ÇƏTİNLİKLƏRİN İZAHI
Sufilərin istifadə etdikləri kəlamların izahına dair fəsil
Şeyx deyir: «Haqq, Haqq ilə, Haqq üçün» (ﺍﻠﺤﻕ ﺑﺎﻠﺤﻕ ﻠﻠﺤﻕ) sözünün mənasında Haqq Allahdır. Əbu Saleh Allah-Təalanın Haqq onların istəklərinə tabe olsaydı (Quran 23/71) ayəsinə təfsirində yazır: «Haqq Allah-Təaladır».
Əbu Səid Xərraz deyir: «Qul Haqla bərabər, Haqq ilə, Haqq üçün var, yəni o, Allahla bərabər, Allahla, Allah üçün mövcuddur. Eləcə də «Ondan, Onunla, Onun üçün» Allahdan, Allahla, Allah üçün deməkdir. Ola bilsin, bununla qulun qul ilə qul üçün əldə etdiyi nəzərdə tutulur. Əbu Əli Sindi mənə dedi ki, Əbu Yəzid belə deyir: «Məndən, mənimlə, mənim üçün olan bir halda idim, sonra Ondan, Onunla, Onun üçün olan halda oldum».
Bunun mənası budur ki, qul öz əməllərinə baxır və əməllərini öz nəfsinə aid edir. Əgər ürəyində mə‘rifətin odu üstün gələrsə, bütün şeyləri Allahdan, Allahla var olan, Allaha məlum olan, Allaha aid olduğunu görər.
Dostları ilə paylaş: |