«Muhadəsə» (ﺍﻟﻤﺣﺎﺪﺛﺔ) – «söhbət» sadiqlərin son [halının] vəsfidir. Əbu Bəkr Vasitidən sadiqlərin sonuncu ən uca halı barədə soruşanda belə cavab verir: «[Ürəyində fikirlər] doğulur və [qeybdən] xəbər verilənlər». Peyğəmbərin (s) belə dediyini rəvayət edirlər: «Ümmətim arasında [dini əmrləri etməyə] borclu olanlar və [qeybdən] xəbər verilənlər vardır, Ömər də onlardandır». Səhl b. Abdullah deyir: «Allah xəlqi sirrini bölüşmək üçün yaratdı və bölüşdü». Allah-Təala deyir: «Mən sizi sirlərinizi bölüşəsiniz deyə yaratdım və əgər sizlər bunu etməsəniz, mənə deyin, mənə söyləyin, əgər etməsəniz, mənə dua edin, əgər etməsəniz, məni dinləyin».