Тясяввцф нурунун ики чыраьы



Yüklə 1,7 Mb.
səhifə39/105
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#108652
1   ...   35   36   37   38   39   40   41   42   ...   105
«Təvali‘» (ﺍﻟﻁﻭﺍﻟﻊ) – «nurlanma» tövhid nurunun mə‘rifət əhlinin ürəklərinə bütün parlaqlığı ilə doğması və öz nurunun üstünlüyü ilə qəlbdəki başqa nurları əminləşdirməsidir. Günəş doğarkən işığının qüdrəti ilə ona baxan ulduzların işığının yox olması kimi, halbuki onlar yerindədirlər. Hüseyn b. Mənsur deyir:
«Parlaq nurlar təcəlli edib

Şimşək parıltısı ilə işıqlandırdı.


Vahid mənə Ona gedən yolları

Saf tövhidlə xatırlatdı».


«Təvariq» (ﺍﻟﻁﻭﺍﺭﻖ) – «fəlakətlər» eşitmək vasitəsi ilə həqiqət əhlinin ürəyinə girən, oradakı həqiqətləri təzələyən şeydir. Şeyxlərdən birinin belə dediyi nəql edilir: «Həqiqətlər əhlinin elmlərindən bir elm eşidəndə onun qəlbimə girməsini ancaq Kitab və sünnələrə müraciət edəndən sonra rəva bilirəm».

«Təvariq» lüğətdə gecə doğan ulduza deyilir. Peyğəmbərin (s) belə dua etdiyi rəvayət edilir: «Məni xeyrə yol göstərənlərdən savayı, gecə və gündüz doğanların şərindən qoru».




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin