«Qəlbin görməyi» (ﺭﺆﻳﺔ ﺍﻟﻗﻟﻭﺏ) iman həqiqətləri zamanı yəqinliyin odu ilə qəlblərin qeybdə olanlara baxmasıdır. Onun mənası möminlərin əmiri Əli b. Əbu Talibin: «Sən Rəbbini görürsən?» – sualına cavabında açıqlanır: «Görmədiyimiz bir şeyə necə ibadət edə bilərik?» Sonra əlavə elədi: «Onu gözlərinizlə, yəni bu dünyada gözlərin görməsi ilə görmürük, lakin qəlblər Onu Ona imanın həqiqətləri ilə görür». Allah-Təala buyurur: Könül gördüyündə aldatmadı (Quran 53/11) və bu dünyada qəlblərin görməsini təsdiqləyir.
Peyğəmbər (s) deyir: «Allaha elə ibadət et ki, elə bil görürsən, sən Onu görməsən də, O, səni görür».
Dostları ilə paylaş: |