«Saflığın saflığı»nı (ﺻﻓﺎﺀ ﺍﻟﺻﻓﺎﺀ) isə «Halların, məqamların itməsi və nəhayətə daxil olması», – adlandırır.
Saflığın saflığı səbəbsiz vüsala yetməklə Haqqı Haqq ilə müşahidə üçün yaranmışlar haqqında sirlərin açılmasıdır. Şair deyir:
«Onun saflığında saflığın saflığı itaətdir,
Onun varlığında saflığı yəqinlikdir.
Bunu açan Onunla Onun üçün izah edən şeyi açıqlayar,
Bəyan izahın açıqlığı ilə haqq olar.
Bu, Onun vəcdindən olan onun vəcdinin həqiqətidir,
Onun vəcdindən üstün bir bəyan varmı?»
«Zəvaid» (ﺍﻟﺯﻭﺍﺌﺪ) – «artma» qeybə imanın və yəqinliyin artmasıdır.
Hər dəfə iman və yəqinlik artanda hallarda, məqamlarda, iradədə, mübarizədə sidq və səmimiyyət artır.
Əmr b. Osman Məkki deyir: «Yəqinin artması yaxınlığın kəşfləri ilə qeyblərin gizlətdiyi şeylər üzərindən qəlblərin örtüklərinin açılmasıdır».
«Fəvaid» (ﺍﻟﻓﻭﺍﺌﺪ) – «faydalar» mübarizə əhlinin (daim nəfsin məni keyfiyyətləri ilə mübarizə aparanların) xidmət zamanı anlayışlarının artması üçün Haqqın onlara hədiyyəsidir.
Əbu Süleyman Dərani deyir: «Faydaları gecənin qaranlığında varid olanda gördüm».
Dostları ilə paylaş: |