«əl-Həmm» (ﺍﻟﻬﻡ) – «qayğı» bütün qayğıları cəmləşdirən qayğıya işarətdir. Əbu Səid Xərraz deyir: «Bütün qayğılarını Allah-Təalanın qarşısında topla». Bu sözləri də ona aid edirlər: «Qulun qayğısı gərək Onun ayaqları altında olsun», yəni nə keçmiş, nə gələcək halına baxmadan öz vaxtında Onun vaxtı ilə olsun.
«Baxış» (ﺍﻟﻟﺣﻆ) mənbəyə olan imandan yəqinliyin artması ilə qəlblərin onlara agah olanlarla gördüklərinin aşkarlanmasına işarətdir.
Rüzbari deyir:
«Onu gördüm və o da məni baxışlarında gördü,
Onun mənası ilə gördüklərimdən uzaqlaşdım.
Mənım əzmim gizli lütflə rastlaşdı,
Mənşəyi olmayan bir yerdə məskunlaşdı.
Heç kimə bir marağım, bir biliyim yox,
Təsəlli tapıb unudacağım rahatlıq da yox.
Allah bilir ki, mən Onu zikr etmirəm,
Mən onu necə zikr edim, Onu unuda bilmirəmsə?»
Dostları ilə paylaş: |