyasının, mühavizəsinin təmin olunma səviyyəsi və s.) nəzərə alınmaqla «Azərpoçt» DM tərəfindən təyin edilir.

6.2.Bakı, Gənjə və Sumqayıt şəhərlərinin poçt şöbələrinin gündəlik nağd pul qalığı limiti, PŞ-nin iş həjminə uyğun olaraq 1,0 milyon manatdan 3,0 milyon manata qədər təyin edilir.

6.3.Bakı, Gənjə və Sumqayıt şəhər poçtamtlarında Baş kassanın gündəlik nağd pul qalığı limiti, 100,0 milyon manatdan artıq olmamaq şərti ilə təyin edilir.

6.4. Kənd PŞ-lərinin gündəlik nağd pul qalığı limiti iş həjminə uyğun 1,0 mil.manata, rayon mərkəzlərində olan PŞ-lərinin limiti 2,0 mil. manata qədər təyin edilir.

6.5. Rayon Poçt Filiallarının Baş kassasının gündəlik nağd pul qalığı, limitləri 30,0 milyon manatdan artıq olmamaq şərti ilə təyin edilir.

6.6. Məhdud mədaxil əməliyyatları aparılan şəhər poçt şöbələrində gündəlik nağd pul qalığı limitinin məbləği 500 min manatdan, məhdud məxarij əməliyyatları aparan kənd poçt şöbələrində isə 200 min manatdan az olmamaqla təyin edilir.

7. Poçt şöbələri öz kassalarında onlar üçün müəyyən edilmiş limitdən əlavə nağd pulu yalnız pensiya , müavinət, əmək haqqı, mükafat və əmək haqqına bərabər tutulan digər ödənişlərin həyata keçirilməsi üçün, müəyyən edilmiş limitin 3 mislinə qədər məbləğdə və pulun banklardan alındığı gün də daxil olmaqla ən çoxu 3 iş günü müddətində saxlaya bilər.

Bankların işləmədiyi istirahət və bayram günlərində mədaxil əməliyyatlarından toplanmış limitdən artıq nağd pul qalığı kassanın limit pozuntusu hesab edilmir.

8. Poçt müəssisələrinin banklardakı barat hesabında olan vəsaitlərdən yalnız barat əməliyyatlarının aparılmasına və tranzit vəsaitlərin təyinatı üzrə ödənilməsinə ijazə verilir. Bu vəsaitlərin istismar xərjlərinin, ödənilməsinə , həmçinin barat və tranzit vəsaitlərə aid olmayan digər istiqamətlərə yönəldilməsinə qəti yol verilmir.

Poçt müəssisələri həmin tarixə yalnız poçtamtın əldə etdiyi gəlirin xərjlənməmiş qalan hissəsinə müvafiq olaraq Baş kassadakı nəğd pullardan əmək haqqı, əmək haqqına bərabər tutulan digər jari ödənişlər və müəssisənin normal fəaliyyəti üçün zəruri olan digər ödənişləri həyata keçirə bilərlər.

Zəruri hallarda tranzit vəsaitlər mövjud qanunverijiliyə uyğun olaraq təyinatı üzrə Baş kassadan nəğd şəkildə ödənilə bilər.

İtirilmiş, oğurlanmış və ya kənar şəxsə verilmiş poçt göndərişlərinin, onların çatışmayan və zədələnmiş hissələrinin, o jümlədən vaxtında çatdırılmamış poçt və teleqraf göndərişləri rüsumlarının ödənişi poçt müəssisələri tərəfindən müştərilərin arzusu nəzərə alınmaqla istənilən poçt şöbəsindən pul baratı vasitəsi ilə həyata keçirilir.

9. Poçt şöbəsinin kassasında və Poçt Filialının Baş kassasında limitdən artıq qalan nağd pulun məbləği, müəyyən edilmiş limitin məbləğinin 10 %-dən artıq olduqda Poçt şöbəsinin kassasında olan pullar tabe olduğu poçtamtın Baş kassasına, Baş kassada olan pullar isə müvafiq qaydada Banka göndərilir.

10. Kənd Poçt Şöbələrinə göndərilmiş köməkçi pulların ödənilməsi və həmin gün PF-nin Baş kassasına geri qaytarılması, gözlənilməz hadisələr və digər obyektiv səbəblərdən (mümkün olmadıqda , həmin nağd pul (10,0 mil.manatdan artıq olmamaq şərti ilə) PF-nin rəhbərliyinə məlumat verilməklə yalnız PŞ-də yanmayan seyfdə 1 gün müddətində saxlanıla bilər.

11.Kassanın limitindən artıq nağd pul qalıqlarının və poçt şö’bələrinə ödənişləri təmin etmək üçün əlavə pulların göndərilməsi barədə mə’lumat vermək üçün, poçt müəssisəsi ilə poçt şö’bəsi arasında,bir rayon daxilində istifadə olunmaq məqsədilə, poçt müəssisəsi tərəfindən xüsusi kod işlənib hazırlanır. Barat əməliyyatları aparan bütün poçt şö’bələri kodla tə’min edilirlər. Kod, əmrlə onların verilməsi və qəbul olunması həvalə edilmiş işçilərdə tə’min olunmuş qaydada məxfi saxlanılmalıdır.

Şəraitdən asılı olaraq poçt müəssisəsi rəisinin səranjamı ilə, qüvvədə olan kod istənilən vaxt dəyişdirilə bilər.

Kodlaşdırılmış bildirişlərdə poçt şö’bəsinin adı, şö’bə rəisinin(müavinin) soyadı, göndəriləjək və ya tələb olunajaq məbləğin kodla şərti adı və brezent çantanın nömrəsi göstərilməlidir.
II. Nağd pulların qəbulu və kassanın mədaxil
sənədlərinin rəsmiləşdirilməsi qaydaları.

11.Poçt xidmətlərinin haqqını əvvəljədən avans köçürməklə ödəmək istəyən müştərilər, müvafiq məbləği poçtamtın hesabına köçürürlər. Bu halda köçürülmüş pul vəsaiti poçtamtın hesabına daxil olduqdan sonra poçtamtın mühasibatlığı hesaba daxil olmuş pulun məbləğini avans kitabçasına (Əlavə 18) yazır, yazılış poçtamtın rəisi və baş mühasibi tərəfindən imzalanaraq gerbli möürlə təsdiqlənir və xidmətlərdən istifadə edilərkən poçt şöbələrinə təqdim etmək üçün müştəriyə verilir.

12.Ödəniş əməliyyatları aparan poçt müəssisələri nağd pul məbləğlərini Banklardan çek kitabçasının çeki ilə alırlar. Çek poçt müəssisəsinin pul alajaq işçisinə, çek kitabçasının kötüyündə imza etdirməklə verilir. Çeklər yalnız Baş kassanın işini aparan maddi-mə’sul şəxsin adına yazılır. «Təqdim edənə» qeydi ilə çek verilməsi qəti qadağandır.

13. Poçt müəssisəsinin mühasibatlığı bankdan alınmış nağd pulun mədaxil edilməsi üçün ''_________ saylı çek ilə Bankdan nağd pul alınıb '' qeydi ilə F.KƏ-1 kassa mədaxil orderi (Əlavə 1) tərtib edərək Baş kassaya verir.

14.Bütün kassa mədaxil orderləri kassaya verilənə qədər mühasibatlıqda F.KƏ-3a (Əlavə 2) curnalında qeydiyyatdan keçirilir.

15.F.KƏ-1 kassa mədaxil orderləri, aydın və dəqiq yazılmalıdır. Bu sənədlərdə heç bir pozuntuya və hətta səbəbi göstəriləməklə belə düzəliş aparılmasına qəti yol verilmir.

Kassa mədaxil orderləri ilə pullar yalnız onlar tərtib edilən gün qəbul edilir.

16.Baş kassanın rəisi (əməliyyatçısı) kassa mədaxil orderlərini alarkən , mədaxil orderlərində baş mühasibin və rəisin imzasının olmasını, onun düzgün tərtib edilib rəsmləşdirilməsini və əlavələrin tam olmasını yoxlamalıdır.

Göstərilən tələblərin hətta birinə belə əməl edilməmişdirsə kassa mədaxil orderi düzgün tərtib edilmək üçün geri qaytarılır.

17 Kassa mədaxil orderləri alınıb yoxlanıldıqdan və pullar mədaxil olunduqdan sonra Baş kassanın rəisi (əməliyyatçısı) tərəfindən imzalanır, ona əlavə edilmiş sənədlərə, o jümlədən poçt şö'bələrindən limitdən artıq nağd pulun göndərildiyi F.16 qaimələrinin birinji nüsxələrinə və F.RN-4 müşayət məktublarına, (Əlavə3)tarix göstərilməklə «Alınmış və mədaxil edilmişdir» yazısı olan ştamp vurulur və ya həmin qeyd əl ilə aparılır.
III. Nağd pulun verilməsi və kassanın məxaric
sənədlərinin rəsmiləşdirilməsi qaydaları.

18.Poçt müəssisələrinin Baş kassalarından nağd pul F.KƏ-2 (Əlavə 4 ) kassa məxarij orderləri ilə verilir. Nağd pul lazımi qaydada tərtib edilmiş digər sənədlərin (ödəniş jədvəlləri, pul verilməsi barədə ərizələr,hesablar və s.) ümumi məbləği üçün bir kassa məxarij orderi tərtib edilərək verilə bilər. Pulun verilməsinə dair sənədlər müəssisənin rəisi və baş mühasibi, onlar olmadıqda isə müəssisə üzrə verilmiş əmrə əsasən bu funksiyalar həvalə edilmiş şəxslər tərəfindən imzalanır.

19.İstismar - təsərrüfat xərjləri üçün təhtəlhesab şəxslərə kassa məxarij orderi ilə nağd pullar yalnız poçt müəssisələrinin Baş kassasından verilir.

Təhtəlhesab üsulu ilə, Baş kassadan kassa məxarij orderi ilə nağd pul almış şəxslər müəssisənin mühasibatlığına xərjlənmiş məbləğlər haqqında hesabat təqdim etməlidirlər. Bu halda təhtəlhesab üsulu ilə alınmış pulun xərjlənmiş hissəsini təsdiq edən sənədlər hesabata əlavə edilir.

Təhtəlhesab üsulu ilə alınmış pulların xərjlənmiş hissəsi üçün hesabatı və xərjlənməmiş hissəsi, müəyyən edilmiş vaxt qurtardıqdan sonra ən geji 3 gün ərzində poçt müəssisəsinin Baş kassasına təhvil verilməlidir.

Poçt müəssisələrinin rəhbərləri , təhtəlhesab üsulu ilə nağd pulu, əməliyyat, təsərrüfat, istismar və xidməti e’zamiyyət xərjləri üçün aşağıdakı müddətlərə verirlər:

a)Poçt müəssisəsinin yerləşdiyi yerlərdə 2 günlük tələbatdan artıq olmayaraq və 3 gündən artıq olmayan müddətə;

b)Poçt müəssisəsinin yerləşdiyi yerdən kənara, 10 günlük tələbatdan artıq olmayaraq və 15 gündən artıq olmayan müddətə ;

Təhtəlhesab üsulu ilə alınan pulun bir nəfərdən digərinə verilməsi qadağandır.

Təhtəlhesab üsulu ilə nağd pul, əvvəllər bu məqsəd üçün verilmiş məbləğlərə dair tam hesabat təqdim edildikdən sonra verilir.

20.Baş kassadan nağd pul verilərkən, pasport və ya alıjının şəxsiyyətini təsdiq edən digər sənəd təqdim edilməsi tələb olunur. Şəxsiyyəti təsdiq edən sənədin məlumatları,( sənədin adı, nömrəsi, kim tərəfindən və nə vaxt verildiyi) kassa məxarij orderində qeyd edilir. Alıjı məbləği yazı ilə göstərərək imza edir.

21.Müəssisənin ştat jədvəlində olmayan şəxslərə birdəfəlik işlərin, xidmətlərin görülməsi üçün pul hər bir şəxs üçün ayrıja yazılmış kassa məxarij orderləri ilə verilir. Pul yalnız kassa məxarij orderində adları göstərilən şəxslərə verilir. Əgər pul müəyyən olunmuş qaydada etibarnamə ilə verilirsə, mühasibatlıq kassa məxarij orderinin mətnində pulu alan şəxsin soyadından, adından və atasının adından sonra, pulu almaq e’tibar edilmiş şəxsin soyadını, adını və atasının adını qeyd edir. Pul jədvəl ilə verilirsə, pulun alınması barədə imza etdirməzdən əvvəl, kassir jədvələ «Etibarnamə ilə» sözlərini yazır, etibarnamə kassirdə qalır və kassa məxarij orderinə, yaxud jədvələ əlavə olunur.

22.Hər hansı səbəbdən pulun alınması üçün imza etməyi bajarmayan şəxsə pul verilərkən, onun xahişi ilə onun əvəzinə, (həmin müəssisənin mühasibatlağının və ya kassanının işçiləri istisna olmaqla) başqa şəxs imza edə bilər. Belə hallarda kassa məxarij orderində, faktiki olaraq pulu alan şəxsin və onun əvəzinə imza edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin adı, nömrəsi , verildiyi tarix və kim tərəfindən verildiyi göstərilir.

Əmək haqqı, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, pensiya, mükafatlar və gündəlik xərj əvəzinə verilən əlavələr kassir tərəfindən ödəmə (hesablaşma-ödəmə) jədvəlləri üzrə ödənilir. Ödəmə jədvəlləri üzrə paylanan ümumi məbləğə kassa məxarij orderi tərtib olunur, pul alan hər bir şəxs üçün ayrıja kassa məxarij orderi tərtib olunmur.

Ödəmə (hesablaşma-ödəmə) jədvəlinin titul (ilk) vərəqində müəssisə rəhbərinin və baş mühasibin, yaxud əmrlə onları əvəz edən şəxslərin imzaları ilə pulun ödənişinə ijazə verildiyi qeyd olunur, pulun verilməsi müddəti və ödəniləjək məbləğ sözlə yazılır.

Bir neçə nəfərə əmək haqqının (mə’zuniyyətə gedərkən, xəstələnərkən və s.), deponent edilmiş məbləğin və ya xidməti e’zamiyyətlərlə əlaqədar pulun ödənilməsi üçün də sənədlər bu qaydada tərtib edilə bilər.

Ayrı-ayrı şəxslərə əmək haqqı kimi birdəfəlik pul, bir qayda olaraq, kassa məxarij orderi ilə verilir.

23.Əmək haqqı, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, pensiya, mükafatlar və gündəlik xərj əvəzinə verilən əlavələr ödəniş jədvəllərində göstərilən müddətlərdə ödənilmədiyi hallarda Baş kassanın rəisi (əməliyyatçısı) sənədləri aşağıdakı qaydada rəsmiləşdirilməlidir:

a) Ödəniş jədvəlində Əmək haqqını, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinəti, pensiyanı, və s. mükafat almamış şəxslərin soyadının qarşısında «Deponet edilmiş» ştampını vurmalı, yaxud bu sözləri əl ilə yazılmalıdır:

b)Deponet edilmiş məbləğlərin siyahısını tutmalıdır;

j) Hər bir jədvəlin axırında əmək haqqı, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, pensiya və mükafat şəklində, faktiki hansı məbləğdə pul ödənildiyini və alınmayıb deponent edilməsi olan məbləği qeyd etməli, bu məbləğləri ödəniş jədvəli üzrə ümumi yekunla tutuşdurmalı və qeydini öz imzası ilə təsdiqləməlidir. Pulu kassir deyil müəssisə rəhbərinin əmri ilə başqa şəxs veribsə, jədvəlin üzərinə əlavə olaraq «Jədvəl üzrə pulları ödədi» qeydi yazılır, ödəyənin soyadı və vəzifəsi göstərilərək imza edilir. Eyni jədvəl üzrə kassirin və digər şəxsin pul verməsi qadağandır.

d) F.KƏ-4 kassa kitabına (Əlavə 5) faktiki ödənilmiş məbləği yazmaqla, jədvəlin üzərinə «_____» saylı kassa məxarij orderinin ottiski olan ştamp” vurmalı, yaxud həmin qeydi əl ilə yazılmalıdır.

24.Tabeçiliyində çoxsaylı şö’bələr, sexlər, sahələr olan poçt müəssisələrində, müəssisə rəhbərinin yazılı əmri ilə əmək haqqı, iş qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, pensiya və mükafatların ödənişi həmin şö’bə (sex, sahə) rəislərinə həvalə edilir.

Qeyd olunan ödənişlərin həyata keçirilməsi, bu ödənişləri hesablayan işçilərə (mühasiblərə, hesabdarlara və s.) həvalə edilə bilməz.

25. Pulların ödənilməsi üçün mühasibatlıq tərəfindən tərtib edilmiş sənədlərin, həmin sənədlər üzrə pulu almalı olan şəxslərə verilməsi qadağandır.

Kassa məxarij örderləri ilə pul, yalnız onların tərtib olunduğu gün verilə bilər.

26.Kassa məxarij orderi mühasibatlıq tərəfindən mürəkkəblə və ya diyirjəkli qələmlə dəqiq və aydın tərtib olunmalı, yaxud makinada və ya kompüterdə yazılmalıdır. Bu sənədlərdə yazıların silinməsinə, pozulub düzəldilməsinə, yaxud üzərində düzəliş aparılmasına qətiyyən yol verilmir.

Kassa məxarij orderinə onun tərtibi üçün əsas verən sənədlər əlavə edilməli onun tərtib olunma tarixi, nömrəsi, pulun verildiyi (gün, ay, il) tarix göstərilməlidir.

Bütün məxarij orderləri, kassaya verilənə qədər mühasiblikdə mədaxil orderləri ilə yanaşı F.KƏ-3a curnalında qeydiyyatdan keçirilir.

27.Baş kassanın rəisi (əməliyyatçısı), pulun verilməsinə dair sənədləri alarkən, sənədlərdə baş mühasibin və poçt müəssisəsinin rəhbərinin imzasının olub-olmamasını sənədlərin düzgün tərtib edilməsini, sənədlər üzrə sadalanmış əlavələrin olub-olmadığını yoxlamalıdır.

Bu tələblərin hətta birinə belə əməl edilmədikdə kassir sənədləri müvafiq qaydada tərtib olunmaq üçün mühasibliyə qaytarır.

Kassa məxarij orderləri, üzrə pul verildikdən dərhal sonra kassir onları imzalayır, bu orderlərə əlavə edilmiş sənədlərə isə «Ödənildi» sözləri yazılmış ştamp vurur, yaxud həmin sözü əl ilə yazır, tarixi (gün, ay, il) göstərir.
IV. Baş kassanın limitdən artıq nağd pul qalıqlarının
təhvil verilməsi.

28.Poçt müəssisələri Baş kassada kassa limitlərindən artıq qalan nağd pulları, barat hesabına daxil edilmək üçün Banklara təhvil verirlər.

Kassanın limitindən artıq nağd pul qalığının inkassasiya olunması, bu Qaydaların III-jü bölməsində göstərilən qaydada həyata keçirilir.

29. Baş kassanın limitdən artıq qalıqları Banka təhvil verilmək üçün qablaşdırılmamışdan əvvəl 2 nəfərin iştirakı ilə sayılır,surət çıxaran kağızla 3 nüsxədən ibarət müşayət jədvəli (Əlavə 7) tərtib edilir və pulun sayılmasında iştirak edən işçilər tərəfindən imzalanır. Müşayət jədvəlinin hər 3 nüsxəsinin arxa tərəfində surət çıxaran kağızla göndərilən nağd pulların ümumi məbləği göstərilməklə adba-ad siyahısı yazılır. Müşayət jədvəlinin sıra nömrəsi ay ərzində aparılır. Müşayət jədvəlinin 1-ji və 2-ji nüsxələri brezent çantaya qoyulur. Çanta bağlanır və poçtamtın adı həkk olunmuş aydın oxunan sığorta möhürü ilə möhürlənir və ya plomblanır. Müşayət jədvəlinin 3-jü nüsxəsi pul sənədləri ilə birlikdə poçt müəssisəsində qalır.

Çantanın ünvan yarlığında nömrə kəsrlə yazılır, surətdə müşayət jədvəlinin nömrəsi, məxrəjdə çantanın nömrəsi, poçt müəssisəsinin adı, çantanın çəkisi və haraya göndərildiyi göstərilir. Ünvan yarlığı müşayət jədvəlini imzalayan şəxslər tərəfindən imzalanır.

Bundan sonra çantanın ünvan yarlığında yazılan nömrəsi və çəkisi göstərilməklə 2 nüsxədən ibarət F.16 qaiməsi tərtib olunur və təqvim ştempeli ilə təsdiq edilərək Banka göndərilir.

30.Bankın kassiri çantaları poçt müəssisəsinin nümayəndəsinin yanında açır və pulları sayır.

Pulun artıq olması və ya çatışmaması aşkar edildikdə çantada qoyulmuş müşayət jədvəlinə və qaiməyə akt tərtib olunur.

Bankın kassiri müşayət jədvəlinin 1-ji nüsxəsini təsdiqləyərək poçt müəssisəsinin kassirinə verir.

31. Baş kassanın iş recimi və avtomaşının marşrutu elə qaydada tərtib olunmalıdır ki, nağd pulları Banka həmin gün təhvil vermək mümkün olsun. Bu mümkün olmadıqda pullar Bankın axşam kassalarına təhvil verilməlidir.

32.Poçt müəssisələri kassanın limitdən artıq nağd pul qalığını Azərbayjan Respublikası Milli Bankının 10 saylı tə’limatının 8-9-ju bəndlərinə əsasən müvafiq Bankda təşkil edilmiş axşam kassalarına bu təlimatın 43-47-ji bəndlərinin tələblərinə uyğun qaydada təhvil verirlər.

33.Baş kassanın rəisi (əməliyyatçısı) Banka təhvil verilmiş nağd pulların qəbuluna dair Bankın verdiyi qəbzi F.KƏ-4 kassa kitabında məxarijə yazır və hesabatla birlikdə mühasibliyə təhvil verir. Mühasiblik öz növbəsində nağd pul məbləğinin müvafiq hesaba vaxtında daxil olmasına nəzarət edir və hesabatda göstərir.

34. Poçt şö’bələrindən göndərilən işərisində limitdən artıq nağd pullar olan brezent çantalara dair verilən kodlaşdırılmış mə’lumatları poçtamtlarda qəbul edən işçi, onları F.RN-44 arayışına (Əlavə 6) yazır və bu arayışa əsasən çantaların daxil olmasına nəzarət edir. Poçt şöbələrindən daxil olmuş çantalar açılmamışdan əvvəl onların çəkisi, xariji görünüşü, sığortalı möhürün (plombun) və ipin bütövlüyü yoxlanılır. Göstərilən çatışmamazlıqlar olmadıqda çantalar iki nəfərin iştirakı ilə açılır (Bu zaman möhür və ya plomb zədələnməməlidir), içindəkilər F.RN-4 müşayət məktubu ilə üzləşdirildikdən sonra sayılır, F.RN-4 müşayət məktubu göstərilən məbləğ ilə düz olduqda F.KƏ-4 kassa kitabında mədaxilə yazılır.

Əgər üzləşdirmə zamanı hər hansı fərq aşkar edilərsə, bu barədə akt tərtib olunur, poçt şöbəsinin rəisi və ya müavini də’vət edilir, müəyyən olunmuş qaydada lazımi araşdırma aparılır, F.KƏ-4 kassa kitabında faktiki daxil olmuş pullar mədaxilə yazılır.
V. Ödənişləri təmin etmək üçün poçt şöbələrinə nağd

pulların göndərilmə qaydası.
35.Poçtamtlarda poçt şöbələrinə nağd pulların göndərilməsi üçün kodlaşdırılmış sifarişləri, müəssisənin rəis müavini qəbul edir, surət çıxaran kağızla 2 nüsxədən ibarət F.RN-45 (Əlavə 8) sərənjam blankına yazır. Sərənjamın 1 və 2-ji qrafaları doldurulur, bütün sifarişlər yazıldıqdan sonra 2-ji qrafa üzrə tələb edilən nağd pulların jəmi hesablanır, 3-jü qrafada isə hər bir sifariş üzrə göndərilmək üçün təsdiq edilmiş məbləğ yazılaraq yekun vurulur. Sərənjam onu tərtib edən şəxs tərəfindən imzalanır və poçt müəssisəsinin rəhbəri tərəfindən təsdiqlənir.

36.Göndərilmək üçün təsdiq edilmiş məbləğə F.KƏ-2 kassa məxarij orderi yazılır və F.KƏ-3a curnalında qeydiyyatdan keçirilir. Sərənjamın hər iki nüsxəsi ijra olunmaq üçün müəssisənin Baş kassasına verilir.

37.Baş kassanın rəisi (əməliyyatçısı), tərəfindən sərənjama əsasən ödənişləri təmin etmək üçün poçt şöbələrinə göndərilməli olan pullar, əskinazların üzləri yuxarı olmaqla adbaad yığılaraq iki nəfər işçinin iştirakı ilə sayılır. Əskinazlar 100 ədəd olmaqla yığılır və çarpazvari formada kağız lentlə bağlanılır. Hər bir bağlının üzərində əskinazların sayı, məbləği və tarix(gün, ay, il) göstərilməlidir. Bundan sonra bağlılar, pulları sayan işçilər tərəfindən soyadı, adı, atasının adı göstərilməklə imzalanır.Göndəriləsi pullar üçün, 3 nüsxədən ibarət F.RN-4 müşayət məktubu tərtib olunur. Göndərilən əskinaslar F.RN-4 müşayət məktubunun arxa tərəfində adbaad yazılır. F.RN-4 müşayət məktubu kassir, həmçinin pulların sayılmasında və onların brezent çantalara qablaşdırılmasında iştirak etmiş ikinji işçi tərəfindən imzalanır.

38. Pullar F.RN-4 müşayət məktubunun 1 və 2-ji nüsxələri ilə birlikdə çantaya qoyularaq bağlanır. Çantaların ünvan yarlığında kəsrlə F.RN-4 müşayət məktubunun və çantanın nömrəsi, çantanın göndərildiyi poçt şö’bəsinin adı, onun çəkisi və pulu göndərən müəssisənin adı göstərilir.

39. Hazırlanmış hər bir çanta üçün 2 nüsxədən ibarət F.16 qaiməsi tərtib edilir. Qaimədə çantanın birkasına uyğun olaraq onun nömrəsi və məbləğ göstərilir. Qaimələrin əsli çanta ilə birlikdə Poçt şöbəsinə göndərilir, surəti isə RN-4 müşayət məktubunun 3-jü nüsxəsi ilə birlikdə Baş kassanın sənədlərinə əlavə edilir. RN-4 məktubları və F-16 qaimələri rüb ərzində ardıjıl olaraq nömrələnir.

Daha sonra kassir, pulların göndərilməsinə dair F.RN-45 sərənjamının hər iki nüsxəsinin 4-jü qrafasında, hər bir poçt şö’bəsi üzrə F.RN-4 müşayət məktubunun və çantaların nömrələrini yazır.

Sərənjamın 1-ji nüsxəsi kassa məxarij orderi və sənədlərlə birlikdə Baş kassada qalır, 2-ji nüsxə isə çantaların poçt şö’bələrinə gedib çatmasına nəzarət etmək üçün, sərənjamı tərtib edən şəxsə verilir.

40.İçərisində pul olan brezent çantalar üçün Baş kassanın rəisi (əməliyyatçısı), 2 nüsxədən ibarət ümumi F.16 qaiməsi tərtib edir. Qaimədə poçt şö’bələrinin adları, çantaların nömrələri (kəsrin sürətində müşayət məktubunun, məxrəjində isə çantanın nömrəsi) göstərilir. Brezent çantalar F.16 ümumi qaiməsinin 2-ji nüsxəsində imza etdirməklə, müşayətçiyə verilir.

Poçt şöbəsində ödənişləri təmin etmək üçün şöbəyə göndərilməli olan pulun bilavasitə Baş kassadan şöbə rəisinə verilməsi qəti qadağandır.

Qaimənin 2-ji nüsxəsi, sərənjam və F.RN-4 müşayət məktubunun 3-jü nüsxəsi kassa sənədləri ilə birlikdə Baş kassada qalır.

41.Poçt müəssisəsi rəisinin müavini və ya pulların göndərilməsi üçün kodlaşdırılmış sifarişlərin qəbulu və sərənjamların tərtibi həvalə olunmuş şəxs, poçt şö’bələrində pul məbləğlərinin alınmasına və brezent çantaların hərəkətinə nəzarət etməlidirlər. Bu məqsədlə onlar, poçt şö’bələrindən təsdiqləyiji mə’lumatlar alındıqdan sonra, F.PH-45 sərənjamında pulların alınması tarixinə dair qeydlər yazaraq, imza edirlər.

42. Baratların, pensiya və müavinətlərin ödənişini təmin etmək məqsədi ilə Poçt şöbələrinə göndərilmək üçün Poçtamtların müvafiq Bankdan götürəjəyi 1 günlük nağd pulun miqdarı müəyyənləşdirilərkən aşağıdakılara əməl edilməlidir:

42.1. Banklardan nağd pullar alınarkən;

42.1.1. Həmin gün üçün Poçtamtın Baş kassasında olan nağd pulun məbləği nəzərə alınmaqla ƏSMM tərəfindən köçürülmüş birdəfəlik pul vəsaiti Bankdan hissə-hissə götürülməlidir.

42.2. Pullar Poçt şöbələrinə göndərilərkən;

42.2.1. Ştatında bir və ya iki işçisi olan Poçt şöbələrinə ödəniş üçün göndərilən gündəlik əlavə pulların məbləği 10,0 (on) milyon manatdan artıq olmamalıdır.

42.2.2. Ştatında iki nəfərdən artıq işçisi olan Poçt şöbələrinə ödəniş üçün göndərilən gündəlik əlavə pulların məbləği hər bir ödəyiji üçün iki çatdırma norması (kənd Poçt şöbələri - 2,0 x 2,0 = 4,0 mln.manat, şəhər poçt şöbələri – 3,0 x 3,0=6,0 mln.manat) nəzərə alınmaqla müəyyən edilməlidir.

Poçt şö’bələrinə göndərilmək üçün hazırlanmış, içərisində pullar olan brezent çantalar Baş kassanın ambarında, təhlükəsizliyi tə’min olunmaqla saxlana bilər. Ertəsi gün brezent çantalar tə’yinatı üzrə göndərilmək üçün bu Qaydaların 40-jı bəndində nəzərdə tutulan qaydada müşaiyətçi-inkassatora təhvil verilir.

F.KƏ-4 kassa kitabında bu məbləğ, çantaların göndərilmək üçün verildiyi tarixdə məxarijə yazılır.

Belə hallarda F.RN-4 müşayət məktubunda və daxili F.16 qaimələrində çantaların bağlandığı tarix, F.16 ümumi qaiməsində isə çantaların Baş kassadan faktiki olaraq verildiyi tarix göstərilir.

43.Poçt müəssəsinin rəisi (müavini) içərisində poçt şöbəsinə göndərilən və ya Poçt şöbələrinin kassalarının limitdən artıq olan nağd pulları qablaşdırılmış brezent çantaların daxil olmasına, göndərilməsinə, təhvil verilməsinə hər gün nəzarət edir .


Yüklə 251,65 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin