«Ad» (isim – ﺍﻹﺳﻡ) ad verənin adlandırdığını təsdiq edən dəlil üçün toplanmış hərflərdir. Hərflər itərsə, onun (adın) mənası «adlanan» şeydən fərqli olmaz.
Rəvayətə görə, Şibli belə deyir: «Xəlqdə Ondan yalnız Onun adı var». Sonra isə əlavə elədi: «Adı haqqı ilə söyləyəni ver mənə!»
Əbu Hüseyn Nuri öz işarəsini bu beytində bildirir:
«Bir uşaq aclıqdan öz anasına toxunanda
Anası onu uşaqlıq adı ilə çağırdı və o, ona sarıldı».
Şibli deyir: «Adı deyib və dediyini tanıyan birini istəyirəm». Sonra söyləyir: «Məxluq elmlə, elm adla, ad Zatla qürurlanar».
Dostları ilə paylaş: |