«Lisan» (ﺍﻟﻟﺴﺎﻦ) – «dil» həqiqətlər elminin bəyanıdır.
Əbu Hüseyn Nuri Cüneydə yazır: «Ağam, sənin bəla elminə dair bir dilin var, bəlanın bəlasının elminin isə iti ücü var». Dil, yəni elmin bəyanı.
Şiblidən elmin dili ilə həqiqətin dilinin fərqi barədə soruşanda belə cavab verir: «Elmin dili bizə vasitə ilə çatır, həqiqətin dili isə vasitəsiz çatır». Ondan yenə soruşurlar: «Bəs Haqqın dili nədir?» Cavab verir: «Yaradılmış üçün ona yol yoxdur». Dil deyəndə o, elmin bəyanını və onu sözlə açıqlamağı nəzərdə tutur.
«Sirr» (ﺍﻟﺴﺭ) yoxluq və varlıq arasındakı mənada gizli olan şeydir. Deyilənə görə: «Sirr – Haqqın gizlətdiyi və xəlqin görə bilmədiyi şeydir». Xəlqin sirri Haqqın vasitəsiz olaraq bildiyidir. Haqqın sirri yalnız Haqqın aça biləcəyi şeydir.
«Sirrin sirri» (ﺴﺭﺍﻟﺴﺭ) sirrin belə hiss etmədiyi şeydir. Hiss etsəydi, ona sirr deyilməzdi.
Səhl b. Abdullah deyir: «Nəfs üçün sirr yalnız Haqqın Fironun dili ilə yaydığı şeydir: «Mən sizin ən uca Rəbbinizəm!»».
Şair yazır:
«Ey hər bir canlının vəhmindən
Gizlənən qədər incələn sirrin sirri.
Hər bir şeydən hər bir şey üçün
Təcəlli edən zahir və batin».
Dostları ilə paylaş: |