«Fəna» (ﺍﻟﻓﻧﺎﺀ) və «bəqa» (ﺍﻟﺑﻗﺎﺀ). Fəna – nəfsi keyfiyyətin itməsi (fəna olması), [bəndənin] çatdığı hala tabe olub ona mane olmamasıdır. Bəqa qulun bunlarla qalmasıdır. Həmçinin fəna qulun Allahın onun üçün etdiyi əməlləri öz əməlləri kimi bilməkdən uzaqlaşmasıdır. Bəqa qulun Allahla, Allah üçün olmasından qabaq onun Allah üçün olması naminə Allahın onu var etməsi görüntüsünün qalmasıdır.
«Mübtədi» (ﺍﻟﻤﺑﺗﺪﻯ) – «başlayan» böyük əzmlə Allah-Təalaya gedən yolları qət etmişlərin yoluna başlayandır, həmin ədəblərə uyan, başlanğıcdan sona qədər getməyə və şərəf gətirən halları tanıyanların xidmət və izni ilə tərbiyələnməyə hazırlaşandır.