Тясдиг едирям



Yüklə 3,14 Mb.
səhifə1/9
tarix01.12.2018
ölçüsü3,14 Mb.
#85219
  1   2   3   4   5   6   7   8   9

Azərpoçt” DM-nin

Baş direktoru

Q.B.Bəybalayev tərəfindən

12 sentyabr 2005-ci il tarixində təsdiq edilmişdir
Pul baratları (moniqramlar və poçt baratları) haqqında
TƏLİMAT
1. Ümumi müddəalar
Bu Təlimat pul baratlarının (moniqramların və poçt baratlarının) kompüter vasitəsilə qəbulu, ödənilməsi, onlara nəzarət olunması, hesabatların tərtib edilməsi və pul sənədlərinin arxivləşdirilməsi üzrə əməliyyatların kompüter vasitəsilə həyata keçirilməsini tənzimləyir. Təlimat ÜPİ-nin pul Köçürmələri Sazişinin Reqlamentinə, Azərbaycan Respublikasının «Poçt rabitəsi haqqında Qanunu»na və Poçt rabitəsi qaydalarına əsaslanır.

1.1 Pul baratları Azərbaycan Respublikasının daxilində göndərilmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanmış xüsusi proqram əsasında birbaşa təyinat məntəqəsinə, ÜPİ-nin STEFİ Beynəlxalq Maliyyə sisteminə qoşulmuş xarici ölkələrə göndərilmək üçün MHM vasitəsi ilə bu sistemə qoşulmaqla, digər xarici ölkələrə isə Ödəniş Xidmətləri şöbəsi (ÖXŞ) vasitəsilə printerdə çap edilərək, adi poçtla göndərilmək üçün qəbul edilir.

1.2 Respublika daxilində ödənilmək üçün qəbul edilən moniqramlar göndəricidən qəbul edildikdən sonra təyinat məntəqəsinə kompüter vasitəsilə ən geci 15 dəqiqə ərzində ötürülür və müvafiq rəsmiləşdirmədən sonra dərhal ödənilir. Poçt baratları isə qəbul edildiyi gün kompüter vasitəsi ilə təyinat yerinə ötürülür və 5 gündən sonra ödənilir. Poçt müəssisələrindən asılı olmayan səbəblərdən ödənişi həyata keçirmək mümkün olmadıqda, pul baratı səbəb göstərilməklə təyinat poçt müəssisəsində 1 ay saxlınılır. Bu müddətdən sonra təyinat poçt müəssisəsi ödəniş apara bilməz. Moniqramı və poçt baratını göndərən poçt müəssisəsi növbəti 10 gün ərzində göndəricini dəvət edərək pulun ödənilməməsi səbəbini kompüter məlumatlarına əsasən göndəriciyə bildirir və pul baratının ona geri ödənilməsini təmin edir.

Geriyə qaytarılmış hesab edilən moniqramın və poçt baratının hər hansı səbəbdən göndəriciyə də ödənilməsi mümkün olmadığı hallarda, proqram təminatında ikinci səbəbin göstərilməsi mümkün olmadığından, göndərici poçt müəssisəsi geri ödənilmək üçün nəzərdə tutulmuş 10 gün müddət başa çatan kimi moniqramın saxlanca götürülməsi üçün bu səbəb barədə ÖXŞ-nə xidməti teleqramla məlumat verməlidir.

Daxil olmuş teleqram əsasında ödənilməmiş pul baratı ÖXŞ tərəfindən arxiv rejimində saxlanca götürülür.

1.3 Beynəlxalq poçt pul baratları hər bir ölkəyə verilmiş kod üzrə ÖXŞ-nə ötürülür və belə pul baratları ÖXŞ-də kompüterin printerindən çıxarılaraq pul baratının ünvanlandığı ölkəyə poçtla və ya elektrik rabitəsi kanalları vasitəsilə gündə bir dəfə (istirahət və bayram günləri istisna olmaqla) yola salınır.

1.4 Xarici ölkələrdən ÖXŞ-nə daxil olan beynəlxalq pul baratları ÖXŞ-də qeydiyyata alındıqdan sonra kompüter vasitəsilə hər gün (istirahət və bayram günləri istisna olmaqla) ünvan üzrə müvafiq PF-na (PŞ-nə) ötürülür.

Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin