«Məkan» (ﺍﻟﻣﻜﺎﻦ) kamal, təmkin və nəhayət əhlinə məxsusdur. Qul öz anladıqlarında (çatdığı mə‘rifət mərtəbələrində) kamala çatanda ona məkan verilir. Çünki onlar artıq hal və məqamlarını keçirlər və məkan sahibi olurlar.
Onlardan biri belə deyir:
«Sənin məkanın ürəyimdədir, o, ürəyin hamısıdır,
Orada səndən başqa bir şey yoxdur».
«Müşahidə»nin (ﺍﻟﻣﺷﺎﻫﺪﺓ) mənası yaxınlaşmaq, hazır olmaqdır. Müşahidə və mukaşəfə (görünmə) mənaca yaxındırlar, lakin kəşf mənaca daha genişdir.
Əmr b. Osman Məkki deyir: «Allah-Təalanın: Bunda qəlbi olanlar, yaxud şahid olub eşidənlər üçün zikr var və o, şahiddir (Quran 50/37) ayəsində yaxın olan nəzərdə tutulur».
Dostları ilə paylaş: |