«Şahid» (ﺍﻟﺷﺎﻫﺪ) səndən gizli olanı sənə göstərəndir, yəni sənin qəlbinin Onun varlığı üçün hazırlanmasıdır. Şair deyir:
«Hər şeydə Ona şahid var,
Onun vahid olduğunu sübut edir».
«Şahid» həmçinin hazır olmaq mənasındadır. Şahid haqqında Cüneyddən soruşanda belə cavab verir: «Şahid sənin vicdanında və sirrində var olub onlardan xəbərdar olan Haqdır, məşhud (ﺍﻟﻤﺷﻬﻭﺪ) (müşahidə edilən) isə Şahidin şahid olduğu şeydir».
Əbu Bəkr Vasiti deyir: «Şahid Haqdır, müşahidə edilən – kainat. Allah-Təala buyurur: Şahid və müşahidə edilən (Quran 85/3)».
Dostları ilə paylaş: |