«Rəmz» (ﺍﻟﺮﻤﺯ) zahiri kəlamın altında saxlanan batini mənadır. Onu ancaq öz əhli anlayır. Qənnad deyir: «Onlar (sufilər) danışanda rəmzlərinin genişliyi səni heyrətə salar».
Bir başqası isə: «Şeyxlərimizin rəmzlərini anlamaq istəyən onların yazışmalarına və məktublarına baxsın. Onların rəmzləri oradadır, əsərlərində deyil», – söyləyir.
«Saflıq» (ﺍﻟﺻﻓﺎﺀ) – «səmimiyyət», «səfa» fikir qarışıqlığından, həqiqətlər zamanı əməlin görünməsindən xilas edəndir. Cüreyri deyir: «Səfanı səfa ilə düşünmək cəfadır, çünki orada fikir qarışıqlığı və əməllərin görüntüsü var».
İbn Əta deyir: «İbadətin saflığına aldanmayın. Onunla rübubiyyət unudulur, fikir qarışır və əməllər görünür», (yəni diqqət daha çox əməllərə verilir). Allah bilən yaxşıdır.
Kəttanidən saflıq barədə soruşanda: «İnkarların itməsidir», – deyə cavab verir.
Dostları ilə paylaş: |