-
Oğlanlar və qızların ali təhsil sisteminə
gəlməsinin gender tədqiqatı
Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın, ali təhsil daxil olmaqla, təhsilə hüququ var.
Bu tədqiqat Azərbaycanın təhsil, o cümlədən ali təhsil sistemində gender bərabərliyinin yaranması, formalaşması və ikişafına səbəb ola biləcək şəraitin təhlili cəhdidir. Respublikanın üç iri şəhərində – Bakıda, Naxçıvanda və Mingəçevirdə ali təhsil sisteminin qızları və oğlanları üçün əlçatanlığın gender aspekti nəzərdən keçirilmişdir; təhsil test üzrə qəbul imtahnlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ərizələrin verilməsi və 2000-2004-cü illər dövründə respublikanın ali məktəblərinə imtahaların verilməsi və qəbulu nəticələri üzrə aparılmışdır.
Tədqiqatın elmi-nəzəri əsaslarını gender problemləri ilə bağlı bir sıra alimlərin elmi yaradıcılığı, xarici və respublika konfranslar və seminarlarda məruzələri təşkil etmişdir. Bundan əlavə, buraya Dövlət Statistika Komitəsinin materialları, Tələbə qəbulu üzrə Dövlət komissiyasının 2000-2004-cü illər üzrə elmi-statistik hesabatları (“Abituriyent” jurnalının səhifələrində, bir də İnternet saytında yerləşdirilmiş məlumatlar) və qəbul imtahanları ilə bağlı aparılmış kollektiv tədqiqatın (M.M.Abbaszadə, T.A.Bədəlov, A.N.Bağırov, O.Y.Şelaginov. “2004-cü ilin qəbul imtahanlarının nəticələrinin gender aspekti”) materialları cəlb edilmişdir.
Bu tədqiqatda “gender” anlayışının məzmunu sosioloq C.Lorber tərəfnidən verilmiş təsnifatına uyğun qəbul edilmişdir: “gender – qadın və kişilərin arasında sosial münasibətlərin qaydalaşdırılmış modelidir; burada həm onların, ailədə şəxsiyyətlərarası ünsiyyəti və yaxud fəaliyyəti, həm də cəmiyyətin əsas sosial institutlarda onların sosial münasibətləri xarakterizə olunur” (Bax Lorber C. Cins-sosial kateqoriyadır // Tezislər. Qadın, kişi, ailə. M., 1994, №6, s.127-136).
Dövlət statistika komitəsinin 2004-cü ilin məlumatına uyğun, Azərbaycan Respublikasında əhalinin savadlığı səviyyəsi 1999-cu ildə 15 yaşdan yuxarı olan qızlarda və qadınlarda 98,2%, oğlanlarda və kişilərdə, müvafiq olaraq, 99,5% təşkil edirdi. Deməli, təhsil ilə bağlı Azərbaycanda gender bərabərsizliyi əhəmiyyətli dərəcədə mövcud deylidir. 2003/2004-cü ili əvvəli üçün ümumtəhsil məktəblərdə oxuyanların 48% qızlar və 52% oğlanlar idi.
Təhsildə bərabərliyin gender aspektinə səbəb ola biləcək şəraitin təhlili aparmaq üçün ümumtəhsil sistemində bütün tədris illərində şagirdlərin cins üzrə nisbətini aşağıdakı cədvəldə təsvir etmişik. Cədvəldə birinci sinfə qəbul olunanların sayı, 9 və 11 sinfi bitirənlərin sayı (min nəfər) göstərilmişdir:
Dostları ilə paylaş: |