«Nəfəs» (ﺍﻟﻧﻔﺲ) qəlb yanarkən [insanın] cana gəlməsidir. Şeyxlərdən biri belə deyir: «Nəfəs Allahın odu üzərində hakim olan Allah nəfəsindən bir əsintidir».
«Tənəffüs» (ﺍﻟﺗﻨﻔﺲ) də eynən elədir. Zu‘n-Nun deyir:
«Allaha sığınan Allahla qurtulur,
Allahın bəlasının gəlməyi onu sevindirir.
Nəfəslər Allah üçündür, Allaha doğru qaçarlar,
Mənimkində Allahdan başqasının təsiri yoxdur».
«Nəfəs» həmçinin qulun nəfəsidir. Cüneyd deyir: «Qulun öz nəfəsini qoruması vaxtının [hədər] keçməsinə mane olur». Şair yazır:
«Yalnız sən nəfəsimlə bərabər olanda nəfəs alıram,
Ruhum öz yolunda Səninlə məndən qaçır».
Dostları ilə paylaş: |