Тясир тябризинин анадилли лирикасы



Yüklə 286,36 Kb.
səhifə2/3
tarix17.11.2018
ölçüsü286,36 Kb.
#83930
1   2   3

ƏDƏBİYYAT
1. Yüzbaşi Mir Tohid. Təsir Təbrizinin həyat və yaradıcılığı barədə. Filologiya məsələləri. Bakı: Elm və təh­sil, 2011, № 1.

2. Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987.

3. Hüseyni M.Ə. Ədəbiyyat tariximizdən səhifələr. Bakı: Nur­lan, 2004.

4. Nəsrabadi Məhəmməd Tahir. Təzkireye-Nəsrabadi. I cild, Tehran: Əsatir, 1378 h.

5. Həzin Şeyx Məhəmmədəli. Təzkireye-Həzin. İsfahan: Tə­yid, 1334 h.

6. Gəncəyi Turxan. İsfahandakı Səfəvi sarayında türk dilinin mövqeyi. «Bakı-Təbriz» dərgisi, 2006, № 4.

7. Azər Lütfəli bəy. Təzkireye-Atəşkədə. Bombey, 1277 h.

8. Eclalı Əmin Paşa. Divane-Təsir Təbrizi. Tehran: Nəşre-Xaze, 1341 h.

9. Cahani Qasım. Azərbaycan ədəbiyyatında Nizami ənənələri. Bakı: Elm, 1978.

10. Səfərli Əlyar. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı: Yazıçı, 1982.

11. Gencei Turhan. Tebrizli Tesirin türkçe şiirleri. İstanbul Üniversitesi Edebiyat Fakültesi «Türk dili ve edebiyatı» der­gisi. İstanbul: İbrahim Horoz Basımevi, 1949.

12. Təbrizi Təsir. Türkiyyat. Külliyyati-Təsir (əlyazma). The­ran Sepəh­salar Ali Mədrəsəsi Kitabxanası, № 283.

13. Qəzvini Vəhid. Abbasnamə. Ərak: Əsfənd, 1339 h.

14 İpekten Haluk. Eski türk edebiyatı. Nazim şekilleri və aruz. İstanbul: Dergah yayınları, 1999.

15. İslam ansiklopedisi. 4. cilt. İstanbul: Milli Eğitim Ba­sımevi, 1948.
Paşa KƏRİMOV,

filologiya üzrə fəlsəfə doktoru


BİSmİllahİr-rəhmanİr-rəhİm


MÜXTƏLİF ŞEİRLƏR


Qəsidə

dər mədhi-nəvvabi-əşrəfi-əqdəsi-əla

Şah Süleyman əs-Səfəvi ki, nəzəri-əşrəf rəsid
Ey şəhənşahi-Süleyman həşməti-gərdun rəvaq,

Eyləmiş tövfiq hər işdə sənünlən ittifaq.


Varisi-təxtü nigini-səltənət sənsən bu gün,

Bəllü səndən fərrü şövfət, adlu səndən təmtəraq.


Himməti-dərya nəvalün maili-hüsni-tələb,

Əzminə məşuqi-aşiqpişə hüsni-ittifaq.


Yəmni-ədlün can dər yek qalib etmiş cümləni,

Gər əzəldən var idi əzdad ara eyni nifaq

Arizinlə laf nisbət vurmaq üçün aftab,

Qarşu gəldi gər səhərgəh, şam tutdu bir bucaq.


Tapdı əyyamında eyşü inbisat ancaq rəvac

Kim, alub min bac ruzi-vəsldən şami-fəraq.


Xəl'əti-imkan məvada kimsəyə əmri-məhal,

Eyləməz təklif hərgiz himmətin malayətaq.

Ol əzəldən aclıq çəkmiş sipehri-nilgun,

Nemətindən bəs ki, duydu, bərqdən vurdu füvaq.

Dəsti-busün həsrəti əzbəs onun canında var,

Qoymaz ağzın bir-birə xəmyazədən bir ləhzə faq.

Rüb'i-məskun cümlə fərmanındadur, ol cümlədən,

Sahəti-Təbrizü Gilanü Xorasanü İraq.


Bu təmənna ilə kim, olsun məqami-midhətin,

Ləfzi-şəm'i-məni ilə eyləmiş rövşən rəvaq.


Yoluna hər kim verür, şaha, dilü can ilə baş,

Olmuş asan xəlqə yəmni-himmətindən cümlə şaq.


Mehridən qəttas bəhri kəhkəşanidən yükən,

Mərkəbünçün çərx edər hər gün sərəncami-yəraq.


Xanədani-sələtənət tapdı sana ta ittisal,

Çəkməmiş çəzr məddi-ehsan bir qələm əhli-səyaq.


Cümlə fərmanrəvalər içrə sən mümtazsən,

Böylə kim, xurşidi-ənvərdür kəvakib içrə taq.


Lə'l ta cürət edüb oldu nigini-Xatəmin,

Xiclətindən qanı çıxmaz gər ona vursan bıçaq.


Hər zaman bir qeysərü fəğfur mehmandür sana,

Ey şəhənşahi-cəhan, səndən yəman gözlər iraq.


Ol səadətlü şəhi-Turanzəmin Əbdüləziz,

Həm bu günlərdə sana mehmani-bəzmi-iştiyaq.


Gəlməmiş İranə Turandan onun tək bir daxi,

Zan ki, düşdi gəlməgi əhdində, şaha, ittifaq.


Bu qiran tarixini Təsirdən sordum, dedi:

Ay tək gün bəzminə gəldi Əziz oldu qonaq.


Padşaha, adila, sahibmürüvvət, davəra,

İftixari-dinü dövlət, xosrovi-gərdun rəvaq.

Zərrə əhvali quyaş yanında ay təkdür işıq.

Ərzi-hal etmək sana əqlü xirəddəndir iraq.


Ta ola gərdunü mahü mehri-ənvər bərqərar,

Ta ola səyyarü sabitlər ara eyni-nifaq.


Rayətin təxtində daim düşmənin nabud ola.

Necə kim, var əxtərinçün mehri-ənvərdən məhaq.


H.1093

* * *
Qiteyi-

tarixi-cülusi-meymənətnuşi-nəvvabi-kamyabi-əşrəf

şahi-Sultan Hüseyn əs-Səfəvi əl-Musəvi

ki, be nəzəri-ənvar rəsid
Əya, ey padşahi-dadgüstər,

Sana məsud təxtü tacü tarək.


Sən ol nuri-ilahisən ki, bilürsən,

Əgər Yusif görə, söylər təbarək,


Müsəlləmdür sana, ey şahi-aləm,

Şüurü əqlü daniş, hüşu mədrək.


Səni ta gördü dövran nüsxəsindən,

Edər fərmanrəvalər adını hək.


Əlündə dami-seydi-müddəadur,

Fələk kim, olmuş əxtərdən müşəbbək.


Sana manənd tapılmaz piri-gərdun,

Əgər xurşidü məhdən qoysa eynək.

Çü şahi-məzhəbi-isna əşərsən,

Yəqin bimislsən, bişübhəvü şək.


Əgər qeysər və gər fəğfuri-Çindür,

Sülukindən tapar ayini-məslək.


Sana ta verdi Həq fərmanrəvalıq

Ki, səndən olmasun iqbal münfək.

Dedi tarix çün gögdə Ütarid,

Cülusin, ey şəhənşahan, mübarək.


H.1105

* * *
Tərci’i-türki ki,

be ərzi-nəvvabi-xaqani-tuba aşiyan kəşidə
Sənsiz könlüm baharı neylər,

Seyri-güli-laləzarı neylər.

Hər kimsə sən olmayanda yarı,

Öz kaminə ruzigari neylər.

Aşiq məşuqə gər gərəkməz,

Gəl söylə görüm, həzarı neylər.

Pərvanə üçün gər ağlamaz şəm,

Ol dideyi-əşkbarı neylər.

Vəslün degil imdi gər müyəssər,

Möhnət günü qəmküsarı neylər.

Məşuq ona çü mehribandur,

Aşiq daxi etibarı neylər.

Çün dün bənə söylədi ki, Təsir

Səbri nə edər, qərarı neylər.


Əyləndimü həsrət ilə baxdum,

Allahıma işimi buraxdum.

Hərgah ki, vəslin edərəm yad,

Könlüm kibi xatirim olur şad.

Sərməşqi-xəlayiqəm nədən bən,

Gər yazmadı sərnəviştim ustad.

Bir yerə düşüb yolunda hər kim,

Dəştə Məcnunü dağə Fərhad.

Onun kibi paybəst kimdür,

Sərvə nə üçün deyərlər azad.

Gər seyd özü düşməz idi damə,

Əglənməz idi kəmində səyyad.

Aşiqlərini baş üstə saxlar.

Bu şivəni sərvdən tutub bad.

Ol cövrü cəfa ki, sən edərdün,

Gördüm ki, fələk də edər imdad.


Əgləndimü həsrət ilə baxdum,

Allahıma işimi buraxdum.


Mən valeh olum o göz, o qaşə,

Məftun o dodağə, o səvaşə.

Hər xəstə ki, başı üstə getsin,

Gəlsün yenə ömri daxi başə.

Qalmaz əsərim əgər bu babət.

Hüsnün gedə-gedə həddən aşə.

Belündə çü olmasun nə edəlim,

Ol ələ ki, vurmayun bu başə.

Kafər daxi yazığı gəlürdi,

Baxsaydı əgər bu qanlu yaşə.

Gördü ki, başarmaz, açdı başdan,

Fərhadə ol iş ki, düşdi başə.

Hər gül ki, açıldı çeşmi-heyrət,

Açdı bu səfayə, bu qumaşə.

Vəslin dilində bəni gördüm,

Gördüm ki, vururdu dağə-daşə.

Əgləndimü həsrət ilə baxdum,

Allahıma işini buraxdum.


Sən xod belə bivəfa degildün,

Bu hədd ilə pürcəfa degildün.

Məqsudimi ki, rəva edərdün,

Çox düşməni-müddəa degildün.

Bəndən qeyri yox idi yarın,

Bir dəm bəndən cüda degildün.

Dövran bizi güc ilə ayırdı,

Sən daxi buna riza degildün.

Ey dərd, az olməgin nədəndür,

Gər mötəqidi-dəva degildün.

Bir ömr yolunda zaye etdüm,

Gördüm bana rəhnüma degildün


Əgləndimü həsrət ilə baxdum,

Allahıma işimi buraxdum.


Ey xətti-xoşun şəbihi-susən,

Fərxəndə yüzün ədili-gülşən.

Rəhm eyləvü gah-gah gizlin,

Bir bax bənə, Tanrını sevərsən.

San Kəbə içində mötəkifdür.

Hər kim güzəründə etdi məskən.

Bəzmün ki, bənə xətərli yerdür,

Biganəyədür həmişə məmən.

Yəqubə İrəmdə gülxən idi,

Beytül-həzən idi ta nəşimən.

Əvvəl səhər ol görər cəmalün,

Etdi bəni daği-rəşki-rövzən.

Ta ortadadur rəqib ayağı,

Nə sən daxi sənsən və nə bən bən.

Eşqində bəsi təhəmmül etdüm,

Gördüm ki, çıxırdı işim əldən.

Əgləndimü həsrət ilə baxdum,

Allahıma işimi buraxdum.


Bu mehrü bu eşqi-binəhayət,

Axır sənə etmədi sirayət.

Allahı sevərsən, eylə gahi,

Gizlin bənə bir baxış inayət.

Qeyrət çəkərəm deyəndə adun,

Səndən kimə eyləsəm şikayət.

Dün gecə hekayətini bir-bir,

Həmsöhbətin eylədi hekayət.

Kuyində rəqibi xar edərdüm,

Lütfün eyləməzdi gər himayət.

Eşqində səfihlər edərlər,

Əndişeyi-intəhavü qayət.

Meraci-cəmaldən götürmüş,

Cəbrili-rüxün xətin tək ayət.

Kuyində rəqibi xar edərdüm,

Lütfün eyləməzdi gər himayət.

Bir çaq idi, bən də məhrəm idüm,

Yatardı ki, mən deyim hekayət.

Gördüm ki, cəfanı həddən aşdı,

Ta Həq edə yarımı hidayət.


Əgləndimü həsrət ilə baxdum,

Allahıma işimi buraxdum.


Olsaydı yolum, yetərdi asan,

Fəryadimə şahi-din Süleyman.

Ol sahibi-tacü təxtü iqbal,

Daim ona lütfi-həq nigəhban.

Rayi saib, zəmiri rövşən,

Xülqi niku, mədarı ehsan.

Zibəndeyi-məsnədi-xilafət,

Övrəngi-nişini-mülki-İran.

Ondan məfruq həqqü batil,

Ondan mümtaz küfrü iman.

Bir bacə sərayi-himmətindən,

Ol gögdəki adlu mehri-taban.

Əhdində zebəs səxası daim,

Müşkül ola xatiri-pərişan.

Qoymuş başa ol tavilğə gündən,

Çar ayinəsi çəhari-ərkan.

Dərgahinə bir kimlü çakər,

Gög yulduzunun ki, olsa fərman.

Həm tiği-həlaldən əlində,

Həm bədrdən ol əlində qalxan.

Qövsüllahı əlində yaydur,

Ta həsminə oxlar ata pərran.

Gögdür bir hökmi-dəftərindən,

Xurşid ilə ay mehri-taban.

Gər başına dönməz isə daim,

Dair nə səbəbdən oldu dövran.

Bəndi-tərcii-şeir təkdür,

Hər dəm ona bazgəşt şayan.

Əmn etdi cahanı bəs ki, ədli,

Çəkməz aşiq cəfayi-canan.

Aləm işıq oldu kölgəsindən,

Böylə gərək adı zilli-rəhman.

Xızr istədi dərki-əhdin etsün,

Bu qəsdilə içdi abi-heyvan.

Ta etməsələr xəyali-batil,

Könlümdə ismidür nigəhban.

Cüz nəxli-murad bitməz ondan,

Bir xatirə lütfi oldu dehqan.

Zalim həqini verdi məzlum,

Hər handa ki, hökmi etdi divan.

Ədlinədür iki şahidi-ədl,

Əhdində hər iki kəfi-müzan.

Zülmü sitəmi zebəs cəhandan,

Zayil edib ol əzizi-yəzdan.

Xamuş etməz nəsim şölə,

Su öldürə bilməz odu asan.

Bu varisi-xatəmi-rəsəldür,

Gər xatəmi var idi Süleyman.

Mümkün çü degildi qulluğunda,

Ərzi-halim ki, etsə dərman.


Əgləndimü həsrət ilə baxdum,

Allahıma işimi buraxdum.


* * *
Mürəbbei-tərci dər bəhri-rəməl ki,

həsbül-əmril-əla qoftə şodə
Mənə binəva deyəllər,

Sitəm aşina deyəllər,

Qəmə mübtəla deyəllər,

Sana bivəfa deyəllər.


Bütə gər vəfa girandur,

Bu qədər sitəm ziyandur,

Eyləmə ki, çox yamandur,

Sana bivəfa deyəllər.


Daxi qalmadı qərarım,

Çıxıb əldən ixtiyarım,

Qara etmə ruzigarım,

Sana bivəfa deyəllər.


Nə gül istərəm, nə susən,

Nə nişati-bağü gülşən,

Bənə şad oldu düşmən,

Sana bivəfa deyəllər.


Bəni eşqdən sovutma,

Gözü yaş ilən qurutma,

Qulunam, bəni unutma,

Sana bivəfa deyəllər.


Sana məh verüb səbahət,

Güli-qamətin qiyamət,

Sitəm etmə binəhayət,

Sana bivəfa deyəllər.


Daxi işimə girişmə,

Ürəgimə çox irişmə,

Quş sərçəyə kəmişmə,

Sana bivəfa deyəllər.


Səni həqq yaradı məhvəş,

Yüzün ay, lə'lün atəş.

Bənə vermə çox kəşanəş,

Sana bivəfa deyəllər.


Sitəmin müdam oldu,

Dirilik həram oldu,

Yürəgim təmam oldu,

Sana bivəfa deyəllər.


* * *
Eyzən murəbbei-tərci dər bəhri-rəməl
Yüz gizləmə, ey mahi-fələk, şahı sevərsən.

Rəhm eylə əgər bəndeyi-dərgahı sevərsən.

Saxla bəni, gər aşiqi-cangahı sevərsən,

Sərvəqtimə gəl bir daxi, Allahı sevərsən.


Ta səndən irağam, pozulubdur xurdü xabım,

Pürdür dili-pürxunim ilən cami-şərabım,

Hicranına, Allah da bilür, qalmadı tabım,

Sərvəqtimə gəl bir daxi, Allahı sevərsən.


Ey qaşları dilkəş, gözi cadu, qədi rəna,

Səndən nə əcəb gər eliyəm rəhm təmənna,

Taqət nə qədərlər gətürür aşiqi-şeyda,

Sərvəqtimə gəl bir daxi, Allahı sevərsən.


Saqi, səhər oldu, sana gül verdi piyalə,

Təhbəndliği dağ ilə gər eylədi lalə,

Bir sağər ilən nola gətürsən bəni halə,

Sərvəqtimə gəl bir daxi, Allahı sevərsən.


Ey şuxi-cəfapişə, zəliləm sitəmindən,

Divanə olub dağlara düşmüş ələmindən,

Rəhm eylə ki, əldən çıxaram dərdü qəmindən,

Sərvəqtimə gəl bir daxi, Allahı sevərsən.


Mislin kibi mövcud degil bir qədi mövzun,

Gül qönçəsi tək ləli-tənin arizi gülgun,

Ey Leyliyi-aləm, çün edübsən bəni Məcnun,

Sərvəqtimə gəl bir daxi, Allahı sevərsən.


Hey, hey, nə gözəldür qədin, ey sərvi-xuraman,

Zülfün şəbi-məhşər kibi, yüzün məhi-taban.

Gözlər işığı nükhət ilə Yusifi-Kənan,

Sərvəqtimə gəl bir daxi, Allahı sevərsən.



Eyzən murəbbei-tərci’i-türki

dər bəhri-rəməli-qeyri-salim
Ah, ey məhvəş, qəmindən ta olum, nalan olum,

Başına çavrulmamış eşqində sərgərdan olum,

Müttəsil qan ağlayım, şəm'i-şəbi-hicran olum,

Olma halimdən xəbərsiz, bən sana qurban olum.


Ta gedübsən, məhvəşim, səbrü qərarım qalmadı,

Gülşənim rəngi-xəzan tutdu, baharım qalmadı,

İntizarım həddən aşdı, ixtiyarım qalmadı,

Olma halimdən xəbərsiz, bən sana qurban olum.


Ta qucağımdan iraq düşdün, təni-bican bənəm,

Ayrı xəndan ləblərindən şəbnəmi-giryan bənəm,

Həmdəmim ahü fəğandur, atəşi-suzan bənəm,

Olma halimdən xəbərsiz, bən sana qurban olum.


Ey yüzün gül, kakilin sünbül, qədin sərvi-rəvan,

Həddən artıq düşmisən bütlər ara namehriban,

Vəqtdür rəhm edəsən, hicran əlindən əlaman,

Olma halimdən xəbərsiz, bən sana qurban olum.


Ta dodağın əmməgindən, məhvəşim, minnətkeşəm,

Əl çəküb cani-şərabi-nabdən xiclətkeşəm.

Zə'f əlindən xameyi-mu oldumü möhnətkeşəm,

Olma halimdən xəbərsiz, bən sana qurban olum.


Yad ol əyyamlar, ol yaxşı-yaxı çağlar,

Dəmbədəm öpməklərü möhkəm səni sıxmaqlar,

Bir-birə biz mehriban, həsrət çəkən oymaqlar.

Olma halimdən xəbərsiz, bən sana qurban olum.


* * *

Mürəbbei-tərci

dər bəhri-rəməli-qeyri-salim
Bütüm, sənəmim, şikəstəpərəm,

Xəbər eylədüm ki, bixəbərəm.

Vəfasifətəm, cəfa çəkərəm,

Səni sevərəm, səni sevərəm.


Nə gül sevərəm, nə sərvi-çəmən,

Nə ənbəri-tər, nə müşki-Xütən,

Nə sübhi-səfər, nə şami-vətən,

Səni sevərəm, səni sevərəm.


Gözün nigəhi sitəm xəbəri,

Şükuftə ləlin yüzün əsəri,

Gözəl işin ləbin əsəri,

Səni sevərəm, səni sevərəm.


Cəhanı görüm, sipehrə baxım,

Səni çü görüm, məhi buraxım,

Fələk pozulur çü əşkim, ahım,

Səni sevərəm, səni sevərəm.


Bahari-ruhin qərini-səfa,

Kəşidə qədün nihali-rəsa,

Kirişmələrün nəvidi-vəfa,

Səni sevərəm, səni sevərəm.


Sənin kibi yok noh fələk,

Vəfa biləsən daxi nə gərək,

Nə hurü pəri, nə mehri-fələk,

Səni sevərəm, səni sevərəm.


* * *

Eyzən müxəmməsi-tərci
Ayı görməli deyəllər,

Büti sevməli deyəllər,

Beli incəli deyəllər,

Ləbi qönçəli deyəllər,

Sana gəncəli deyəllər.
Sənəmim, bütüm nigarım,

Qara gözlü gül'üzarım,

Gözəl üzlü novbaharım,

Daxi qalmadı qərarım,

Sana gəncəli deyəllər.
Bu nə hüsni-binişandur,

Bu nə ləli-cansitandur,

Bu nə öpməli dəhandur,

Öpüşün qəzayi-candur,

Sana gəncəli deyəllər.
Nigəhin təmam əfsun,

Baxışın vurar şəbixun,

Sana mehrü mah məftun,

Üzün ayü çöhrə gülgun,

Sana gəncəli deyəllər.
Nə qədər qılım xəyalın,

Nola gər görüm cəmalın,

Rüxün üzrə xətü xalın,

Bənə tuş gələ xəyalın,

Sana gəncəli deyəllər.
Qul olum o yaxşı qaşə,

O dodağilən suvaşə,

Bəni vurma dağə-daşə

Ki, məhin quyaşdən aşə

Sana gəncəli deyəllər.
Çəkəsən əgər niqabı,

Quyaş olmaz aftabı,

Fələk eylədi hesabı,

Səni bütlər intixabı,

Sana gəncəli deyəllər.
Nola gər durax ayağə,

Gedəlim səninlə bağə,

Səni bir çəkim qucağə,

Qoyalım dodaq-dodağə,

Sana gəncəli deyəllər.
Bəni ancaq etmə rüsva,

Gecələr gəl, ey dilara,

Daxi eyləmə məhaba,

Sana gəncəli deyəllər.


Sana məhv olub məlahət,

Sana can verür lətafət,

Sana yaraşur nəzakət,

Qədi-dilkəsün qiyamət,

Sana gəncəli deyəllər.
* * *
Məsnəviyi-eydiyyə ki, həsbül-əmril-əla

be nəzm dər amədə və be ərz rəsidə əst
Sana əhlidür ol xudayi-cəlil

Kim, ondan müməyyiz olub ayü il,

Onun vəsfidür nüsxeyi-ruzigar

Ki, hər gün olubdur bir vərəq aşkar.


Edərdi çü on iki ayı imam,

Edüb ili on iki aydan təmam.


Ümumi-cəhan tapsa ta kamlər,

Təyin etdi illərdə bayramlər.


Xirəd anların ki, caviddür,

Bilüllər ki, hər gündə bir eyddür.


Əgər əbdə mövlası ustad olur,

Bu günlərdə əlbəttə azad olur.


* * *
Eydi-məb’əs
Nəxust əfzəlindən bəyan eylərəm,

Nəbi beysətini əyan eylərəm.


Rəvadur çü məb'əsdə ümmidlər,

Ol üzdən olub əşrəf eydlər.


Bu gün rişeyi-nəxli-bütlər qopub,

Nəbi dalusiylə Əli atlanub.


Bu gündə nəbi etdi tövhidi faş,

Müsəlman bu gündə edər intiaş.


Xəlilüllah oldu bu gündə xilas,

Çü nəmrud onu saldı ot içrə xas.


Nəbi bu gün kamil etdi dini-Həqq,

Bu gün etdi islam vəz'in nəsəq.

Hədisi-rəvayət olub kim, bu gün,

İgirmi beşdür rəcəb ayının.


Vəli müttəfiq iksir əhli-şər',

Kim, onlardan oldu əyan əslü fər',


Deyirlər rəcəb ayı hər ki, gəlür,

İgirmivu yetdidə bu eyddür.


Əcəb yaxşı bir ələm bəzmində şəm,

Edibdür əyan bu mənafatı cəm


Ki, axırkidür gecə beysət güni,

İgirmi beş olmuş bəşarət güni.


* * *

Eydi-qədir
Daxi əşrəf eydlərdür qədir

Ki, oldu Rəsulə vəli caygir.


Rəsulə bu gündür Əli canişin

Ki, oldu imani-zəmanü zəmin.


Bu gündür ki, olmuş üxüvvət güni,

Üxüvvət, məhəbbət, sədaqət güni.


Bu gün bütləri sındırıbdur Xəlil,

Bu gün əhli-küfr oldu xarü zəlil.


Tapıb nuri-xurşid ondan şüyu',

Ki, əvvəl edibdür bu gündə tülu'.


Bu gün xəlqdən aldı nisaq Həq

Ki, iqrardən dönməsün maxələq,

Bu gün dini həqdür……………

Bu gündür ki, yel əsdi əvvəl bu gün.


Bu gündür ui, hər kim bəşaşət edər,

Özün qərqi-dəryayi-rəhmət edər.


Bəs, ey əhli-Həq, inbisat eylədinüz,

Əli canişindür, nişat eylədinüz.


* * *
Eydi-cüm’ə
Daxi cüm'ədür eydi-xeyrül-inam,

Rəsulüllah etmiş onu ehtiram.


Ol üzdən bu bayram var sibqəti

Ki, hər həftə başındadır rücəti.


Bu gün sahibül-əmr eylər zühur,

Bu gündür ki, hər kimsə məğfurdur.


Olub lazım ondan onun hörməti

Ki, vardır Rəsulüllahə nisbəti.


* * *
Eydi-ramazan əl-mübarək
Daxi fitr bayramıdur çox əzim

Ki, var eydi-şəhri-Xudayi-kərim.


Tapallar bu eydin hilalini xəlq,

Diləllər bu günün vüsalini xəlq.

O qıfli ki, hər ağza izəd vurub,

Kilidi bu günün hilali olub.


Bir aydur, ona müntəzir xasü am,

Çəkər intizarını aləm təmam.


Bu gündür ki, Həq verdi rüxsət bu gün

Ki, həm eyş ola, həm ibadət bu gün.


* * *
Eydi-qurban
Daxi məhrəmi-şövq oldu zəman

Ki, ta eydi-qurbandan etsün bəyan.


Bu gün əhli-həcc vari üryan olub,

Gedüb Həq sərasında mehman olub.


Bu gündür ki, hər kimsə hacı olur,

Bu dünya, o dünyada naci olur.


Bu əzəm güni bən nə tərif edim,

Gedim özgə bayramı tovsif edim.


* * *
Eydi-novruz
Daxi eydi-fərxündə novruzdur

Ki, ondan cəhan bəxti firuzdur.


Bu gündür ki, təhvili-xurşid olur,

Bu gün cümlə aləmə eyd olur.

Bu gün oldu məxsus eyşü sürur,

Bu gündür ki, zinət olubdur zərur.


Həmin xəlq təqtiyə məxtun degil

Ki, təqtisiz şeir mövzun degil.


Bu gündür ki, işrət tapıbdır qərar,

Nişatı tutub başdan ruzigar.


* * *
Daxi eydi-ali-nəbi eydidür,

Ömər qətli vəsli-ümmiddür.


Gəl, ey saqi, dilrüba mey gətür,

Rəbi ayıdur, mey peyapey gətür.


Bahar oldu, gəl ta ki, mey içəlim,

Könül qəddinə al don biçəlim.


Əcəb fəsldür, gəl ver ol badəni

Ki, sərxoş edər cani-azadəni.


Ömər qətli çün var idi ehtimal,

Bu ayı bahar eylədi zülcəlal.


Əgər etməsən bavər, ey dilrüba,

Hədisi-peyəmbər edəlim bən əda.


Rəvayətdür ol şahi-kövneyndən

Ki, yanında imiş Hüseynü Həsən.


Verilmiş Ömər qətlindən ol nişan,

Rəbi ayinun doquzində əyan.

Dermiş bu gün xasdür eyş üçün

Ki, bayram olur xəlqə bir böylə gün.


Yeyiniz və içimiz, inbisat eyləyiniz,

Əcəb yaxşı gündür, nişat eyləyiniz.


Müvərrix və lakin böylə andurur

Ki, bu eyd zülhiccə ayındadur.


Çü qalmışdı ol aydan dört gün,

Bu bayram üz verdi islam üçün.


Əcəb yaxşı bir seyyidi-pişva

Edübdür səbəb bu xilafə əda.


Ki, bildün nədən ol müəyyən degül,

O gün xəlq yanında rövşən degül.


Şəbi-qədr yanlığ olub ol nihan

Ki, mömin mükərrər ola şadman.


Pəs, ey dütslər, mey verüz, mey anınçün,

Təəyyüş edəvüz həm bu gün, həm o gün


Ki, öldü bu günlərdə vəfasız Ömər,

Nəcis, abrusiz, həyasız Ömər.


* * *

QƏZƏLİYYAT


Qəzəli-müzəyyən be tarixi-vürudi-

şahzadə Sultan Əkbər bin Övrəngzib

ki, mənzəri-mübarəki-əşrəf

rəsid şərifi-istehsan pəziroft
Könüllər müjdə kim, işrət nəsimi Hinddən gəldi,

Müəttər oldu İran, nikhəti-müşki-Xütən gəldi.


Gülü gülzar söylər xeyri-məqdəm, mey gətür, saqi

Ki, həngami-nişati-bəzmü eyş üçün əncümən gəldi.


Süleymani-zəman əhdində İran Misri-izzətdür

Ki, Kənandan daxi bir Yusifi-gülpirhən gəldi.


Şəhənşahi-cəhandan etsə ta kəsbi-səadətlər,

Yenə gün bəzminə bir ay yüz bin şövqlən gəldi.


Baharın yaxşı çağı bir fərəh üz qoydu İranə,

Zəmani-işrəti-gül, mövsimi-seyri-çəmən gəldi.


Süxəngu ta ola ayineyi-təxti-Süleymandan,

Diyari-Hinddən bir tutiyi-şəkkərşekən gəldi.


Humayun tək səadətməndü bargəhi bəxtavər,

Qıla ta yengidən təcdidi-peymani-kühən gəldi.


Şəhənşəh-paytəxtinə ola ta bir gühər artıq,

Üzüb dəryayi-Ümmanı əcəb dürri-Ədən gəldi.


İgidlik eylədin, ey çərx, cövrindən qocalmışlar

Ki, başdan daxi vəqti-intiaşi-canü tən gəldi.

İşıqlıq qəsdinə Yəqub tək Yusif cəmalindən,

Sərayi-cövrdən bir sakini-beytül-həzən gəldi


Çü mülki-Hinddən Övrəngzibin bəxtəvər oğlu

Qoyub üz qürbətə, əldən verüb hübbül-vətən gəldi.


Soruşdum bu qiran tarixini Təsirdən, dedi:

Süleyman şahın əyyamində Əkbər Hinddən gəldi.


H.1098

Yüklə 286,36 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin