«əl-Həmm əl-müfərrəd» (ﺍﻟﻬﻢ ﺍﻟﻤﻔﺭﺪ) – «təklənmiş kədər» və «əs-sirr əl-mücərrəd» (ﺍﻟﺴﺭ ﺍﻟﻤﺠﺭﺪ) – «təcrid olunmuş sirr» eyni mənalıdırlar. Bu, qulun kədəri və sirridir. Əgər bütün məşğuliyyətlərdən uzaqlaşıb cəlal sahibinin (Allahın) nəzarəti ilə yalnız qalarsa, kəskin düşüncələr ona qarşı çıxmaz, onun istiqamətinə, iqbalına, yaxınlığına və qovuşmasına mane ola biləcək əngəl olmaz.
Cüneyd İbrahim Acurrinin ona belə dediyini nəql edir: «Oğlan, sənin qayğının bir göz qırpımı da olsa, Allah olması günəşin hər hansı bir şeyin üzərinə doğmasından daha xeyirlidir».
Şibli bir nəfərə deyir: «Məqsədlərin ən ifratı (şiddətlisi) yoxluq fəzasında olur. Sənin qayğın susuzun qayğısıdır, mənim qayğım isə susuzluqdan yanmışın (qovrulmuşun) qayğısıdır».
Dostları ilə paylaş: |