«Hadəs» (ﺍﻟﺣﺪﺙ) – «yaradılmış» yoxluqdan var olanın adıdır.
Biri deyir: «Allah birinə təsir etmək (birini öyrətmək) istəsə, dünyada öz ayətlərindən (möcüzələrindən) birini yaradar, seçilmiş birini öyrətmək istəsə, onun qəlbinə əşyanın yaranma zikrini nazil edər».
«Küll» (ﺍﻟﻛﻟﻳﺔ) – «çoxluq» bir izi qalmayacaq şeylərin hamısının adıdır. «Hamı», «çoxlu» deyən həmin şeyin mənasından başqa heç nəyin qalmayacağını demək istəyir.
Biri deyir: «Nə qədər ki, qulun (ürəyində) Allahdan başqası üçün nə isə var, ondan qul olmaz».
Bir başqası isə bildirir: «Sən bütünlüyünlə Ona yönəlsən, O, bütünün bütünü ilə sənə yönələr». Şair deyir:
«Mənim küllümdən küll olanın küllü sənə yönəlidir,
Necə ki, mənim küllümün əsası Sənin küllünün
küllü ilədir».
Dostları ilə paylaş: |