«Xüsusi», «xüsusiəhl» (ﺍﻟﺧﺻﻭﺺ ﻭﺍﻫﻝ ﺍﻟﺧﺻﻭﺺ) bütün möminlər arasında həqiqətləri, hal və məqamları ilə Allah-Təalanın seçdiyi kəslərdir.
«Xüsusunxüsusu» (ﺧﺻﻭﺺ ﺍﻟﺧﺻﻭﺺ) (seçilmişlərin seçilmişi) tövhidin seçilmiş və təcrid olunmuş, hallardan və məqamlardan keçən, onları yaşayan, çətinlikləri qət edən bir əhlidir. Allah-Təala deyir: Onlardan bəziləri ortadadır, bəziləri də xeyirləri ilə önə keçənlərdir (Quran 35/32), ortada olanlar xüsusilər, önə keçənlər – xüsusun xüsusiləridir.
Şiblinin belə dediyi rəvayət edilir: Cüneyd məndən soruşdu: «Ey Əbu Bəkr, deyilən ifadədə (ayədə) seçilmişlərin seçilmişinin ümumi mənası barədə nə düşünürsən?» Sonra əlavə elədi: «Seçilmişlərin seçilmişi işarə edilən keyfiyyətində ümumidir».