«Nisbət» (ﺍﻟﻧﺳﺑﺔ) sahibini tanıdan hal, yəni onu tanıdan aidiyyətdir. Cəfər Təyalisi Razi deyir: «Nisbət iki cür olur. Həzlərin və həqiqətlərin nisbəti. Yaranmış itəndə həqiqət meydana çıxar. Yaranmış meydana çıxanda həqiqət itər».
Qənnaddan qərib barədə soruşurlar: «Dünyada bir nəsibi olmayandır», – cavabını verir. Nuri deyir: «Hər dəfə gözlərim Onu görəndə elmə aid edir, qəlbim Onu tanıyanda yəqinə aid edir». Buna görə də deyirik ki, nisbətin mənası [həm də] etirafdır.
Əmr b. Osmana görə: «Sirlərin kəsilməsinin təsviri odur ki, görüləndən sonra qalmır və nisbətində, yəni etirafında açıqlıq olmur».
Filan «Qəlb sahibidir»in (ﺼﺎﺣﺏ ﻗﻟﺏ) mənası odur ki, onun [quru] sözləri və qəlbində toplanmış elm haqqında bəlağətli bəyanı yoxdur. Cüneydin belə dediyi nəql edilir: «Xorasan əhli qəlblərinin sahibləridir».
Dostları ilə paylaş: |