«Məhv» (ﺍﻟﻣﺣﻭ) şeyin izsiz itməsidir. Əgər ondan iz qalırsa, ona «tams» – silinmə deyirlər.
Nuri deyir: «Xüsusi və ümumi [hər ikisi] übudiyyət (qul) köynəyindədir, lakin onların daha üstün olanlarını Allah cəzb edir, hərəkətlərindəki nəfslərini məhv edir və onları öz yanında sabitləşdirir».
Allah-Təala buyurur: Allah istədiyini məhv edir və sabitləşdirir (Quran 13/39). Ayənin mənası budur: «Hər şey Onun əlindədir və onların nəfslərini məhv edər, yəni hərəkətlərində nəfslərinin gördüklərini uzaqlaşdırar və onların hərəkətlərini və əməllərini var edənin Allahın olduğunu isbatlayar».
Dostları ilə paylaş: |