«Saul» (ﺍﻟﺼﻭﻝ) – «coşma» müridlərin və yarı yolda olanların yoldaşlarının halları barədə diluzunluq etməsidir və bu, məqbul hesab edilmir.
Əbu Əli Rüzbari deyir: «Sənin öz nəfsi əməllərində Allahı günahlandırmağın böyük günahlardandır. Həm mən Səninəm, Sənsiz [məqsədə] yetişmərəm deyə xəyal edirsən, həm də öz iddianla Allahdan qorxub sənə öz halını xəbər verməyən kəsin üstünə coşursan. Coşmaqdan çəkin, çünki o, səndən yüksəkdə olan birisinin yanında utanmazlıq, səndən aşağıda olanın yanında mə‘rifətinin azlığı, sənin kimisinin yanında isə ədəbsizlikdir. Sadiqlər və nəhayət əhli Allahla olan məqamlarının azlığına, Allahdan savayı olan şeylərə coşarlar».
Peyğəmbərin (s) belə dua etdiyi nəql edilir: «Allahım, səninlə coşur və Səninlə hərəkət edirəm». İbrahim Xəvvas bir kitabında yazır: «Mən deyirəm ki, mənim coşmam Allahladır».
Şair yazır:
«Bərabər olduğunun uzaqlığından yaşayış
necə xoş ola bilər?
Zamanın müsibətlərinə qarşı coşdum».
Dostları ilə paylaş: |