«Xüsusitövhid» (ﺍﻟﺧﺻﻭﺺ ﺗﻭﺣﻳﺪ) tövhid bölməsində qeyd etdiyimiz kimi, Allah-Təalanın vəhdaniyyətinin əzəmətinin qulun hisslərinin uzaqlaşması (zihəb) ilə Onun yaxınlığının həqiqətinin mövcudluğu və qulun hərəkətlərinin Allah-Təalanın istədiyi kimi olmasıdır. Rəvayətə görə, tövhid haqqında söhbət gedərkən Şibli bir nəfərə deyir: «Bu, sənin tövhidindir». Həmin şəxs soruşur: «Məndə bundan başqa nə ola bilər ki?» Şibli cavab verir: «Vahid olanın tövhidi. Bu, Allahı Özü ilə tövhid etmək, Onun üçün təkləmək, buna şəhadət vermək və Onunla şəhadət verdiyindən qeyb olmağındır (bütün vasitələrdən uzaqlaşmağındır)». Bu, xüsusi tövhidin sifətidir.