Тясир тябризинин анадилли лирикасы



Yüklə 286,36 Kb.
səhifə3/3
tarix17.11.2018
ölçüsü286,36 Kb.
#83930
1   2   3

* * *
Zəhi olmuş vücudi-binişinindən nişan peyda,

Mühəddidən məkan peydavü seyrindən zəman peyda.


Məkanlər xəlq olub feyzi-vücudi-məkanindən,

Məkan xəlq eyləyən mümkün degül etsün məkan peyda.


Ədəmdən qüdrətin qalib edib icadü can vermiş,

Nihandan eyləmiş peydavü peydadən nihan peyda.


Təmami-afəriniş hikmətindən br müəmmadur

Ki, nəzmi-dilkəşindən oldu bu namü nişan peyda.


Nə hərfü ləfzi bilsün layiqi-həmdin iştiyaqın

Ki, kafü nun ilən etdün zənunü asiman peyda.


Fələklər baisi-xəlqi siratül-müstəqimindür,

Necə kim, oxlar üçündür kəmanlərdən nişan peyda


Məgər məzmuni-tərdür Xızr suyi bəhri-rəhmətdən

Ki, hər kim içdi, Təsir, etdi ömri-cavidan peyda.


* * *

Ey edüb iz'andin Heydər kibi mövla sana,

Şahidi-meraci-sübhan əlləzi əsra sana.
Rif'ətindən Həq gətirmiş bir misali-müxtəsər,

Ya ki, yerdən ərş qalxıb göstəribdür ca sana.


Dəvi etdün imtiyazü Həq kəlamindən əyan,

Şahidin ədl olub Yasin ilən Taha sana.


Gögə çıxmış həmnəfəs xurşid ilən oldu əyar,

Gördüm canbəxşini tapşırdı İsa sana.


Etmədi bir zərrə ondan həm nəqdin qəbul,

Ərz olanda neməti-dünyavü mafiha sana.


Əsli mehmani-cəhan sənsən, tüfeyli özgələr,

Zanki Həqdəndür müsəlləm cənnətül-məva sana.


Böylə gərək eyləmək mədhi-rəsuli-əbtəhi

Kim, edə, Təsir, təhsin şərəfü bətha sana.


* * *
Bənim tək heç kimün əhvalı dərhəm olmasun, ya Rəb,

Qəribü bikəsü biyarü həmdəm olmasun, ya Rəb.


Vətən xüldindən irağ ayrı düşmüş hurü rizvandan,

Gər adəm nəslidür, mövhaci-adəm olmasun, ya Rəb.


Qəfəs ilə qənaət eyləmiş quş bağü gülşəndən,

… içdügi qan, yedügi qəm olmasun, ya Rəb.


Dolu minayi-mey tək olmuşam əhbab əlindən rədd,

Qərini ahü əfğan çeşmi-pürnəm olmasun, ya Rəb.

Əzəldən beyət etmiş lalə tək dərdimlə dərmanım,

Cigər dağına könlün qanı mərhəm olmasun, ya Rəb.


Məgər təğyir ola, Təsir, Həqdən bəxtü iqbalın,

Xəti-nəqşi-cəbinün xətti-xatəm olmasun, ya Rəb.


* * *
Qalx yerdən, ey pəri, bir cilveyi-məstanə et,

Bidi Məcnun eylədün, şimşadı həm divanə et.


Bir xüram naz eyləyən məhfildə, ey naziknihal,

Sərvi qumri etməsün şəm'i daxi pərvanə et.


Bu göz ilən minnəti-meyxanə çəkməkdür xəta,

Guşeyi-çeşmilə bax, hər guşəni meyxanə et,


İki bin Fərhadü Məcnun hər ləbin icad edər,

Cilvələn, Şirinü Leyli qissəsin əfsanə et.


…….. mənzur əgər olsa şərabi-nabdan,

Aşiqi yandır, külündən sagərü peymanə et.


Bin dili-azad edüb zülfi-pərişanın əsir,

Sərv ağacından o zülfi-dilkəşxunun şanə et.


İki aləmdən götür əl, ey könül, canan üçün

Sən daxi Təsir tək bir himməti-mərdanə et.


* * *
Nə əcəb ləlin edər qönçeyi-xəndan ilə bəhs,

Yetişür etsə rüxün Yusifi-Kənan ilə bəhs.


Fərdi –əvvəl götürüb şəklini ustadı-qəza

Ki, ola qalib əgər etsə gülüstan ilə bəhs


Rəşkdən gördü çü oldu sitəmindən səd çak,

Ətəgin eylədi bir ömr giriban ilə bəhs.


Kakilin ətrdə bürhani əgər müsəlləmdür,

Uca etsə nə əcəb sünbülü reyhan ilə bəhs.


Bəs ki, kəcbəhsliq eylər qaş ilə müjganın,

Bənzər ol kafərə kim, etsə Süleyman ilə bəhs.


Qeyri-zülfün ki, olubdur dili-Təsir ilə xəsm,

Görmədüm xanəxuda eyləyə mehman ilə bəhs.


* * *
Yari batil eylədün, lənət sənin irfanına,

Ey rəqib, axır neçün rəhm eyləməzsən canına.


Dinü dil hər kimdə gördü zülminən tarac edər,

Doğrudur hər kim əli əgri deyər müjganına.


Ol güli-bixar ilən sevdayi nisbətdür xəta,

Neycün, ey gül dəstəsi, bel bağlayıbsan qanına.


Nərgistan olmusan əhli-nəzər iqbalinə,

Bəs ki, nərgislər tikib göz nərgisi-fəttanına.


Ol güli-rüxsardən çövkani-xətdir aşkar,

Ya Xızırdır mail olmuş çeşmeyi-heyvanına.


Vurdu özün dağə-daşə hər zəman abi-həyat,

Etsə ta canın fəda fürsət çağı cövlanına.

Ta sənünlən, sevdigim, gərmixtilat olmuş rəqib,

Qeyrət ilə yanaram hərgah gəlsəm yanına.


Gərçi hər məfhildə oldun şəm'i-bəzmi-ixtilat,

Doğrudan gər keçməsən, layiq degildir şanına.


Tapmadı Təsir kuyində itincə etibar,

Hər qədər artıq təzərrö eylədi dərbanına.


* * *
Məh gizlədi üz çöhreyi-xəndanını görgəc,

Ceyran sivişib nərgisi-fəttanını görgəc


Şimşad ki, mövzun eləmiş misreyi-qamət,

Qaldı quru ol sərvi-xuramanını görgəc.


Çak etdi kətan kömləgini sübhi-qiyamət,

Ey mah, fələk çaki-giribanını görgəc.


Gər, filməsəl, ayinə ola Səddi-Skəndər,

Gözi bulaşur söhreyi-tabanını görgəc.


İlan kibi zinharə gəlüb dil çıxarubdur,

Peykandən ox navəki-müjganını görgəc.


Hərçənd durubdur üzünə mahi-füruzan,

Bağrı qısılır mehri-füruzanını görgəc.


Yaquti-firəng ah ilə dikləndi çırağı,

Bin həsrət ilə ləli-Bədəxşanını görgəc.


Sünbül ki, çıxarub xəti-mənşuri-gülüstan,

Batil sanıyor zülfi-pərişanını görgəc.

Sandı ki, gülüstanda uçan xeyli-pəridür,

Təsir səvadi-xəti-peyhanını görgəc.


* * *
Nə başımı tanıram, nə ayağ meydən irağ,

Baş ol zaman tutaram bən ki, saqi tutdu ayağ.


Nə könüllər ki, qazar çərxi-pir hilali ilə,

Təəddi əhlidə, ey kaş, olmasun dırmağ.


Günüm nə gündürü gecəm nə gecəyə bənzər,

Bu cürm ilə ki, təmiz etmişəm qaradan ağ.


Səhər xuram ilə gülzarə girdi qönçeyi-gül,

Yetürsə əksi-meyi-ləlün ilə tazə dimağ.


Məgər ki, bağ əzəldən əsiri-hüsnündür,

Ki, bəndilər kibi cədvəl qoyub ayağına bağ.


Hədisi-vəsfi-uzarın eşitmək istər kim,

Bahar laləvü güldən səbayə tutdu qulağ.


Gərək fələk kibi sərgəşteyi-məhəbbətü mehr

Ki, dağ tək ola gög hər yeri ki, olmasa dağ.


Müqəyyədi-süxən asudəlik güni görməz,

Xamuş olanda deyərlər ki, dikləndi çırağ.


Fələk də gər ola məğrur, baş sana gətürür,

İtürdi özüni Təsir, səndən etdi sorağ.


* * *
Dağıtdı əqlimi bir nazlu dilbər şəm tək şanlu,

Yigit atlu sipahi, gün qılıclu, bədr qalxanlu.


Nə illər ay kibi təsxiri-canlançün siyah etdün,

Xətin ənbərlü, xalun sə'dlü, qaşın qaramanlu.


Olurdu bir öpüşlə xoşneşin üşşaqlar nəqşi,

Əgər bir azcuq ləli-ləbin olsaydı meydanlu.


Bəni yar ilə görgəc qaçdılar namərd nasehlər,

Tirini cansız eylər gər müqabil olsa bir canlu.


Təəccüb yox əgər canan ilən nisbət dürüst etsəm

Ki, etdi könlümi ol atəşin ariz dağıstanlu.


Bəsi qanlar töküb ləlün ki, gözlərdən nihan olmuş,

Bəli, məmuldur xunxahdən üz gizlədür qanlu.


Əcəb kafər müsəlləs müddəi Təsirə tuş gəlmiş,

Əbu Bəkr üzlü, imansız, Ömər quyruqlu, osmanlu.


* * *
Bitirdi hacətini, gördüm, götürdüm əl dualərdən,

Gözəl məqsud imiş bimüddəalıq müddəalərdən.


Sana möhtac olanlardan nə hacət istəyəm hacət,

Gəda hərgiz təvəqqe eyləməz mətləb gədalərdən.


Əgər Həqq yadı ilə aşinasən, umma yarlıq,

Təvəkkül damənini əldən çıxaran naxudalərdən.


Cəhanı görməsən yegrəg ki, bir məmnun edən görsən,

Nəzər nurindən əl çək, çəkmə minnət tutiyabərdən.

Sana sanmazsan olsun müttəfiq güzgudə timsalın,

Əgər mən gördügüm görsən vəfasız aşinalərdən.


Bəla məhbublər daminə düşmüş natəvan seydəm,

Bəni qurtarma, ya Rəb zövqlən düşmüş bəlalərdən.


İşim əldən çıxıbdur, ta çıxıbdur damənin əldən,

Təəssüf sudi olmaz, olma qafil binəvalərdən.


Nigarın kakilü zülfü xətin müşki-Xəta söylər,

İlahi, tutma Təsiri bu baş vurmuş xətalərdən.


* * *
Əsiri-eşq yetər etməsün cəhandən yad,

Qəfəsdə xuyi tutan etməz aşiyandən yad…


…………… bu əhdə əgər ruz bazgəşt desən,

Zebəs ki, xəlq edəllər keçən zəmandən yad.


Yamanı-yaxşını nadidələr təmiz etməz,

Baharı görməmiş eylər yəqin xəzandən yad.


Zebəs xilafi-vəfa gördü xəlqdən Təsir

Su şəm tək olur eylər həmzəbandən yad.



* * *

Püstədən bir ağzı vardır, nöqlü həlva tək ləziz,

İki əmcək neməti-xani-Məsiha tək ləziz.
Bəs ki, tapdı tərbiyət ol ləli-şəkkərbardən,

Püxtə şirin sözləri vardur mürəbba tək ləziz.


Qəmzəvü naz ilə hər dəm vardur üşşaq üçün,

Acı-acı tənələr sərxoş səhba tək ləziz.

Can nədamətinə mükərrər ləzzətin tapşırmışam,

Cilvə etməz neyşəkər ol qəddi-rəna tək ləziz.


* * *
Rüxsarın olan yerdə daxi gül nə üçündür,

Baş vurdu xətin səbzəvü sünbül nə üçündür.


Ol hüsni-xudadadə degül zinətə möhtac,

………. – cəmalilə təcəmmül nə üçündür.


Dedün ki, səni öldürərəm tiği-sitəmdən,

Ey şuxi-cəfapişə, təəmmül nə üçündür.


Cürmi-günəhimdən ki, səni istəməgümdür,

İğmaz elədün nazü təğafül nə üçündür.


Bir həlqeyi-zülf ilə cəhan oldu əsirin,

Başqa dəxi bir həqeyi-kakül nə üçündür.


Yumdun gözüni gizlin iraxdan bəni görgəc,

Üşşaqı görən yerdə təcahül nə üçündür.


Ol ləli-ləb ilə ki, sana qismət olubdur,

Artuqi daxi nöqlü guvü mül nə üçündür.


Qış getdi, bahar oldivü başdan aşdı gül,

Məlum degül naleyi-bülbül nə üçündür.


Allah ilə düz gəlsə əgər mənzilətü qürb,

Hər nakəsə, Təsir, təvəssül nə üçündür.


* * *
Fənadən sonra həm ümmət hünərdən xəlq məmnundur,

Əgər gövhər sümügin sındırıbsan, yenə Məcnundur.


Nə müşküllər ki, bir tər şişədən üşşaqə həll olmaz,

Şərabi-laləgün sanma, Ərəstudur, Fəlatundur.


Nigarın damənini gər gecə-gündüz çəkdin, verməz,

Bəni mən' etmə, naseh, əhli-eşq içrə bu qanundur.


Təhidəst olmağından mahi-no gördü gözüm….

Yerə gömdü xəcalətdən belə sandın…………….


Mühəyya olsa gər üşşaq üçün………………….

…………………………………………………….


Odur gər nərgisi-fəttan ki, bən cananədən gördüm,

Tutardın ona müjgan kibi hər kim ki, məftundur.


Bənin seyli-rəşkimdən qamu, Təsir, tər gəlmiş,

Əgər rudi-Ərəs, gər Dəclə, gər dəryayi-Ceyhundur.


* * *
Hey-hey, bu gün daxi nə üzarü nə günədür,

Rəngin nədən şikəstəvü xurşid günədür.


Guya əsirsən bir özün tək sitəmgərə,

Rəngin şikəstə olməgi ondan nümunədür.


İstərsən öylə sən onu, ya istər ol daxi,

Gəl doğrusunu söylə görüm, kim nə gunədür.


Yaşlu gözün, qəmini üzün, aşuftə sözlərün,

Aşiqlərin təriqəsi mail cünunədür.

Məşuq idin, daxi sana nisbət degildi eşq,

Axır deməzlər ol nə idi, imdi bu nədür.


Mən' etmə, şükr elə ki, yar oldu qədrdan,

Təsirsən, həmişə işin vaygunədür.


* * *
Hüsnündən ol pəri bəni dün eylədi xəbər,

Dedüm ki, söylə hansısı ondan vecə yarar.


Ol dedi belüm, dedüm onda nə bağlıdur,

Ağzım dedi, dedüm ki, söz ondan daxi keçər.


Dedi ki, söylə sünbüli-zülfüm nə eybi var,

Dedüm ki, kim bilurmi pərişanı mötəbər.


Sonra nigahi-nərgisi-şəhlasidən dedi,

Dedüm ki, ol sitəmgəri-bədməstdən həzər.


Pəs heyrət üzrə söylədi: Ha sərvi-qamətim?

Dedüm: nə sud, sərvdə yoxdur gülü səmər.


Yerdən bu qatla çıxdıvü acıxlı söylədi:

Təsir, vermədi sana insaf Həq məgər?


* * *
Gül qönçəsi tək qanlu gözüm yaşə gəlibdür,

Ya cövrün əlindən ürəgim başə gəlibdür.


Ta etsə əsər könlünə hər dəm çəkərəm ah,

Bin qatla onun başı əgər daşə gəlibdür.


Acıxlı üzi, baxışı əgri, sözü acı,

Guya ki, nigarım genə pərxaşa gəlübdur.


Bidərdü məhəbbət nə bilürsən nə cəfalər,

Dövran sitəmindən məni-qəllaşə gəlibdür.


Təsir, rəva görməz idün möhnəti-hicran,

Gər ömr bileydün yenə yüz yaşə gəlibdür.


* * *

TƏKBEYTLƏR


Göstərdi ləlini xəti-mişkin qaraltusı,

Axır tapıldı gülşəninin ağzı qapusı.



* * *

Bəzmində şəm istər mümtazi-məhfil olsun,

Bu kəlləgöz səninlən istər müqabil olsun.

* * *

Fənadən sonra həm əhli-hünərdən xəlq məmnundur,

Əgər gövhər sümügin sındırıbsan, yenə Məcnundur.

* * *

Dedi bənə ol şux ki, var yaxşıca ağzım,

Dedim nə edəlim, heç bənim gözümə gəlməz.

* * *

Könülə vermə yol dünya qəmini canan xəyalilə

Ki, yekta bütlərin xəlvətləri bənə sığışmazdur.

* * *

... imsak ilən təğyiri-adət simü zər neylər,

Nəfs qeydində qalmış uçmayan quş balü pər neylər.
Çü aşiq nəqdi-dildən keçdi, İbrahim-Ədhəmdür,

Məhəbbət mülkidə sultan olan gənci-gühər neylər.


Gecə-gündüz gəzən əhvalinə möhtaci-qeyr olmaz,

Müsafir gər fələkdür, rəhnümadur, rahbər neylər.


Deyər, bağlar, yazar Fərhadü Məcnun qissəsin dana,

Kəmali-eşq ilə aşiq daxi fəzlü hünər neylər.


Düşməni sanmın nə rəsmi…………………..

……..ki, pambuqdan ola gör bir şərər neylər.

Olan yerdə nəcabət beyət degil hacət,

……………………………………………….


* * *

Qiteyi-tarixi-vəzarəti-əzəmi-

nəvvabi-vəhidüz-zəman
İlahi, Asəfi-mülki-Süleyman

Ki, yer üzdə degül mümkin misalın.


Sən ol xurşidi-gərduni-hünərsən

Ki, Həqdən olmasun hərgiz zəvalın.


Fələk hər gün dutar dövranı başdan

Ki, ruzəfzun ola cahü cəlalın.


Cəhanın adı oldu gövhərabad,

Təlatüm etdi ta bəhri-nəvalın.


Mələkxislətsən, ey insani-kamil,

Üzün nikuvü nikudur xisalın.


Bu oldu müttəsil xəlqin duası

Ki, dövran ilə olsun ittisalın.


Gər ehsanın ola hədsiz, nə heyrət

Ki, elmü danişindür mülki malın.


Cəhan neylər daxi bağü baharu,

Tutubdur aləmi nigini-xəyalın.


Sana ta oldu təfvizi-vəzarət

Ki, keçsün məqsəd ilə mahü salın.


Dedi tarix çün gögdə əyandur

İşıqdur gözləri anın kəmalın.




MÜNDƏRİCAT

Təsir Təbrizinin anadilli lirikası 3


Müxtəlif şeirlər 20
Qəzəliyyat 41
Təkbeytlər 54
Qiteyi-tarixi vəzarəti-əzəmi-nəvvabi-vəhidüz-zəman 55
Əlyazmanın fotofaksimilesi 56



Yüklə 286,36 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin